VBİS-lərin dil vasitələri
VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur. Dil vasitələri verilən mode- lində müxtəlif üsullarla reallaşdırılır. İxtisaslı mütəxəssislər, məsələn, mürəkkəb tətbiqi sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis formada verilir. Digər hallarda dilin funksiyaları 4-cü nəsil dil (4GL) adlandırılan istifadəçi interfeysi formasında, yəni,
doldurulan ekran blankları, diaqramlar və digər vizual təsvir formalarında reallaşdırılır. İstifadəçi interfeysindən daxil edilən verilənlər interfeysin müvafiq sintaksis konstruksiyalarına çevrilib icraya ötürülür. Bu forma fərdi kompüter üçün nəzərdə tutulmuş VBİS-lərdə geniş tətbiq edilir.
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili (QBE – Query-By-Example) tətbiq edilir. Bu dildə sorğu cədvəl sətr və sütunlarının doldurulması formasında daxil edilir. Sonra avtomatik surətdə SQL dilinə çevrilərək icraya verilir.
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem arxitekturasının idarə edilən səviy- yələrində verilənlər bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin manipulyasi- yası əməliyyatlarının icrası üçün istifadə edilir. Birinci funksiya verilənlərin təsviri dili (VTD) ilə təmin edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD vasitəsilə təsviri VB-nin sxemi adlanır. Bu, VB-nin strukturunu təsvir edir. VB sxemi əslində predmet oblastının intensional modelidir.
Verilənlərin manipulyasiyası dili (VMD) VB-dəki verilənlərə müraciət etməyə imkan verir.
Relyasiyalı dil olan SQL hər iki dili özündə birləşdirir. Sorğu dili olmaqla SQL geniş tətbiq edilir. SQL-lə yanaşı, relyasiyalı dil olan Quel və dBase dilləri də geniş yayılmışdır. dBase dili bitkin instrumental dil vasitəsi olduğundan, avtonom dil adlanır.
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil vasitələri arasında meydana çıxan uzlaşma çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə: Paskal, Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. Lakin bu dillər geniş tətbiq tapmadı. Bu məqsəd üçün C++ və Java obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün ODMG standartının yaranmasına gətirib çıxardı. ODMG standartı tətbiqi proqramlaşdırma interfeysinin təməlinə qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili ilə obyekt VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv etdi.
Verilənlər bazasının saxlama mühitinin təşkili
VB yalnız saxlama mühitində tam ―maddiləşmiş‖ olur. VBİS-də VB-nin saxlanması mühiti mexanizmləri sistem resurslarının iki qrupunu – saxlanan verilənlər resursunu və saxlama mühiti üçün yaddaş resursunu idarə etməyə xidmət edir. Saxlama mühiti mexanizmləri aşağıdakı əməliyyatları icra etməlidir:
193
Onların yaddaşda yerləşməsi üçün lazımi yaddaş resursunun ayrılması; Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması və pozulması; Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın boşaldılması; Yaddaşda verilənlərin atributlar və ya ünvanlar üzrə axtarılması;
Saxlana verilənlərin emal üçün seçilib götürülməsi.
Saxlama mühitində verilənlər fiziki yerləşmə baxımından sərbəst olsalar da, bir-biri ilə ünvan göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan saxlama sxeminə tabedirlər. Saxlama sxemi CODASYL tərəfindən yaradılmış saxlanan verilənlərin təyini dili (Data Storaqe Definition Lanquaqe) ilə təsvir edilir.
Verilənlərin yaddaşda yerləşdirilməsinin idarə edilməsi də saxlama mühiti mexa- nizmlərinin mühüm funksiyasıdır. Verilənlər adətən xarici yaddaşda nömrələnmiş eyni- ölçülü səhifələr şəklində saxlanır. Hər müraciətdə bir səhifə oxunur. Səhifənin ölçüsü mübadilə buferinin ölçüsünü təyin edir. Yaddaşdakı hər yazının öz ünvanı vardır. Ünvanlar birbaşa və dolayı olur. Birbaşa ünvan yazının yaddaşdakı yerini bilavasitə göstərir. Lakin bu, çoxsaylı boş yaddaş fraqmentlərinin yaranmasına səbəb olur. Bu nöqsanı aradan qaldırmaq üçün dolayı ünvanlaşdırmadan istifadə edilir. Bu halda səhifənin bir hissəsi indeksləşdirmə üçün ayrilir. Həmin indekslər müvafiq yazı üçün ünvan göstəricisi rolunu oynayır. Yazının ölçüsü dəyişərkən növbəti yazıların yalnız ünvan göstəricilərinin qiyməti dəyişir. Beləliklə, bu halda yaddaşda boş yer qalmır. Göründüyü kimi, birbaşa ünvanlaşdırma verilənlərin ardıcıl saxlama quruluşuna, dolayı ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna uyğundur.
Verilənlər hansı qaydada saxlanırsa, onlara müraciət də həmin qaydada mümkün
Dostları ilə paylaş: |