Fayllar və fayl sistemi
Bütün proqramlar və verilənlər kompüterin xarici yaddaşında fayl şəklində saxlanır. Fayl dedikdə, xarici yaddaşda saxlanan adlandırılmış müəyyən miqdar informasiya137 nəzərdə tutulur.
Faylın adı. Faylın adı bir-birindən nöqtə ilə ayrılan 2 hissədən ibarətdir. Birinci hissə faylın adını, ikinci hissə faylın tipini müəyyən edən genişləndirməni əks etdirir. Faylın adındakı birinci hissəni istifadəçi, ikinci hissəni faylı yaradan proqram verir. Fayl tipləri və onların genişləndirmələri aşağıdakı cədvəldə verilmişdir:
Faylın tipi
|
Genişləndirmə
|
Proqramlar
|
exe, com
|
Mətn faylları
|
txt, doc
|
Qrafik fayllar
|
bmp, gif, ipg və s.
|
135 vinçesterdə, çevik və ya lazer diskdə
136 Basic İnput/Output System- giriş-çıxış baza sistemi
Səs faylları
|
wav, mid
|
Videofayllar
|
avi
|
Proqramlaşdırma dillərindəki proqramlar
|
bas, pas və s.
|
Fayl sistemi. Hər bir informasiya daşıyıcısında138 çoxsaylı fayllar saxlana bilir.
Faylların diskdə saxlanma qaydası fayl sistemi tərəfindən müəyyən edilir.
Hər bir disk 2 oblasta bölünür: 1) faylların saxlandığı oblast, 2) kataloq. Kataloqda faylın adı və diskdə yerləşməsinin başlanğıcı qeyd edilir. Yəni, kataloq mövzunun başlığı, fayl isə məzmunu kimi nəzərə gəlir. Kitab səhifələrdən, disk isə sektorlardan ibarətdir. Saxlanan faylların sayı az139 olduqda həmin disk üçün birsəviyyəli fayl sistemindən istifadə edilə bilər. Bu halda kataloq140 fayl adlarının xətti ardıcıllığından ibarət olacaqdır. Əgər diskdə minlərlə fayl saxlanırsa, bu halda çoxsəviyyəli (ağacşəkilli) fayl sistemindən
istifadə edilir. Başlanğıc (kök) kataloq 1-ci səviyyə kataloqlarını, bunlar 2-ci səviyyə kataloqlarını və s. saxlayır. Bütün səviyyə kataloqlarında həm də fayllar saxlana bilir.
Fayl sistemi dedikdə, kataloqların təşkili və faylların saxlanması sistemi nəzərdə tutulur.
Fayla aparan yol. Lazımi faylı tapmaq üçün müəyyən yol keçmək tələb olunur. Məsələn, C:\GAMES\CHESS\chess.exe. Bu, o deməkdir ki, şahmat proqramı vinçesterdə (C:) yerləşən oyun (GAMES) kök kataloqundakı şahmat (CHESS) kataloqundadır. Faylın adı göstərilən yola faylın bitkin adı deyilir.
Fayl sisteminin qrafik interfeysin köməyi ilə təqdim edilməsi. MS-DOS-un iyerarxik fayl sistemi (kataloq və faylları) Windows qrafik interfeysində qovluq və sənədlər sistemi kimi təsvir edilir. Lakin MS-DOS-da başlanğıcda kök kataloq, Windows-da işə İşçi stol dayanır. Bundan sonra Mənim kompüterim, Səbət, Şəbəkə əhatəsi yerləşir.
Mənim kompüterim qovluğu kompüterin resurslarını əks etdirir. Fayllar üzərində əməllər. Fayl üzərində aşağıdakı əməllər icra edilir: üzköçürmə (faylın nüsxəsi başqa kataloqa yerləşdirilir);
yerdəyişmə (faylın özü başqa kataloqa yerləşdirilir); silmə (faylın kataloqdan silinməsi);
138 çevik, sərt və ya lazer diskində
139 cəmi bir neçə yüz
addəyişmə (faylın adı dəyişdirilir).
Windows qrafik interfeysi fayllar üzərində aparılan əməlləri Drag&Drop141 meto- dundan istifadə etməklə mış vasitəsilə də icra etməyə imkan verir.
Windows qrafik interfeysi həm də MS-DOS-da işləmək imkanını saxlayır. Bunun üçün seans MS-DOS-a keçmək kifayətdir.
Disklərin məntiqi quruluşu
Diskin formatlaşdırılması. İnformasiyanı diskə yazmaq üçün əvvəlcə disk format- laşdırılmalıdır. Bu isə o deməkdir ki, disk həm fiziki, həm də məntiqi quruluşa malik olmalıdır. Diskin fiziki strukturlaşdırılması onun üzərində konsentrik cığırlar açmaqdan və onları cektorlara bölməkdən ibarətdir.
Çevik diskin məntiqi quruluşu. Maqnit diskinin məntiqi quruluşu dedikdə, 512 baytlıq həcmə malik olan nömrələnmiş sektorlar məcmusu nəzərdə tutulur. Sektorlar 0-cı cığırın 1-ci sektorundan başlayaraq sonuncu cığırın son sektorunadək ardıcıl nömrələnir. Sektor – çevik diskdə ünvanlaşdırılmış minimal elementdir. Fayl sektorların tam sayına yazılır. Yəni ən kiçik fayl 1 sektor yer tutursa, ən böyük fayl da diskdəki sektorların sayı qədər yaddaş zəbt edir. Fayl sektorlara ixtiyari qaydada yazılır. Faylı adına görə tapmaq üçün diskdə xüsusi kataloq vardır ki, bu da fayllar barədə verilənlər bazası rolunu oynayır.
Fayl haqqındakı yazı faylın adından, faylın yazıldığı birinci sektorun ünvanından, faylın həcmindən və yaradıldığı tarixdən və vaxtdan ibarətdir. Faylın yerləşdiyi sektorlar barədə bitkin informasiya FAT142 deyilən xüsusi cədvəldə əks etdirilir143. Bu cədvəldə faylın yerləşdiyi sektorların nömrələri yazılır. Sonuncu nömrədən sonra faylın sonunu göstərən işarə yerləşir. Çevik diskdəki verilənlər bazasında və FAT cədvəlində kataloqlar üçün 2-ci sektordan 33-cü sektoradək yer ayrılır. 1-ci sektor əməliyyat sisteminin yükləyici yazısı üçündür. Fayllar 34-cü sektordan başlayaraq yerləşdirilir.
Formatlaşdırmanın növləri. Disklərin formatlaşdırılmasının 2 növü vardır: tam və cəld formatlaşdırma. Tam formatlaşdırma həm fiziki, həm də məntiqi formatlaşdırmanı əhatə edir. Tam formatlaşdırma disketdəki informasiyanı pozur. Cəld formatlaşdırma isə
141 Drag&Drop -götür apar və qoy qalsın
142 FAT - File Allocation Table – Faylların yerləşmə cədvəli
143 Windows NT-də FAT32 ilə yanaşı, daha genişimkanlı NTFS adlı fayl sistemindən istifadə edilir.
115
yalnız kök kataloqu və faylların yerləşmə cədvəlini təmizləyir. Bu halda disketdəki informasiya pozulmur.
Sərt disklərin məntiqi quruluşu çevik disklərin məntiqi quruluşundan xeyli fərqlənir. Burada ünvanlaşdırılan element bir neçə sektorun birləşməsindən yaradılan klasterdir. Klasterin ölçüsü FAT cədvəlinin tipindən və sərt diskin tutumundan asılıdır. FAT16
cədvəli
216
65536
klaster ünvanlaşdıra bilir. Böyük həcmli disklər üçün klasterin ölçüsü
olduqca iri olur. Çünki sərt diskin informasiya tutumu 150 Qbayta çata bilir. Məsələn, 40Qbayt həcmi olan diskdə klasterin ölçüsü 640 Kbayt (40 Qbayt / 65536 = 655360 bayt = 640 Kbayt) təşkil edir.
Fa yl kl as ter lər in də tam sa yında yer ləşir. Məs əl ən, ―inf or mati ka‖ sö zü yaz ılmış mətn fa ylı 11 ba yt həc mə malik ol sa da 150 Qba ytl ıq sə rt di skdə 6 40 Kba ytl ıq 1 kl ast er də yer lə şir. Bu o de mə kdir ki, bö yük tu tumlu sərt diskə ki çik həc mli fa yllar ın yaz ıl ma sı ya dda şd an p is i stif adə ed il mə si ilə nə tic ələ nir. Bu p ro ble mi FAT32 cə dv əl ind ən i sti fa də et mə klə qis mən hə ll et mək mümkün o lur. Ç ün ki bu h alda kl aster 8 s ekt oru b irl əşd irir ki, bu da cə mi 4 Kba yt həc mə malik o lur. İ nfor ma si ya nın eti barlı s ax la nma sı ü çün F AT cə dv əli 2 nü sx ədə yar adı lır. Windows ƏS-də F AT16 cə dv əl ini F AT3 2- yə çe virən xü susi x id məti p ro qram vardır.
Disklərin defraqmentləşdirilməsi. Faylların sərt diskə yazılıb-pozulmasi ilə bağlı olaraq zaman keçdikcə fraqmentləşmə 144 artır. Faylların fraqmentləşməsi kompüterin sürə- tinə mənfi təsir edir. Çünki maqnit başlıq fraqment axtarışına get-gedə daha çox vaxt sərf edir. Nəticədə sərt disk vaxtından əvvəl sıradan çıxır. Buna görə də dövrü olaraq disklərin defraqmentləşdirilməsi məsləhət görülür. Defraqmentləşdirmə zamanı faylın fraqmentləri ardıcıl klasterlərə yazılır. Dickin defraqmentləşdirilməsi proqramını işə buraxmaq üçün Baş Menyüdən Standartlar-Xidmətedicilər-Diskin defraqmentləşdirilməsi əmrini vermək lazımdır. Dialoq panelindən disk seçilməli, sonra OK verilməlidir. Məlumat düyməsini basmaqla işin gedişini izləmək olar.
Dostları ilə paylaş: |