Investisiya menecmenti



Yüklə 454,78 Kb.
səhifə2/4
tarix27.06.2018
ölçüsü454,78 Kb.
#55021
1   2   3   4

82. Dövlət orqanları tərəfindən investorların və investisiya fəaliyyətinin digər iştirakçıların qanuni hüquqlarını və mənafelərini pozan aktlar qəbul edildiyi hallarda investisiya fəaliyyəti subyektlərinə həmin aktların qəbulu nəticəsində dəyən zərər və itirilmiş mənfəət nə zaman ödənilir?

A) Məhkəmənin və ya arbitraj məkəməsinin qərarı ilə

B) Investorlar yazılı surətdə müraciət etdikdə

C) Icra hakimiyyəti orqanlarının qərarı ilə

D) Ictimai təşkilatların tələbi ilə

E) Maliyyə təşkilatlarının tələbi ilə



83. Hansı obyektlərə investisiya qoyulması zamanı investorların müstəqil hüquqları məhdudlaşdırılır?

A) Qanunvericilik aktları ilə investisiya qoyulması qadağan edilən və ya məhdudlaşdırılan obyektlərə

B) BVF-nun icazə vermədiyi obyektlərə

C) Maliyyə Nazirliyinin qadağan etdiyi obyektlərə

D) BMT-nin qadağan etdiyi obyektlərə

E) BTT-nin icazə vermədiyi obyektlərə



84. Fiziki və hüquqi şəxslərin investisiya fəaliyyətinin iştirakçısı qismində cəlb edilməsi hansı yolla həyata keçirilir?

A) Müqavilə, müsabiqə (tender) və hərrac yolu ilə

B) Müqavilə və tapşırıq

C) Müsabiqə (tender) və tapşırıq

D) Beynəlxalq maliyyə qurumlarının təklifi ilə

E) Dövlət qurumlarının təklifi ilə



85. Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq investor ölkə ərazisində hansı hüquqlara malikdir?

A) Investisiyanın obyektlərinə və nəticələrinə sahiblik, istifadə və sərəncam vermək, reinvestisiya və ticarət əməliyyatları həyata keçirmək

B) Münaqişələri həll etmək

C) Dövlət orqanları ilə danışıqlar aparmaq

D) Istənilən obyektə investisiya qoymaq

E) Beynəlxalq təşkilatlara müraciət etmək



86. Müəyyən növ işi yerinə yetirən investisiya fəaliyyətinin iştirakçıları bu kimi fəaliyyətin həyata keçirilməsinin qanunu olması haqqında hansı sənədə malik olmalıdır?

A) Lisenziya və ya sertifikata

B) Injinirinq xidmətlərinin alınması haqqında müqaviləyə

C) Berbout-çarterə

D) Müqaviləyə

E) Konosamentə



87. İnvestor investisiya qoyuluşu üçün maliyyə vəsaitini hansı formada cəlb edə bilər?

A) Kredit, qiymətli kağızlar buraxılışı və borc kimi

B) Hədiyyə və borc

C) Kredit və dillinq

D) Qiymətli kağızlar buraxılışı və faktorinq

E) Borc və barter



88. Azərbaycan Respublikasının qanunları ilə başqa hallar nəzərdə tutulmayıbsa investor öhdəliklərinə real təminat vermək məqsədi ilə girov qoymaq üçün nədən istifadə edə bilər?

A) Özünə məxsus və ya özünün tam təsərrüfat səlahiyyətlərində olan əmlakdan

B) İcarəyə götürdüyü əmlakdan

C) Dövlətdən aldığı vəsaitlərdən

D) Payçıların əmlakından

E) Həmkarlar təşkilatının vəsaitlərindən



89. Azərbaycan Respublikası ərazisinin hüdudlarından kənarda ipoteka krediti hesabına investor kimi çıxış edən dövlət müəssisələrinin investorları üçün kim tərəfindən təminat verilir?

A) Azərbaycan dövləti

B) Səhmdarlar

C) Beynəlxalq maliyyə qurumları

D) Ərazisində investisiya fəaliyyəti həyata keçiriləcək dövlət

E) BVF


90. İnvestorların fiziki və hüquqi şəxslərdən birbaşa və ya vasitəçilik yolu ilə istənilən miqdarda və növdən olan əmlakı hansı qiymətlərlə almaq hüququ vardır?

A) Tərəflərin müəyyənləşdirdiyi qiymətlərlə

B) Topdan satış

C) Pərakəndə

D) Sabit

E) Dünya



91. Dövlət və bələdiyyə mülkiyyətinin, habelə başqa tikinti obyektlərinin özəlləşdirilməsində investorlar hansı şərtlərlə və qaydada iştirak edə bilərlər?

A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə

B) Beynəlxalq təşkiltların təklif etdiyi şərtlərlə

C) Nəzarət edən orqanların təklif etdiyi qaydada

D) Həmkarlar təşkilatının təklif etdiyi şərtlərlə

E) Səhmdarların qərarı ilə



92. Müvafiq attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyənləşdirir?

A) Milli Məclis

B) Nazirlər Kabineti

C) Prezident apparatı

D) Hesablama Palatası

E) Maliyyə Nazirliyi



93. Lisenziya verilməsi qaydasını müəyyənləşdirir:

A) Nazirlər Kabineti

B) Milli Məclis

C) Maliyyə Nazirliyi

D) Kömrük Komitəsi

E) Vergilər Nazirliyi



94. İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd necə adlanır?

A) Müqavilə

B) Biznes-plan

C) Overdraft

D) Sertifikat

E) Indossament



95. İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtləri nə zaman öz qüvvəsini itirir?

A) Investisiya fəaliyyətinin subyektləri müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığa gəldikdə

B) Müqavilə bağlandıqdan sonra qanunvericilikdə subyektlərin vəziyyətini pisləşdirən və hüquqlarını məhdudlaşdıran şərtlər müəyyən edildikdə

C) Bütün hallarda

D) Həmkarlar təşkilatının tələbi ilə

E) Beynəlxalq təşkilatların təkidi ilə



96. Dövlət orqanları və onların vəzifəli şəxsləri hansı investisiya fəaliyyəti subyektlərinin işinə qarışa bilərlər?

A) Dövlət orqanları və onların vəzifəli şəxsləri qanunvericiliklə yol verilən və onların səlahiyyətinə daxil olan hallarda

B) Istənilən halda

C) Görülən işlərin ayrı-ayrı vəzifəli şəxslərin maraqlarına toxunduqda

D) Həmkarlar təşkilatı üzvlərinin və vəzifəli şəxslərin maraqlarına toxunulduqda

E) Beynəlxalq təşkilatların maraqlarına toxunulduqda və qanunvericiliklə nəzərdə tutulmamış hallarda



97. Dövlət orqanları və başqa orqanlar investorların və investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri hansı həcmdə ödəməlidirlər?

A) Tam həcmdə

B) Qismən

C) Ödəmirlər

D) Natamam

E) Istədikləri həcmdə



98. İnvestorların Azərbaycan Respublikasında qorunması necə təmin edilir?

A) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və başqa dövlətlərlə bağladığı müqavilələrlə

B) Beynəlxalq maliyyə qurumlarının göstərişi əsasında

C) Vəzifəli şəxslərin göstərişi əsasında

D) Müvafiq qanunvericiliklə və həmkarlar təşkilatının köməyi ilə

E) Xarici dövlətlərin qanunvericiliyi ilə



99. Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə investisiya qoyuluşu şəraitini pisləşdirdikdə investisiya fəaliyyətinə dair bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə hansı qanunvericilik tətbiq edilir?

A) Investisiyanın qoyulduğu zaman qüvvədə olan qaninvericilik

B) Xarici dövlətin qanunvericiliyi

C) Azərbaycan Respublikasında tətbiq edilən hazırki qanunvericilik

D) Avropa birliyində tətbiq edilən qanunvericilik

E) Xarici dövlətin və Azərbaycan Respublikasında tətbiq edilən hazırki qanunvericilik



100. Azərbaycan Respublikası ərazisində investisiya və onların nəticələri nə zaman milliləşdirilə bilər?

A) Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında investora vurulmuş zərərin, o cümlədən itkilərin, faydanın əvəzi tam həcmdə real dəyər üzrə ödənilməklə

B) Istənilən halda

C) Beynəlxalq maliyyə qurumlarının təkidi ilə

D) Ictimai təşkilatların tələbi ilə

E) Beynəlxalq təşkilatların xahişi ilə



101. Dövlət orqanları investisiya fəaliyyətinin həyata keçirilməsinə dair öhdəliklərini və ya qanuni əsaslar üzrə onlara həvalə edilmiş vəzifələri yerinə yetirmədikdə, yaxud lazımınca yerinə yetirmədikdə investisiya fəaliyyətinin digər subyektləri qarşısında həmin öhdəliklərə görə hansı məsuliyyəti daşıyırlar?

A) Əmlak

B) Heç bir

C) Nataman

D) Tam

E) Vəziyyətdən asılı olaraq əmlak və ya natamam



102. Qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa qanunvericiliyin tələblərinin və müqavilə öhdəliklərinin pozulmasına görə cəriməni və dəbbə pulunu, habelə dəymiş zərərin ödənilməsini kim həyata keçirir?

A) Təqsirkar

B) Sığorta şirkəti

C) BVF


D) Beynəlxalq maliyyə qurumları

E) Icra hakimiyyəti



103. Azərbaycan Respublikasının bağladığı beynəxalq müqavilədə investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən olunduqda hansı qaydalar tətbiq edilir?

A) Beynəlxalq müqavilənin qaydaları

B) Xarici dövlətin qanunvericiliyi

C) Azərbaycan Respublikasının qanunvericiliyi

D) Xarici dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi

E) Biznes sahəsində tətbiq edilən qaydalar



104. İnvestisiya fəaliyyətini həyata keçirmək üçün hansı şərtlərin olması zəruridir?

A) Investisiya fəaliyyətinə olan tələbat, konkret investisiya ideya və layihələrin, onları həyata keçirən və onları maliyyələşdirən qrupların, investisiya fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi bazanın olması, xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi üçün sabit investisiya mühitinin yaradılması

B) Istənilən halda

C) Dövlətin loyallığı

D) Ictimai təşkilatların nəzarətinin olması

E) Beynəlxalq maliyyə qurumlarının həyata keçirdikləri fəaliyyət



105. Dövlətin, onun subyektlərinin və kommersiya təşkilarlarının investisiya üçün zəruri vəsait ayrılması imkanları nədən asılıdır?

A) ÜDM, ÜMM və milli gəlirin kəmiyyətindən

B) Xarici iqtisadi münasibətlərdən

C) Beynəlxalq maliyyə qurumları ilə olan münasibətlərdən

D) Ölkədə tətbiq edilən qanunvericilikdən

E) Ölkədə tətbiq edilən vergi sistemindən



106. Investisiya fəaliyyətinə mikrosəviyyədə təsir göstərən amillər necə adlanır?

A) Daxili

B) Sabit

C) Xarici

D) Nisbi

E) Mütləq



107. Investisiya fəaliyyətinə makrosəviyyədə təsir edən amillər necə adlanır?

A) Xarici

B) Mütləq

C) Nisbi

D) Daxili

E) Sabit



108. Dövlətin və təsərrüfatçılıq edən bütün subyektlərin maliyyə vəziyyətini və

investisiya fəaliyyətinin fəallaşdırılmasını müəyyən edən əsas amil hansıdır?

A) Ölkənin iqtisadiyyatının vəziyyəti, onun inkişaf dinamikası

B) Ölkənin xarici borclarının həcmi

C) Ölkədə həmkarlar təşkiltının olub, olmaması

D) Iri sığorta şirkətlərinin mövcudluğu

E) Tətbiq edilən qanunvericilik



109. İnvestisiya tələb əyrisi asılıdır?

A) Bank faizi dərəcəsindən, xalis mənfəətin gözlənilən normasından və investisiya qoyuluşundan

B) Bank faizi dərəcəsindən və infilyasiyanın səviyyəsindən

C) Xalis mənfəətin gözlənilən normasından və vergi dərəcələrindən

D) İnfilyasiyanın səviyyəsindən və investisiya qoyuluşundan

E) Bank faizinin nominal dərəcəsindən və tətbiq edilən sanksiyalardan



110. Hansı hallarda investisiya qoyuluşu əlverişli hesab edilir?

A) Gözlənilən mənfəət norması bank faizi dərəcəsini ötüb keçirsə

B) Ölkədə sahibkarlığa münasibət müsbət olduqda

C) Dövlət maneyələr yaratmadıqda

D) Infilyasiyanın səviyyəsi yüksək olmadıqda

E) Güclü bank sistemi mövcud olduqda



111. Real faiz dərəcəsi nominal dərəcədən nə ilə fərqlənir?

A) Infilyasiyanın səviyyəsi qədər

B) Xalis mənfəət norması

C) Müddətinə görə

D) Ödənməyinə görə

E) Sığorta ödəməsinə görə



112. İnvestisiya fəaliyyətinin canlanması üçün köklü maneçilik yaradır

A) Hiperinfilyasiya

B) Həmkarlar təşkilatları

C) Dövlət

D) Beynəlxalq maliyyə qurumları

E) Vergilər Nazirliyi



113. Hər hansı ölkənin iqtisadiyyatının normal inkişaf etməsi və investisiya qoyulması üçün şəraiti kim yaradır?

A) Dövlət

B) Beynəlxalq maliyyə qurumları

C) Sığorta şirkətləri

D) Səhmdarlar

E) Kommersiya bankları



114. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi hansı məqsədlə həyata keçirilir?

A) Vahid iqtisadi, elmi-texniki və sosial siyasət yeritmək məqsədi ilə

B) Sahibkarların maraqlarını müdafiə etmək məqsədi ilə

C) Fiziki şəxsləri müdafiə etmək məqsədi ilə

D) Münaqişələri həll etmək üçün

E) Inhisarlara qarşı mübarizə aparmaq üçün



115. Dövlət iqtisadiyyatı tənzimləmək üzrə öz funksiyasını yerinə yetirmək üçün nələrdən istifadə edir?

A) Iqtisadi və inzibati metodlardan istifadə etmək, qanunvericilik aktlarının və qərarların qəbul edilməsi yolu ilə

B) Iri sığorta şirkətləri yaradır

C) Bank sistemində inhisarçılığa şərait yaradır

D) Kömrük rüsumlarını ləğv edir

E) Idxal əməliyyatlarını dayandırır



116. Dövlət investisiyasının idarə olunması kimlər tərəfindən həyata keçirilir?

A) Respublika və yerli dövlət hakimiyyət və idarəetmə orqanları

B) Sahibkarlar

C) Xarici şirkətlər

D) Səhmdarlar

E) Auditorlar Palatası



121. İnvestisiya subyektlərinin hüquqları, onlara verilən təminatlar, zəmanətlər, güzəştlər və digər şərtlər öz əksini harada tapır?

A) Qanunlarda

B) Müqavilədə

C) Sertifikatda

D) Lisenziyada

E) Konosamentdə



117. Vergi, kömrük, bank, sığorta, və digər münasibətlər aydınlaşdırılır :

A) Qərar və normativ aktlarda

B) Müqavilədə

C) Qanunlarda

D) Sertifikatda

E) Konosamentdə



118. Dövlət investisiyasının idarə olunması ibarətdir

A) Büdcə, büdcədənkənar vəsaitin planlaşdırılmasından, investisiyanın maliyyələşdirilməsi şərtlərinin müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən

B) Cəlb edilən vəsaitlərin bölüşdürülməsindən

C) Münaqişə vəziyyətlərinin həll edilməsindən

D) Cəlb edilən digər vəsaitlərin sığortalanmasından

E) Ayrı-ayrı regional istehsal sahələrinin inkişafı üçün subvensiya, subsidiya, büdcə borclarının verilməsi



119. Respublika ərazisində dövlət investisiyalarına dair qərarlar nəyin əsasında qəbul edilir?

A) Respublikanın iqtisadi və sosial inkişaf proqramları, proqnozları, məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi, bu investisiyaların məqsədəuyğunluğunu müəyyənləşdirən texniki-iqtisadi əsaslandırmalar, məqsədli elmi-texniki və kompleks proqramlar əsasında

B) Xarici dövlətlərin təkidi, məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi əsasında

C) Investisiyaların məqsədəuyğunluğunu müəyyənləşdirən texniki-iqtisadi əsaslandırmalar və beynəlxalq maliyyə qurumlarının tələbi əsasında

D) İctimai təşkilatların müraciəti və məqsədli elmi-texniki və kompleks proqramlar əsasında

E) Avropa şurasının tələbi, iqtisadi və sosial inkişaf proqnozları əsasında



120. Respublika üzrə məqsədli kompleks proqramların layihələri kim tərəfindən müəyyən edilmiş qaydada işlənib hazırlanır?

A) Nazirlər Kabineti

B) Milli Məclis

C) Prezident

D) Yerli dövlət hakimiyyəti və idarə etmə orqanları

E) Hesablama Palatası



121. Respublika üzrə məqsədli kompleks proqramların layihələri kim tərəfindən işlənib hazırlanır?

A) Əlaqədar dövlət orqanlarının və ictimai təşkilatların iştirakı ilə

B) Xarici lahiyəçilər

C) Prezident aparatı

D) Bələdiyyələr

E) Auditorlar Palatası



122. Respublika üzrə məqsədli kompleks proqramların layihələri kim tərəfindən təsdiq edilir?

A) Milli Məclis

B) Nazirlər Kabineti

C) Prezident

D) Vergilər Nazirliyi

E) Dövlət Xəzinədarlığı



123. Respublika dovlət sifarişi obyektləri kim tərəfindən müəyyənləşdirilmiş qaydada istismara qəbul edilir?

A) Nazirlər Kabineti

B) Prezident aparatı

C) Milli Məclis

D) Maliyyə Nazirliyi

E) Dövlət Xəzinədarlığı



124. Hansı investorlara Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan güzəştlər verilir?

A) Ictimai tələbatın ödənilməsinin daha vacib istiqamətlərində investisiya fəaliyyətini həyata keçirən investotlara

B) Xarici investorlara

C) Yerli investorlara

D) Xarici və yerli investorlara

E) Yerli sahibkarlara və dövlət müəssisələrinə



125. Hansı investisiya layihə və proqramları mütləq dövlət ekspertizasından keçirilməlidir?

A) Büdcə və büdcədənkənar vəsaitlər, o cümlədən xarici investisiya hesabına maliyyələşdirilən respublika, dövlətlərarası və regional investisiya layihə və proqramları

B) Xarici şirkətlər tərəfindən aparılan investisiya layihələri

C) Yerli sahibkarlar tərəfindən maliyyələşdirilən investisiya layihələri

D) Yerli və xarici investorlar tərəfindən həyata keçirilən investisiya layihələri

E) Bütün investisiya layihələri



126. Dövlət sifarişi bir qayda olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi sərfəliliyi nəzərə alınmaqla hansı əsasla yerinə yetirilir?

A) Tender

B) Müqavilə

C) Lisenziya

D) Sertifikat

E) Danışıqlar



127. Respublika dövlət sifarişi obyektləri kim tərəfindən müəyyənləşdirilmiş qaydada istismara qəbul edilir?

A) Nazirlər Kabineti

B) Prezident

C) Milli Məclis

D) Yerli hakimiyyət orqanları

E) Bələdiyyələr



128. İnvestisiyalar ekoloji, seysmoloji və sanitariya-gigiyena tələblərinə əməl edilməsi baxımından Azərbaycan Respublikası NK-nin müəyyənləşdirdiyi qaydada keçirilməlidir:

A) Dövlət ekspertizasından

B) Senzuradan

C) Nəzarətdən

D) Qeydiyyatdan

E) Hesablamadan



129. Dövlət büdcəsindən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək

məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır?

A) Dotasiya

B) Subvensiya

C) Subsidiya

D) Transfert

E) Kredit



130. Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsiti necə adlanır?

A) Subvensiya

B) Transfert

C) Dotasiya

D) Subsidiya

E) Konqlomerat



131. Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsiti necə adlanır?

A) Subsidiya

B) Divident

C) Dotasiya

D) Subvensiya

E) Transfert



132. Büdcə xərclərinin maliyyələşdirilməsi forması olub, hüquqi şəxslərə qaytarılmaq və haqqı ödənilmək şərti ilə verilən büdcə vəsaiti necə adlanır?

A) Büdcə krediti

B) Subvensiya

C) Subsidiya

D) Francayzinq

E) Dotasiya



133. Dövlət büdcəsindən yerli büdcələrə qaytarılmaq, əvəzi ödənilmək və ödənilməmək şərti ilə maliyyə ili ərzində müəyyən müddətə verilən büdcə vəsaiti necə adlanır?

A) Büdc ssudaları

B) Subsidiya

C) Dotasiya

D) Subvensiya

E) Büdcə krediti



134. Dövlət investisiyaya tələb və təklifin nisbətinin dəyişməsinə hansı yolla təsir göstərə bilər?

A) Maliyyə və pul-kredit siyasəti vasitəsilə

B) Inzibati yolla

C) Danışıqlar yolu ilə

D) Inzibati və iqtisadi yolla

E) Qanunlara dəyişikliklər etmək yolu ilə



135. Maliyyə aktivlərinin qiyməti (məzənnəsi), investisiya əmtəələrinə olan tələb və təklif necə müəyyən edilir?

A) Gəlirin norması vasitəsilə

B) Müsabiqə yolu ilə

C) Məhkəmə yolu ilə

D) Inzibati yolla

E) Inzibati və iqtisadi yolla



136. Müəssisənin investisiya strategiyasının tərkib hissəsidir?

A) Amortizasiya siyasəti

B) Sosial siyasət

C) Vergi siyasəti

D) Texniki siyasət

E) Kadr siyasəti



137. Amortizasiya ayırmalarının kəmiyyəti asılıdır :

A) Əsas vəsaitlərin balans dəyərindən və onların bərpasının müəyyən edilmiş formasından

B) Müəyyən edilmiş normalardan

C) Ödənilən vergilərdən

D) Gəlirlik normasından

E) Sığorta ödənişindən



138. İstehsal və tədavül xərclərinə aid edilir :

A) Amortizasiya ayırmaları

B) Vergi ödənişləri

C) Sığorta ödənişləri

D) Kömrük rüsumları

E) Sosial müdafiə fonduna ödənişlər



139. Əsas vəsait obyektinin yararlı istifadə edilməsi müddəti müəssisə tərəfindən nə zaman müəyyən edilir?

A) Mühasibat uçotuna qəbul edildiyi zaman

B) Müqavilə şərtlərinə əsasən

C) Istənilən zaman

D) Müəyyən edilmiş normalar əsasında

E) Dövlətin müəyyən etdiyi zaman



140. Ənənəvi xətt və azalan qalıq üsullarından nə zaman istifadə edilir?

A) Amortizasiya hesablamaları zamanı

B) Sığorta ödənişlərinin hesablanması zamanı

C) Vergilərin hesablanması zamanı

D) Əmək haqqının hesablanması zamanı

E) Pensiyaların hesablanması zamanı



141. Amortizasiyanın hesablanmasının hansı metodu zamanı əsas fondların bütün xidmət müddəti ərzində onun dəyərinin istehsal və tədavül xərclərinə tam keçirilməsinədək bərabər hesablanır?

A) Xətti metod

B) Azalan qalıq metodu

C) İl ərzində faydalı istifadə məbləği üzrə əsas vəsaitin dəyərinin silinməsi metodu

D) Məhsulun həcminə proporsional olaraq əsas vəsaitin dəyərinin silinməsi

E) Qarışıq metod



142. Amortizasiya müddətinin seçilməsi kimin sərəncamındadır?

A) Müəssisənin müdiriyyətinin

B) Dövlətin

C) Həmkarlar təşkilatının

D) Nazirlər Kabinetinin

E) Səhmdarların



143. Öhdəliyin icrasının təmin edilməsi üsuludur :

A) Girov

B) Nizamnamə

C) Normalar

D) Biznes-plan

E) Smeta



144. Respublika dövlət ehtiyacları üçün tikinti və texniki cəhətdən yenidən silahlanacaq obyektlərin siyahısının formalaşmasını və onların büdcə təxsisatı hesabına maliyyələşdirilməsini kim həyata keçirir?

A) Nazirlər Kabineti

B) Prezident

C) Milli Məclis

D) Bələdiyyələr

E) Energetika Nazirliyi



145. İnvestisiya siyasətini yürütmək üçün dövlətə nə lazımdır?

A) Investisiya proqramı və strategiyası

B) Xarici dövlətlərin köməyi

C) Beynəlxalq maliyyə qurumlarının təminatı

D) Təkmil bank strukturu

E) Həmkarlar təşkilatının loyallığı



146. Dövlət investisiya siyasətini neçə istiqamətdə aparır?

A) 2


B) 4

C) 5


D) 3

E) 6


147. Elmi-texniki siyasət hansı siyasətin tərkib hissəsidir?

A) Innovasiya

B) Sosial

C) Maliyyə

D) Fiskal

E) Büdcə



148. Dövlət investisiya siyasəti asılıdır?

A) Qarşıya qoyulmuş məqsəddən və ölkədə formalaşmış konkret iqtisadi vəziyyətdən

B) BVF ilə olan münasibətlərdən

C) Inkişaf etmiş ölkələrlə olan münasibətlərdən

D) Iqtisadi vəziyyətdən və həmkarlar təşkilatı ilə olan münasibətlərdən

E) Inflyasiyanın səviyyəsindən və hakimiyyətdə olan qüvvələrdən



149. Hər bir regionun investisiya siyasəti hansı amillərlə müəyyən edilir?

A) Regionda həyata keçirilən iqtisadi və sosial siyasət, mövcud istehsal potensialının kəmiyyəti, coğrafi cəhətdən yerləşmə, xarici investisiyalar üçün regionun cəlbediciliyi ilə

B) Regionda tətbiq olunan qanunvericiliklə

C) Regionda açıq iqtisadi zonanın mövcudluğu və qanunlarda olan boşluqlar

D) Məqsədli dövlət proqramlarının olması və həmkarlar təşkilatlarının vəziyyəti ilə

E) Dünya iqtisadiyyatında baş verən proseslər və yerli valyutanın məzənnəsi



Yüklə 454,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin