İnformasiyanın kodlaşdırılması Heydərli UrfastrreplN


İnformasiyanın kodlaşdırma sistemləri



Yüklə 79,59 Kb.
səhifə2/6
tarix03.10.2023
ölçüsü79,59 Kb.
#129638
1   2   3   4   5   6
İnformasiyanın kodlaşdırılmas Urfan

İnformasiyanın kodlaşdırma sistemləri
İlk dəfə 1605-ci ildə ingilis alimi, filosofu və siyasi xadimi Frensis Bekon “Elmlərin inkişafı” əsərində mətnin ikiqiymətli işarələmə sxemini təklif etmişdir. Bu sxemdə ingilis əlifbasının hər bir hərfi iki işarədən ibarət olan beş simvollu qruplarla ifadə edilirdi.
Dəyişkən uzunluqlu kod sistemi 1844-cü ildə amerikan ixtiraçısı Seymuel Morze tərəfindən işlənmişdir. Həmin ildə o, Vaşinqtondan Baltimora qədər olan ilk eksperimental teleqraf xətti yaratmışdır. Morzenin koməkçisi Alfred Veyl ötürülən informasiyanı kodlaşdırmaq üçün iki simvoldan istifadə etməyi təklif etmişdir: uzun siqnallar tire (-), qısa siqnallar nöqtə (.).
1874-cü ildə Fransada Emil Bodo “çap teleqrafı” adlanan sistem işlədi. Məlumatı ötürən qurğu klaviaturu fortepiano düymələrinə oxşayan beş düymədən ibarət idi. İki düymə sol əllə, üç düymə sağ əllə hərəkətə gətirilirdi. Qəbuledici qurğu Morzenin aparatı kimi nöqtə və tireni deyil, kağız lentdə adi mətni çap edirdi.
1901-ci ildə Yeni Zenlandiyalı jurnalist Donald Murrey ötürücü teleqraf aparatında yazı maşınında istifadə edilən düymələri tətbiq etmək təklifini irəli sürdü. Klaviatura ilə yanaşı iki əməliyyat da yazı maşınından götürülmüşdü: yeni sətirdə kağızın bükülməsi (Line Feeging) və karetkanın geri qaytarılması (Carriage return). Əlavə edilən üçüncü əməliyyat isə səhv olduqda əvvəlki simvolun ləğv edilməsi (Delete) idi. Yeni formatlaşdırma alınmış məlumatları lentin uzunluğu boyunca deyil, adi kağız vərəqdə çap edirdi. 1906-cı ildə bu imkanlar teletayp adlı yeni nəsil aparatlarda reallaşdırıldı.
İlk kompüterlərin meydana çıxması ilə Murreyin kodlaşdırma sisteminin çatışmazlığı üzə çıxdı, belə ki, kod sayı burada kifayət etmirdi. Odur ki, FIELDDATA adlanan hərbi standartlar qrupu yaradıldı. Bu standartların əsas xüsusiyyəti bunlar idi:
1) 7 mərtəbəli kodlaşdırma
2) yazı və çap ingilis hərfləri üçün kodların olması
3) məlumatın xüsusi ayırıcı kodlarının olması
Xüsusi ayırıcı kodların daxil edilməsi uzaq verilənlər bazalarına çıxışı və onların informasiya mübadiləsinin avtomatlaşdırılmasına imkan yaratdı. Bu kodlardan bəziləri belədir:
Yüklə 79,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin