İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qadın şəxsiyyətinin dirçəldilməsinə dair qlobal şüara rəğmən, Qərb sivilizasiyasında qadın şəxsiyyətinə diqqətsizlik



Yüklə 1,54 Mb.
səhifə64/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

Qadın şəxsiyyətinin dirçəldilməsinə dair qlobal şüara rəğmən, Qərb sivilizasiyasında qadın şəxsiyyətinə diqqətsizlik


Qərb mədəniyyətinin və sivilizasiyasının başçılarının bayraqdarlığı ilə son 70-80 ildə qadın məqamı və şəxsiyyəti, bu şəxsiyyətin dirçəldilməsi və ona layiqli rolun tapşırılması barəsində dünya miqyasında başlanan böyük səs-sədaya rəğmən, bizim fikrimiz budur ki, qadının uca şəxsiyyəti hələ də dünyada diqqətsizliyə məruz qalır.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Keyhan qəzeti

İslamdan öncəki cahiliyyətdə qadına zülm


Əgər Əli ibn Əbu Talibin (ə) işarəsi ozamankı qadına olsa, siz yenə də buna şəkk edərsiniz. O zaman Peyğəmbərdən (s) qabaqkı cahiliyyət boyunduruğu altından yenicə çıxmış qadının tərbiyəsi, mədəniyyəti, düşüncəsi, fikir səviyyəsi, fikir qüvvəsi doğrudan da kişilər qədər olmuşmu? Şübhəsiz ki, yox. Ola bilsin siz Əli ibn Əbu Talibin (ə) dövründə görkəmli şəxsiyyətlər arasında üç-dörd qadının adını da görəsiniz. Mömin kişilərin çox sayı qarşısında qadının məzlum saxlanılması və elmi səviyyə baxımından lazımi inkişaf etməsinə imkan yaradılmaması ona hörmətsizlik deyilmi?!

Nəhcül-bəlağədən dərslər; 1980

Qadının mədəni əsirliyi - qadınların inkişafına əsaslı maneə


Söz burasındadır ki, cinsi mahiyyət və təbiət baxımından qadının heç bir əyər-əskikliyi yoxdur. Lakin bu cinsi zindanda və zəncirdə saxladıqda və inkişafına mane olduqda necə? İnkişaf etməsə, necə? Fərz edin ki, iki dostun birini on il bir kamerada saxlayıb oradan bayıra çıxmağa qoymasınlar. On il sürgündə saxlasınlar və heç nədən istifadə etməyə qoymasınlar. O birisi isə həmin on ildə gedib dərs oxusun, mütaliə etsin, səfərə çıxsın, dünyanı görsün, insanları görsün, mütəfəkkirləri görsün; bunlar eynidirmi? Xeyr, ikincisi birincisindən daha kamildir. Lakin bu, zindanda, kamerada, yaxud sürgündə qalıb bacarmayan qardaşın təqsiridir? Onun təqsiri var? Xeyr, təqsiri yoxdur. Amma bu, reallıqdır.

Nəhcül-bəlağədən dərslər; 1980

İmam Əlinin (ə) nəzərində qadının az bəhrələnməsi - qadın tənəzzülü və əsarəti dövranının reallığı


Əli (ə) bəlkə də öz dövrünün reallığına baxıb buyurur ki, qadınlar ağıl, iman və bəhrələr baxımından naqisdirlər; yəni bəhrələri azdır. Bəhrənin az olması nə deməkdir? Bu, qadının əsarət və tənəzzül dövrünə aiddir. Qadının bəhrəsi azdır. Qadın həyatdan bəhrələnmir, əsirdir, təzyiq altındadır, istədiyini edə bilməməyə məhkumdur, dərk etmək istədiyini dərk edə bilməməyə məhkumdur.

Nəhcül-bəlağədən dərslər; 1980

Bəşərin cahil xisləti tarix boyunca zülmün amili kimi


Mənim fikrim budur ki, taxir boyunca müxtəlif cəmiyyətlərdə qadın cinsinə zülm olunmuşdur. Bir dəfə də buna toxundum. Dedim ki, bu zülm nədən qaynaqlanır. Bu, bəşərin cəhalətinə görədir. Cahil bəşərin xisləti budur ki, başı üstündə güc və məcbur edən olmasa, yaxud insanın özünün daxilindən bir amil (bu çox azdır) – yəni güclü və aydın iman, yaxud onun xaricindən bir amil – yəni qanun, qanunun xəncəri və qamçısı olmasa, adətən belə olur; güclü zəifə zülm edir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Şahlıq quruluşunda qadına zülm


Qadını gözəlliyə aludə etmək - qadın şəxsiyyətinin tənəzzülünün amili

Keçmiş rejimdə qadınların çoxu savadsız idi, ictimai məsələlərdən bir şey anlamırdı, yəni anlamağa qoymurdular. Həm də ölkənin taleyinə biganə idi. Ümumiyyətlə bilmirdi ki, qadının ölkə taleyində təsiri ola bilər. Amma bütün bunlarla yanaşı, zahiri baxımdan avropalılar kimi, bəzən də qərbli və avropalı qadınlardan da qabaqda idilər. Kimsə onlara baxsaydı, elə bilərdi ki, bu qadın indi bir Avropa ölkəsindən və Qərb cəmiyyətindən İrana daxil olmuşdur. Amma əgər onunla iki kəlmə söhbət etsəydin, görərdin ki, bu xanım savadsız, yaxud az savadlıdır.

Qadını vadar edirdilər ki, gözəllik nümayiş etdirməklə və gözləri özünə cəlb etmək vasitəsi ilə özünə yalançı bir şəxsiyyət düzəltsin. Bu, qadın üçün tənəzzül idi, inkişaf deyildi. Onun başını bəzənməklə, moda ilə, gözəllik nümayiş etdirməklə, paltarla, qızıl və zinət əşyaları ilə qarışdırmaq, müxtəlif məqsədlərdə ondan bir alət və vasitə kimi istifadə etmək, siyasət, əxlaq və tərbiyə meydanına qoşulmasına qoymamaq istəyirdilər. Qadına qarşı bundan böyük cinayət ola bilərmi?! Bu, keçmiş rejim dövründə dəqiq və düşünülmüş şəkildə görülən işdir.

Tehran, Təbriz, İsfahan və digər şəhərlərin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Avtoritar ictimai quruluş - qadına zülmün ən mühüm tarixi amili


Qadının pərdə arxasında qalması düşünülən zaman bu quruluşlar təsir qoydular və qadınlara zülm olundu.

Qadının pərdə arxasından qaçması düşünülən, yəni qadının hicabdan qaçması düşünülən gün, inqilabdan qabaqkı son əlli il dövründə yenə qadınlara zülm olundu. Siz yenə görürsünüz ki, qadınlar xeyirlərinə olmayan və zərərlərinə olan meydanlara qoşulub bununla qadın cinsində olan bir insanın təbii haqqını əldə etmək üçün pərdə arxasından çıxdılar. Yenə də ailələrdə kişilər qadınlara zülm etdilər. Yenə də evlərdə oğullar analara zülm etdilər. Yenə də ailələrdə qardaşlar bacılara zülm etdilər. Yenə universitetlərdə qadınların sayı kişilərdən az oldu. Yenə qız məktəbi oğlan məktəbindən az oldu. Yenə də bəzi yerlərdə qadına fiziki işlər verildi. Bütün bu işlər görüldü. Səbəb də avtoritorizmə və hegemonluğa arxalanan yanlış və ədalətsiz ictimai sistem idi. Bu ən mühüm tarixi amildir.

Qadınlar şahidi” jurnalına müsahibədən; 18 may, 1988

Qərb mədəniyyətində qadına zülm


Qərb ölkələrində qadınlara zülm

Qadınlara qarşı bütün iddialarına rəğmən, Qərb ölkələrində qadınlara qarşı zülm əgər İslam və Şərq ölkələrindən çox olmasa da, az deyil.



Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Avropanın qadın məsələsində gecikmiş, tələsik və səs-sədalı oyanışı


Bu gün də dünyanın vəziyyəti elədir. Bu gün də qadını və onun insani mövqeyini bütün müdafiə iddialarına və səs-küylərinə rəğmən, təəssüf ki, sözügedən yanlış təsəvvür mövcuddur. Avropalılar meydana İslam və qeyri-Avropa ölkələrindən gec qoşulduqlarından qadın məsələsinə qarşı daha gec oyandılar.

Bilirsiniz ki, bu əsrin ikinci onilliklərinə qədər Avropanın heç bir yerində heç bir qadın səsvermə haqqına malik deyildi. Demokratiya olan yerlərdə də qadın öz malından istifadə haqqına malik deyildi. İkinci onilliklərdən, yəni 1916, yaxud 1918-ci illərdən sonra Avropa ölkələrində yavaş-yavaş qərara gəldilər ki, qadına öz əmlakından istifadə hüququ və kişi ilə bərabər ictimai hüquq versinlər. Buna əsasən, Avropa yuxudan çox gec oyandı və məsələni çox gec anladı. İndi yalançı ajiotajlarla sanki özünün zaman baxımından geriliyini düzəltmək istəyir.

Düzdür, Avropa tarixində kraliça, yaxud aristokrat olan qadınlar olmuşdur. Lakin bir qadının, yaxud bir ailənin, bir tayfanın və bir təbəqənin qadınlarının məsələsi qadın məsələsi deyil. Bu ayrıseçkiliklər həmişə olmuşdur. Yüksək səviyyələrdə təmsil olunan, misal üçün, bir ölkənin kraliçası olan qadınlar da olmuşdur. Bu imtiyaz onlara ailə və irs yolu ilə verilmişdir. Lakin qadın belə olmamışdır, dinlərin (sağlam və toxunulmaz qalanı İslamdır və digər dinlər də şübhəsiz, bu baxışa malikdirlər) baxışlarının əksinə olaraq, heç zaman cəmiyyətdə hüquqa malik olmamışdır.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin