İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə36/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

İşçi kitablar.


Excel XP-də yaradılmış bir fayl Excel XP məntiqi ilə bir işçi kitabdır Workbook (Книга-Kitab). İşçi kitabın adını proqram pəncərəsinin Title Bar (Заголовок-Başlıq Çubuğu)nda görə bilərsiniz (Microsoft Excel-Книга1- Microsoft Excel-Book1 - Microsoft Excel-Kitab1). Yeni bir fayl yaratdığınız zaman faylı yaddaşa yazana qədər bu faylın adı Book1 (Книга1-Kitab1) olacaqdır. Əgər bu adda bir fayl artıq mövcuddursa və açıqdırsa, bu halda yeni bir fayl yaratmaq istədiyiniz zaman onun adı Book2 (Книга2-Kitab2) olacaqdır və s..

Digər Office proqramlarında da olduğu kimi Microsoft Excel XP-də eyni anda bir neçə işçi kitab aça bilər və paralel olaraq işləyə bilərsiniz.

Excel XP-ni işlədib hər hansı bir faylı açarkən, iç-içə yerləşmiş iki pəncərə görünəcəkdir. Bunlardan altda olanı proqram pəncərəsi, üstdə, içəridə görünəni isə fayl pəncərəsi adlanır. Əgər fayl pəncərəsini maksimum böyüdərsinizsə Maximize (Свернуть в окно–Maksimum), fayl pəncərəsinin başlığı ilə proqram pəncərəsinin başlığı birləşərək tək bir başlıq kimi görünəcəkdir.

Başlıq çubuğu üzərində yazılmış Microsoft Excel XP - Book1 ifadəsi əslində iki ayrı pəncərə başlığıdır. Proqram pəncərəsinin başlığı Microsoft Excel XP, fayl pəncərsinin (bizim halda işçi kitabın) başlığı isə Book1 (Книга1-Kitab1)-dir.

Əgər fayl pəncərəsini bağlayarsınızsa, yalnız o anda üzərində işlədiyiniz işçi kitab bağlanacaq, ancaq proqram pəncərəsi açıq qalacaqdır, yəni, Excel XP-dən çıxmayacaq- sınız.

Əgər proqram pəncərəsini bağlayacaqsınızsa, bu, Excel XP-dən çıxmaq istədiyiniz mənasına gələcəkdir. Excel XP-dən çıxmaq istədiyiniz zaman o anda açıq olan işçi kitablar (yəni, fayl pəncərələri) bağlanacaqdır.



Bu işçi kitablar arasında, üzərində dəyişiklik edilmiş olanlar vardırsa, Excel XP bunları yaddaşa yazıb-yazmayacağınızı soruşacaqdır. İşçi kitabların, yəni, Excel XP fayllarının genişləndirməsi .XLS, .XLC, .XLW, .XLM, .XLA, .XLT olaraq qəbul edilir.

İşçi səhifələr.


İşçi kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana yerləşmiş və üzərilərində Sheet1 (Лист1-Vərəqə1), Sheet2 (Лист2-Vərəqə2), ... və s. yazılmış düymələr görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur.

Şəkil 7. İşçi səhifə düymələri
İşçi səhifələr yığımı işçi kitabı təşkil edir. Excel XP-nin daha öncəki variantlarında (Excel 4.0 və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada Workbook deyil, yalnız Worksheet yaratmaq mümkündür.

Excel-in 5.0 sonrakı variantlarında isə məntiq bir az dəyişir çoxsəhifəli bir iş mühitinin yaradılması lazım gəlir. Artıq bir faylın içərisində bir neçə işçi səhifə yarada bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır.

Excel XP - də görəcəyiniz işlər, başqa sözlə, hazırlayacağınız cədvəllər ümumilikdə yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri kimi müəssisənizin mədaxil və məxaricini aylıq və illik olaraq izləmək istəyirsiniz. Bu zaman nə edərsiniz? Deyək ki, bunun üçün standart bir mədaxil/məxaric cədvəli hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu halda 12 ədəd cədvəliniz olacaqdır. Təbii ki, bu 12 cədvəli eyni anda kompüterin ekranında görmək mümkün deyildir. Əgər bu cədvəllərin hamısını bir səhifəyə yerləşdirərsinizsə, bu halda aylar arasında hərəkət etmək üçün səhifə üzərində gəzməli olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdır. Bu zaman daha sadə yol seçə bilərsiniz. Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə, 12 işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir illik cədvəl tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını da Yanvar, Fevral, Mart, ..., Dekabr, İllik deyə dəyişdirə bilərsiniz. Beləliklə bir cədvəldən, yəni, bir aydan digərinə keçməyiniz, ya da illik cədvəli görməyiniz daha da

asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini sıxmağınız kifayətdir.

Bir işçi kitabda ən çox neçə işçi səhifə ola bilər? - Əslində elə bir məhdu- diyyət yoxdur. Yarada biləcəyiniz işçi səhifələrin sayı kompüterinizin əməli yaddaşının (RAM) həcmindən asılıdır. Yaddaş çatışmazlığı problemi olmadıqda ən çox 255 işçi səhifə yarada bilərsiniz. Ancaq buna praktik olaraq ehtiyac olmadığını, yaddaşın hər zaman məhdud olduğunu və heç bir vaxt 255 səhifəlik bir işçi kitabınızın olmayacağını yəqin etmək olar. Bir işçi kitabda başlanğıcda 3 işçi səhifə olur.

İşçi səhifələr üzərində hansı əməliyyatları apara bilərsiniz? - Onların adlarını, yerlərini dəyişdirə, yeni işçi səhifələr yarada, lazım olmayanları isə silə bilərsiniz.


Sətir və sütunlar.


Bildiyiniz kimi, cədvəllər sətir sütunlardan ibarət olur. Excel XP-də görəcəyiniz işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan ibarət geniş bir sahə vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir168.

Bir işçi səhifədə neçə sətir sütun vardır? - Microsoft Excel XP işçi səhifələrinin hər birində 65536 sətir 256 sütun vardır. Sətir sütunların sayını bir- birinə vurduqda, bir işçi səhifədə 16777216 ədəd hücrə olduğu aydın olur. Ancaq bu rəqəm Sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki heç bir vaxt 65536 sətirdən və 256 sütundan ibarət bir cədvəl tərtib edəcəyiniz yəqin deyildir.

İşçi səhifədə hər sətrin bir nömrəsi hər sütunun da bir adı vardır. Əslində istər nömrə, istərsə də ad olsun, bunlar sətir və sütun başlıqları adlanır. İşçi sahə parametrlərini dəyişdirərək sətir nömrələri və sütun adları əvəzinə başqa adlardan da istifadə edə bilərsiniz.

Sətir nömrələri və sütun adları olmadan işinizi planlaşdırmağınız və nəzarət altına almağınız mümkün deyildir. Hər hansı bir məlumatın səhifənin harasında olduğunu müəyyən etmək və digər məlumatlarla əlaqələndirmək üçün bunlardan mütləq istifadə etmək məcburiyyətindəsiniz.

Bir işçi səhifədə 256 sütun olduğunu bildirmişdik. Sütunlar hərflərlə adlandırılır. İlk sütun A, sonrakı B, daha sonrakı C və s. kimi adlandırılır. Z sütunundan sonrakı sütunlar

168 xanalar

iki hərflə: AA, AB, AC və s. kimi adlandırılır. AZ sütunundan sonra BA, BB, BC, ..., BZ kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı IV olur.



Sətirlərin nömrəsi isə rəqəmlərlə 1, 2, 3 və s. göstərilir. Axırıncı sətrin nömrəsi 65536-

dır.


Sətir və sütunlar üzərində hansı əməliyyatları apara bilərsiniz? - İki


sətir/sütun arasına yeni sətirlər/sütunlar əlavə edə, mövcud sətir/sütunu silə, sətir/sütunları gizlədə, sətirlərin yüksəkliyini və sütunların genişliyini istədiyiniz kimi dəyişdirə bilərsiniz.

Hücrələr (xanalar).


Hücrə Excel XP-nin əsas komponentlərindən biri sayılır ki, bu da sətirlərlə sütunların kəsişməsindən alınan sahələrə verilən addır. Hər işçi səhifədə 16777216 ədəd hücrə vardır. Ümumiyyətlə 255 səhifədən ibarət bir işçi kitabda 4278190080 hücrə ola bilər.

Hücrələr üzərində aşağıdakı əməliyyatları aparmaq olar:

Bir hücrədən digərinə asanlıqla keçmək olar;

Klaviaturadakı [Delete] düyməsini sıxmaqla hücrə içərisindəki yazıları silmək olar; Bir hücrədəki məlumatları digərlərinə də köçürmək olar;

Bir hücrədəki məlumatı asanlıqla digərinə daşımaq olar; Bir-neçə hücrəyə eyni vaxtda eyni məlumatı daxil etmək olar;

Qonşu hücrələrə ardıcıl sıralanmış məlumatlar (rəqəmlər, tarixlər s. kimi) daxil etmək olar;

Hücrə içərisindəki yazıların yerini təyin etmək olar; Hücrə içərisindəki məlumatı gizlətmək olar; Hücrələrə izahlı qeydlər vermək olar;

Hücrə içərisindəki yazıları üfqi, şaquli ya müəyyən bucaq altında yerləşdirmək olar;

Hücrələrə formullar169 yerləşdirmək və formulların nəticələrinin, ya da özlərinin görünməsini təmin etmək olar;

Hücrələrin kənar xətlərini çəkmək olar;



Hücrə içərisindəki yazıların rəngini və ya hücrənin fon rəngini təyin etmək olar.

İki cür hücrə vardır: aktiv (current) və aktiv olmayan hücrə. Şəkildə göstərilmiş soldakı hücrə aktiv olmayan hücrədir (şəkil 8.). Sağdakı hücrə isə aktiv hücrədir.



Şəkil 8. Aktiv və aktiv olmayan hücrələr
Aktiv hücrənin kənarları qalın xətlərlə çərçivəyə alınır. Bu çərçivənin aşağı sağ küncündəki kiçik ―+― işarəsinə diqqətlə baxın. Bu işarə düyməsindən hücrə içərisindəki məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir.

Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin