31. OSI modelinin səviyyələri.(Fiziki səviyyə)
Şəbəkə proqram təminatının işlənməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (International Standart Organization - ISO) açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən Etalon model (Open System Interconnection - OSI) təklif etmişdir. OSI etalon modeli aşağıdakı yeddi səviyyədən ibarətdir:
1.Tətbiqi səviyyə (Application Layer) T
2.Nümayiş səviyyəsi (Presentation Layer) Nü
3.Seans səviyyəsi (Session Layer) S
4.Nəqliyyat səviyyəsi (Transport Layer) Nə
5.Şəbəkə səviyyəsi (Netvvork Layer) Ş
6.Kanal səviyyəsi (Data Link) K
7.Fiziki səviyyə (Physical layer) F
Fiziki səviyyə şəbəkə kompüteri ilə ötürülən mühit arasında diskret siqnalların interfeysını təşkil edir. Bu səviyyədə informasiya vahidi olan bitlər ardıcıllığı abonent kanalları ilə ötürülür. Fiziki kanalın idarəsində özündə ötürülən verilənləri saxlayan kadrın əvvəli və sonu qeyd edilir, həmçinin müəyyən fiziki təbiətli siqnalın formalaşdırılması və qəbulu təşkil edilir.Fızıki səviyyənin standartları ya X.21, ya da X.21 bis təlimatları ilə təyin edilir. Bu təlimatların köməyilə mexaniki, elektrik, funksional və prosedur xarakteristikaları təyin olunur ki, bunlar vasitəsilə də fiziki birləşmələrin aktivləşdirilməsi, dəstəklənməsi və deaktivləşdirilməsi həyata keçirilir.
Dostları ilə paylaş: |