ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə39/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

116-CI ƏSAS


İslam dininin, eləcə də bütün ilahi dinlərin təlimlərindən biri də Allah dərgahında tövbə qapısının bütün günahkar bəndələrin üzünə açıq olmasıdır. Günahkar insan etdiyi pis işdən qəlbən peşman olduqda, onun ruhu, Allah dərgahına qayıdıb təzərrö” (yalvarış) ilə yanaşı olan bir hələtə düşür və səmimi qəlbdən qəti qərara gəlir ki, bir daha o pis işi əncam verməsin. Allah-taala da Öz lütfü ilə (kəlam və təfsir kitablarında qeyd olunan şərtlər əsasında) onun tövbəsini qəbul edir. Qurani-kərimdə buyurulur:

º† ÔË»ÔË«†«‰ÈÓ†«‹†ÃÓÂÈŸ«Î†«ÓÈsÔÁÓ«†«‰tÂÔƒtÂÊÔËÊÓ†‰ÓŸsÓ‰Ó„ÔÂt† Ôbt‰ÕÔËÊÓ†;

“Ey möminlər! Səadətə çatasınız deyə, hamılıqla Allah dərgahına (qayıdaraq) tövbə edin.»272

Amma tövbə və şəfaətin insandakı tərbiyəvi və mənəvi təsirlərindən xəbərsiz olanlar güman edirlər ki, bu iki şey (tövbə və şəfaət) günahkarların daha çox günah iş törətməsinə səbəb olur. Amma onlar bilmirlər ki, çoxlu insanlar öz həyatında müxtəlif günahlara mürtəkib olmuşlar. Tək-tək insanları tapmaq olar ki, ömrü boyu bircə dəfə də belə günah etməmiş olsun.



Söylə bu cahanda günah etməyən kimdir?

Beləliklə, tövbə (və şəfaət) qapıları günahkarların üzünə açıq olmazsa, ömrünün qalan hissəsini paklıq və mərd-mərdanəliklə yaşamaq istəyənlər öz-özünə belə deyəcəkdir: “Onsuz da etdiyim günahların cəzasını çəkib, cəhənnəmə getməliyəm. Onda nə üçün ömrümün qalan günlərində öz nəfsani istəklərimi yerinə yetirib eyş-işrətdə qərq olmayam?» Tövbə qapılarını bağlı görən insanlar Allahın rəhmətindən tam məyus olaraq daha ağır günahlar etmiş olacaqdır.

Tövbənin insandakı müsbət faydalarını bilmək üçün onun şərtlərini öyrənib əməl etmək lazımdır. Bu şərtlər dini rəhbərlər və İslam tədqiqatçılarının vasitəsi ilə geniş şəkildə izah edilmişdir. Qurani-kərim tövbə haqqında aşkar şəkildə belə buyurur:

“Sizin Rəbbiniz rəhməti (rəhm etməyi) Özü üçün müqərrər etmişdir. Sizlərdən biriniz bilməyərəkdən pis bir iş əncam verib, sonradan tövbə edərək (əməllərini) islah edərsə, (belə halda) Allah bağışlayan və mehribandır.»273



117-Cİ ƏSAS


İnsanın əqli, eləcə də ayə və rəvayətlərin hökmünə əsasən, qiyamət günü hər bir insan, dünyada əncam verdiyi yaxşı işləri əvəzini (savabını) alacaqdır. Quranda buyurulur:

º†bÓÂÓÊt†ÈÓŸtÂÓ‰t†ÂÀtv«“‰Ó†–Ó—sÓ:n†ŒÓÈt—«Î†ÈÓ—ÓÁÔ†;

“Hər kəs zərrə qədər yaxşı iş görərsə, onun (əcri və savabını) görəcəkdir.»274

Həmçinin buyurur:

“Onun səyi müşahidə olunacaq və daha sonra (ona) lazımınca mükafat veriləcəkdir.»275

Bu ayələrdən başa düşülür ki, insanın pis əməlləri heç vaxt onun yaxşı əməllərini aradan aparmır. Lakin bəzi günahlar (küfr, şirk və ya mürtəd olub dindən çıxmaq kimi) vasitəsi ilə insanın yaxşı əməlləri də aradan gedir, axirətdə isə əbədi cəhənnəm əzabına düçar olur. Allah-taala buyurur:

º†ËÓ†ÂÓÊt†ÈÓ—t Óœœt†ÂÊt„ÔÂt†ŸÓÊt†œÈÊÁ†bÓÈÓÂÔ t†ËÓ†ÁÔËÓ†„«“b—φbÓ√ÔˉÓ∆„Ó†ÕÓ»Ó◊ t†«ÓŸt«“‰ÔÁÔÂt†bÈ†«‰œsÔÊtÈ«“†ËÓ†«∆”Œ—Ó:†ËÓ

†√ÔˉÓ∆„Ó†«ÓgtÕ«“»Ô†«‰Ês«“—†ÁÔÂt†bÈÁ«“†Œ«“‰œÔËÊÓ†;

“Sizlərdən hər kəs öz dinindən çıxıb kafir halında ölsə, onun dünya və axirətdə əməlləri aradan gedər və onlar həmişəlik olaraq cəhənnəmdə qalacaqdır.»276

Beləliklə mürtəd olmaq (dindən çıxmaq), şirk və bu kimi günahlardan başqa, hər bir insan axirət aləmində öz yaxşı və pis işlərinin əvəzini görəcəkdir. Çünki Quranda və Rəsuli-Əkrəm (s) sünnətində dindən çıxmaq kimi işlərin insanların yaxşı əməllərini aradan aparan olması qeyd edilmişdir.

Əql nəzərində Allah-taalanın yaxşı işlər üçün mükafat və savab vədəsi, pis işlər üçün cəza vədəsi (buna vəid deyilir) verməsi bir-birindən fərqlənir. Çünki, vədəyə əməl etmək ağla əsaslanan bir iş, onu yerinə yetirməmək isə çox pis əməl sayılır. Lakin (cəza vədəsi sayılan) vəidə əməl etmək belə deyil, yəni bir şəxsi cəzalandırmaq məhz cəza verənin öz haqqıdır və o da istəsə, öz haqqından keçə bilər. Bəzi yaxşı əməllərin pis əməllərin üstünü örtməsinin heç bir eybi yoxdur. Din alimləri buna “təkfir» adını vermişlər.277

Qurani-kərimdə bəzi işlər, pis əməlləri təkfir edən (yəni örtən) adlanmışdır. Onlardan biri də şəxsin böyük günahlardan çəkinməsidir. Belə ki, buyurulur:

º†«Êt† ÓÃt ÓÊ»ÔË«†„Ó»«“∆—ӆ«“† ÔÊtÁÓËtÊÓ†ŸÓÊtÁÔ†ÊÔ„Óbs—t†ŸÓÊt„ÔÂt†GÓÈs¬ „ÔÂt†ËÓ†ÊÔœtŒ‰t„ÔÂt†ÂÔœtŒÓ‰«Î†„Ó—È«Ά;

“Əgər böyük günahlardan çəkinsəniz, sizin kiçik günahlarınızı örtəcək və sizi dəyərli olan bir yerə (Behiştə) daxil edəcəyik.»278

Həmçinin tövbə edib Allah dərgahına qayıtmaq,279 gizli sədəqə vermək280 və bir sıra xeyirli əməllər də belə bir təsirə malikdir.

118-Cİ ƏSAS


Cəhənnəm əzabında əbədi qalmaq yalnız kafirlərə məxsusdur. Ruhlarını tovhid nuru ilə işıqlandıran günahkar möminlər üçün isə cəhənnəm oldundan xilas olmaq qapısı heç də bağlı deyildir. Qurani-kərimdə buyurulur:

º†«ÊsÓ†«‹Ó†‰«“†ÈÓ⁄tb—Ô†«ÓÊt†ÈÔgt—Ó„Ó†»Á†ËÓ†ÈÓ⁄tb—Ԇ«“†œÔËÊÓ†–†”‰„Ó†‰ÂÓÊt†ÈÓg«“¡Ó†ËÓ†ÂÓÊt†ÈÔg—„t†»«‹†bÓvÓœ†«bt Ó—È”

†«Àt«ΆŸÓÿÈ«Ά;

“Allah heç vaxt Ona şərik qoşmağı (şirki) bağışlamaz, amma sair günahları isə istədiyi (bəndələri üçün) bağışlayar. Allaha şərik qoşan hər bir şəxs, böyük günaha batmışdır.»281

Bu ayə aşkar şəkildə - Allaha şərik qoşmaq istisna olmaqla bütün günahların bağışlana biləcəyindən xəbər verir ki, bu da tövbə etmədən vəfat edən insanların pis əməllərinə aiddir. Çünki vəfat etməzdən qabaq tövbə etməklə hətta şirk kimi böyük günahlar belə bağışlanır.

Ayədə müşriklə qeyriləri arasında fərq qoyulduğu üçün bu ayənin müşrik olmadan dünyanı tərk edənlərə aid olduğunu deyə bilərik. Məlumdur ki, tövbə etmədən ölən müşrik heç vaxt əfv edilməyəcək, ondan qeyrisi üçün isə ilahi əfvə ümid yeri vardır.

Lakin bu, heç də qəti şəkildə deyil, əksinə (‰ÂÓÊt†ÈÓg«“¡Ó) - “yəni Allahın bağışlamaq istədiyi bəndələr üçün» qeydi ilə şərtlənir. Yəni yalnız Allahın iradə etdiyi bəndələr bağışlanacaqdır. Ayədəki “Allahın bağışlamaq istədiyi şəxslər” qeydi Onun sonsuz rəhmətini çatdırmaqla yanaşı, günahkarları xovf (qorxu) və rəca (ümid) arasında saxlayır və onları ölümdən qabaq tövbə etməyə təşviq edir. Bu qeyd hər bir insanı azğınlıq sayılan iki uçurumdan - ümidsizlik və günahkarlıq uçurumundan saxlayaraq sirati müstəqimdə (doğru yolda) hərəkət etməyə sövq edir. İmam Kazim (əleyhissalam) buyurur:282

º†v«“‰Ó†«‰t„«“ÿÂÔ†ŸÓ‰ÓÈtÁ†«‰GsÓ‰«“Ât†∫†‰«“†ÈԌӉsœÔ†«‹Ô†bÈ†«‰Ês«“—†«˙”†«ÓÁt‰Ó†«‰t„Ôbt—†ËÓ†«‰tÃÔÕÔËœ†ËÓ†«ÓÁt‰Ó†«‰÷sÓ‰«“‰Ó:

†ËÓ†«‰gs—t„†;;;;

“Allah-taala kafir və müşriklərdən başqa heç kəsi əbədi olaraq cəhənnəmdə saxlamaz və (mömin şəxs) axırda öz yaxşı əməllərindən bəhrələnəcəkdir. Belə ki, buyurur: “Hər kəs zərrə qədər yaxşı iş görsə (onun əcr və savabını) görəcəkdir»283



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin