İnformatikanin əsaslari


Fərdi kompüterlərin aparat təminatı



Yüklə 5,72 Mb.
səhifə11/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

3.3 Fərdi kompüterlərin aparat təminatı


Müasir fərdi kompüter elektron mikrosxemlər üzərində qurulmuş, ixtiyari növ informasiyanın qəbulu, saxlanması, emalı və ötürülməsi üçün yaradılmış sistemdir.

Sadə istifadəçilər adətən fərdi kompüterlərlə işlədiklərindən, burada əsasən fərdi kompüterdən bəhs ediləcəkdir.

İntel firmasının prosessorları bazasında yaradılmış fərdi kompüterlər daha geniş yayılmışdır.

Son zamanlar çəkisi 2-2,5 kq olan daşınar fərdi kompüterlər - noutbuklar sürətlə yayılmaqdadır.



Aparat mina dedikdə, kompüteri təşkil edən onu şəbəkəyə qoşan tün avadanlıqlar çoxluğu (kompüter dəmiri‖ - hardware) zərdə tutulur.

Aparat təminatına, ilk növbədə, prosessor, ana plata onun əsas mikrosxemləri, yəni kompüterin bütöv arxitekturasını müəyyən edən çipsetlər80, əsas operativ yaddaşın mümkün tipləri, videokart, disk qurğuları, monitor, printer və digər periferiya qurğuları aiddir.

Hər bir fərdi kompüter istifdəçisi texniki vasitələr onların inkişaf tarixi barədə kifayət qədər dərin biliyə malik olmalıdır.

Fərdi kompüterlərin bütün komponentləri son dərəcə böyük sürətlə təzələnməkdədir. Son illərdə stolüstü kompüterlər noutbuklar üçün çoxnüvəli prosessorlar, yaddaşla, video altsistemlə, sərt disklərlə yüksək sürətli iş təmin edən yeni şinlər, qiqabitlik naqilli və naqilsiz şəbəkələrlə işləmək üçün inteqrasiya edilmiş kontrollerlər yaradılmışdır.




78 məsələn, 15-i 5 və 3 kimi 2 vuruğa ayırmaq kimi

79 domino.research.ibm.com/comm/pr.nsf/-pages/rsc.quantum.html?Open&printable.

80 Çipset (chipset) ana platada mikrosxemlər yığımı olub, prosessorun yaddaşla xarici qurğularla işləməsini təmin edir.

Maye-kristallik monitorlar elektron-şüa borulu monitorları sıxışdırıb bazardan çıxarmışdır.

Ev kompüterinin yeni konsepsiyası irəli sürülmüşdür ki, bu da faktiki olaraq, təkcə DVD-disklərlə işləməklə kifayətlənməyən, yüksək keyfiyyətli çoxkanallı audiosistemi olan, İnternetdən radio televiziya translyasiyalarını qəbul edən, həmçinin, FM TV- tünerlərlə təchiz edilmiş mediamərkəzdir.

Kompüterin aparat təminatı və onun son nailiyyətləri barədə dərin biliyə malik olanlar mənəvi cəhətdən köhnəlmiş texnikanı yaxşı tanıyırlar.

İntel mikroprosessorunun prinsipial sxeminə: hesab-məntiq qurğusu, idarəedici blok, ilkin seçim bloku, registrlər bloku, dekodlaşdırma bloku, keş-verilənlər, şinlər bloku, əmrlər üçün keş-yaddaş, giriş və çıxış blokları daxildir.

Mərkəzi prosessorun iş prinsipini belə təsəvvür etmək olar: emala daxil olan informasiya ilkin seçim blokunun idarəsi altında sistem yaddaşından şinlər bloku vasitəsilə prosessorun keş-verilənlərinə, əmrlər isə əmrlər üçün olan keş-yaddaşa ötürülür. Dekodlaşdırma bloku əmrlərin kodunu açıb, 2-lik koda çevirir idarəedici bloka keş-yaddaşa icraya göndərir. Hesab-məntiq qurğusu əmrə uyğun əməlləri icra edib alınmış nəticələri registrlər blokuna ötürür. Sonra registrlərin məzmunu sistem yaddaşına və ya xarici qurğulara ötürülür.

    1. Kompüterin iş prinsipi


3.4.1 İnformasiyanın kodlaşdırılması və kompüter yaddaşında təsviri

Kompüter 2-lik say sistemində təsvir edilən rəqəmlərlə işləyir. Bu da, 10-luq say sistemi kimi, mövqeli say sistemidir. Tam ədədi 10-luqdan 2-liyə keçirmək üçün ardıcıl bölmədən, kəsr ədədi 10-luqdan 2-liyə çevirmək üçün isə ardıcıl vurmadan istifadə edilir. 2-lik ədəd sağdan-sola üç-üç qruplaşdırıldıqda 8-lik say sisteminin ədədləri alınır. 2-lik rəqəm yaddaşda 1 bit yer tutur. 8 mərtəbəli 2-lik ədəd 1 bayt yaddaş tutur. 1024 bayt 1 kilobayt, 1024 kilobayt 1 meqabayt, 1024 meqabayt 1 qiqabayt, 1024 qiqabayt 1 terabayt təşkil edir və s.

İnformasiya kompüter yaddaşında rəqəm formasında saxlanır. Yəni, rəqəm olmayan informasiya81 da rəqəmə çevrilir. Buna kodlaşdırma deyilir.

81 mətn, şəkil, səs və s.

Müasir fərdi kompüterlərdə operativ yaddaşın həcmi yüzlərlə meqabayt təşkil edir.

Kompüterdə ədədi, mətni və məntiqi verilənlər fərqləndirilir. Mətni verilənlər dedikdə, simvolların xətti ardıcıllığı nəzərdə tutulur. Simvollar nömrələnir (kodlaşdırılır) və simvol əvəzinə koddan istifadə edilir. Hər simvol 1 bayt yer tutur.

Hal-hazırda 128 simvolluq (0-dan 127-dək) ASCII (American Standard Code for Informational Interchange) standart kodundan istifadə edilir. Milli əlifbalar 128-255 arasında nömrələnir. Mətni düzgün oxumaq üçün mətn drayverləri vardır.

Məntiqi verilən 2 qiymət (0 1) alır. 0-yalan, 1- gerçək. Məntiqi verilən 1 bit yer tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də 2-lik rəqəmlərə çevrilib saxlanır.


    1. Yüklə 5,72 Mb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin