Periferiya qurğuları: təyinatı və xarakteristikası
Giriş qurğuları. Kompüterə informasiya daxil edən qurğulara: klaviatura, mış, trekbol, coystik, skaner, dicitayzer, sözanlayan qurğu və s. aiddir.
Klaviatura hələ əsas giriş qurğusu olaraq qalır. Klaviatura düymələri nömrələn- mişdir. Hər nömrə ayrıca elektrik sxeminə uyğundur. Registr düymələri (Shift, Ctrl, Alt, Caps Lock və Num Lock) klaviatura düymələrinin nömrələrini dəyişir. Klaviatura bütövlükdə 510-a qədər işarə daxil etməyə imkan verir.
Mış və trekbol koordinatlı daxiletmə qurğusudur. Yəni, bunları müstəvi üzərində hərəkət etdirdikdə displey ekranında üfqi və şaquli hərəkət edən kursor informasiyanın
daxil edilməsi və idarə edilməsi prosesini reallaşdırmağa imkan verir. Trekbol arxası üstə çevrilmiş mışdır. Trekbolun fırlanan kürəsini barmaqla fırlatmaqla kursoru lazımi yerə gətirmək mümkündür.
Coystik – üfqi və şaquli hərəkət edən iki şarnirli altlığa bərkidilmiş dəstəkdir. Bu da mış kimi işləyir.
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks kimi işləyir.
Dicitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələş- dirmə sistemlərində istifadə edilir.
Sözanlayan qurğu sözü ikilik rəqəmə çevirib kompüterə ötürür.
Xarici yaddaş qurğuları. Bunlar informasiyanı uzun müddət saxlamaq üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları və lazer disk yığıcıları (CD-ROM) geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır. Diskin səthi cığırlaşdırılır. Eyni radiuslu cığırlar paketdə silindr yaradır. İnformasiya cığırla radiusun kəsişməsinə yazılır. Cığırlar eyni tutumludur. Cığırlar sektorlara bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur.
Vinçester də maqnit mahiyyətli disk paketidir. Lakin vinçester çevik yaddaş qurğusu hesab edilmir. Vinçester diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.
Çıxış qurğuları. Bunlar kompüterdə işlənmiş informasiyanı insan üçün münasib formada təqdim etmək üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və səsucaldan kolonkalar aiddir.
Monitor (displey) mətn və qrafik informasiyanı təqdim etmək üçündür. Fərdi kompüterin monitoru mətn rejimində 25 sətr və 80 sütunun kəsişməsindəki 2000 xanadan ibarətdir. Hər xanaya bir simvol yazılır. Simvol nöqtələrdən yığılmış şəkildir. Qrafik rejimdə isə monitorun sahəsi piksellə (nöqtə ilə) ölçülür. 480x640, 600x800, 768x1024, 864x1152, 1024x1280 rejimləri vardır.
Monitor ekranına çıxarılan informasiya videoyaddaşda saxlanır. Bu, məntiqi cəhətdən operativ yaddaşın bir hissəsi olsa da, fiziki cəhətdən monitora quraşdırılmış ayrıca qurğudur.
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur. Port kompüterin girişinə və ya çıxışına müvafiq virtual yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. Hansı
prosessor tərəfindən təyin və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə onun qoşulub-qoşulmadığını, sonra işə hazır olub-olmadığını, sonra kağızın olub-olmadığını yoxlayır, sonra lazımi əmri ötürür.
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: ardıcıl, sətri və səhifəlik olur. İş prinsipinə görə, zərbəli və zərbəsiz printerlər vardır. Çap üsuluna görə, matris və simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. Başlıqda 9, 18, 24 iynə ola bilir. Sətri və səhifəlik matris printerlət müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap edir. Lakin bunlar səslidirlər. Şırnaqlı printerlər zərbəsiz olduğundan səssiz işləyir. Dəqiqədə 2-7 səhifə çap edir. Lazer printer kseroks prinsipində işləyir.
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir.
İndiki kompüterlərin hamısında audioadapter (səs platası) vardır. Səsucaldan kolonkalar həmin audioadapterlə işləyir.
Bəzi digər qurğular.
Riyazi prosessor sürüşən (üzən) vergüllü ədədlər üzərində cəld və daha dəqiq əməl- lər aparır.
Taktlı impulslar generatoru kompüter qurğularına ötürülən siqnalları müəyyən vaxt fasilələri ilə göndərir. Bir saniyədəki taktların sayına kompüterin takt tezliyi deyilir. Saniyədə milyon takt 1 meqahersdir. Bu, bütün qurğuların işini sinxronlaşdırmaq üçündür.
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt kvantları ilə işləyir.
Yaddaşa birbaşa müraciət kontrolleri operativ yaddaşla xarici qurğular arasında prosessorun iştirakı olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır.
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə çevirmək üçündür. Bunun köməyi ilə kompüter real vaxta köklənir və səs generasiyası baş tutur.
Dostları ilə paylaş: |