İnformatikanin əsaslari


Növbəti nəsil kompüterləri



Yüklə 5,72 Mb.
səhifə10/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

Növbəti nəsil kompüterləri.


Hesablayıcı qurğuların ölçüləri daim kiçilir. Vaxt var idi ki, elə bilirdilər, maşınların gücü artdıqca periferiya qurğularına yaddaşa daha böyük sahə tələb olunacaqdır. Bu təsəvvürün yanlış olduğu aşkara çıxdı. 1965-ci ildə Qordon Mur müəyyən etdi ki, hər 18 ayda hesablayıcı sistemlərin məhsuldarlığı 2 dəfə artır76. Bu qayda hal-hazırda Q.Mur qanunu adlanır. Q.Murun inteqral mikrosxemlərdəki tranzistorların sayının zamandan asılılığı üçün aşkarladığı empirik qanuna əsasən ayrı-ayrı tranzistorların miniatürləş- dirilməsi templərini müəyyən etmək mümkündür. Q.Mur qanununa görə, elementar hesablayıcı modullarının ölçülərinin ildə 10-30% azalması göstərir ki, yaxın 5-10 il

74 http://www.ptc.spbu.ru

75 www.osp.ru/os/2000/05-06/178019/

76 Moore H. // Electronics. 38, 1965, № 8

ərzində elementar modulların ölçüləri təqribən 100-200 anqstrem, yəni, 0,01-0,02 mikron təşkil edəcəkdir. Bu o deməkdir ki, elementar hesablayıcı qurğuların ölçüləri sürətlə molekul və hətta atom ölçülərinə yaxınlaşır.

Lakin bu səviyyədə klassik fizika qanunları işləmir. Bu səviyyə kvant fizikası qanunlarının hökmünə tabedir ki, bunların da təbiəti nəzəri səviyyədə hələ axıradək öyrənilməmişdir.

Bu qurğuların işini təsvir etmək üçün informatikan klassik obyektləri metodları yaramır. Belə ki, Heyzenberqin qeyri-müəyyənlik prinsipinə əsasən sö gedən mikroskopik sistemlərdə bit anlayışına analoq tapmaq mümkün deyildir. Yeni qurğular 2-lik qəmlər əvəzinə dalğa funksiyaları‖ ilə (kvantlıq bitlərlə‖) iş görəcəkdir.

İnformatika öz inkişanda, müəyyən mənada, hesabdan funksional təhlil‖ə keçid edəcəkdir. Bu, bir tərəfdən, əsas klassik alqoritmlərin yenidən düşünülməsi və əvəzlənməsinə şərait yaradırsa, digər tərəfdən süni intellekt problemlərinin həlliyaxınlaşdırır.

İri universitetlərin elmi-tədqiqat laboratoriyalarında və transmilli informasiya texnologiyaları (TİT) şirkətlərində yeni nəsil hesablayıcı qurğuların element bazasının yaradılması üzrə əsas istiqamətlərin aşağıdakı bir-neçə variantı üzərində işlər aparılır77:

-nüvə maqniti ya elektron paramaqnit rezonansı prinsiplərinə əsaslanan element bazası;

-Pauli və ya Penninq tələlərində yerləşdirilən atom ionlarına əsaslanan element bazası;

-yüksəkkeçiricilik hadisəsinə əsaslanan element bazası;

-qeyri-üzvi yarımkeçirici sistemlərdə kvant nöqtələrinə əsaslanan element bazası;

-kvant məntiqinin optik simulyasiyasına və ya metal-bioloji hibridə əsaslanan element bazası.

Bu istiqamətlərin əksəriyyəti ciddi nöqsanlara malik olduqlarından, hələlik rəqabətqabiliyyətli hesablayıcı qurğuların yaradılmasını qeyri-mümkün etməkdədir. Buna xarakterik misal olaraq IBM korporasiyasının 1999-cu ildə işləyib hazırladığı molekulyar element bazası layihəsini göstərmək olar. Belə ki, bu layihənin reallaşdırılmasına 5 il ərzində 17 milyard dollar xərclənmiş 5 ya 7 kvantlıq bitlə əməliyyat apara bilən 7




77 Граничин О.Н., Молодцов С.Л. Создание гибридных сверхбыстрых компьютеров и системное программирование. СПб., 2006

ton çəkiyə malik, yalnız primitiv məsələləri78 həll etməyə qadir olan bir maket hazırlanmışdı79.

Hal-hazırda yeni nəsil kompüterlər üçün element bazasının yaradılması üzrə nisbətən daha perspektivli istiqamət elektrostatik ya maqnit tipli qarşılıqlı fəaliyyət əsasında kvantlı bitllər funksiyasını icra edən bərkcisimli sistemlərdə özünü təşkil edə bilən kvant nöqtələrindən istifadəyə əsaslanan istiqamətdir.


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin