Unicode. ASCII standartında hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə imkan verir. Unicode standartının tətbiqi dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. 2007-ci ildən etibarən bütün istehsalçılar ASCII standartından imtina edərək Unicode standartına keçmişdir. Unicode - istənilən simvol üçün platformadan, proqramdan, dildən asılı olmayan unikal bir koddur.
Mahiyyətinə görə kompüterlər yalnız rəqəmlərlə işləyə bilir. Kompüterlərin yaddaşlarında hərfləri saxlamaq üçün hər bir hərfə (və ya simvola) müəyyən bir ədəd qarşı qoyulur. Unicode yaranmamışdan əvvəl dünyada müxtəlif növ simvol kodlaşdırmaları var idi. Lakin onlardan heç biri bütün simvolları əhatə edə bilmirdi. Məsələn, Avropa Birliyi dillərinin əlifbalarına daxil olan hərflərin kodlaşdırılması üçün müxtəlif kodlaşdırmalardan istifadə edilirdi. Hətta ayrıca bir dili təyin etmək üçün də (məs. İngilis dilini) müəyyən bir standart kodlaşdırma sistemi yox idi ki, o adi hərfləri, işarə simvollarını və texniki simvolları özündə cəmləşdirsin. Bundan başqa, çox vaxt da bu kodlaşdırmalar arasında uyğunluq yox idi.
Unicode-un tətbiqi bütün bu problemləri həll edir. Unicode sistemi dildən, platformadan, proqramdan asılı olamayaraq istənilən simvola unikal bir kod mənimsədir.
İqtisadi informasiyanı sabitlik baxımından dəyişən, şərti-sabit və sabit informasiya növləri kimi qruplaşdırmaq olar. Bu zaman sabitlik əmsalı anlayışından istifadə olunur. 9 Sabitlik əmsalı müəyyən dövr ərzində mövcud sabit informasiya vahidlərinin miqdarının ümumi informasiya vahidlərinin miqdarına nisbəti kimi hesablanır.
Say sistemləri və verilənlərin kompyuterdə təsviri Say (hesablama) sistemi ədədlərin rəqəmlər adlanan məhdud simvollar əlifbası vasitəsilə ifadə olunması üsuludur. Say sistemi kodlaşdırmanın bir üsuludur. Müəyyən əlifba vasitəsilə müəyyən üsullarla yazılan sözə kod deyilir, kodun alınma prosesinə isə kodlaşdırma deyilir.
Say sistemləri 2 cür olur: mövqeli və mövqesiz.
Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin) müəyyən yığımı ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların tutduğu yerdən (mövqedən) asılı olmur və hesab əməlləri mürəkkəb qaydalarla aparılır. Bu say sistemlərinə 2500 min il bundan əvvəl Qədim Romada istifadə olunan Rum say sistemini, Əlifba say sistemlərini misal göstərmək olar. Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların, təkliklərin cəmi şəklində yazırdılar. Məsələn, 28 ədədi aşağıdakı kimi təsvir olunurdu: XXVIII = 10 + 10 + 5 + 1 + 1 + 1 (iki onluq, bir beşlik və üç təklik)
Nisbətən müasir mövqesiz say sistemlərindən hesab olunan Əlifba say sistemlərinə yunan, slavyan, fin və başqa say sistemləri aiddir.
Misal 1. XI – rum ədədini onluq say sisteminə çevirək: XI = X + I = 10 + 1 = 11
Misal 2. XC – rum ədədini onluq say sisteminə çevirək. XC = C – X = 100 – 10 = 90
Mövqeli say sistemləri ədədlərin təsvirindəki əyaniliyə və hesab əməllərinin aparılmasındakı sadəliyə görə böyük üstünlüklərə malikdir.
Ədəbiyyat https://azkurs.org/pars_docs/refs/31/30078/30078.pdf