İlahi yardıma güvənin
Cihad niyyətli idarəçiliyin mühüm amili özünə güvənməkdən, öz gücünə inanmaqdan və ilahi yardıma təvəkküldən ibarətdir...
Bütün işlərimizdə Allah-Taalaya təvəkkül edək və Onun yardımına güvənək! Allahdan kömək istəyəndə yollar üzünüzə açılar: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”.2
Bu və digər ayələrdə söz gedən ruzi mənə və sizə müxtəlif şəkillərdə çatır. Gah sizin zehninizə qəfildən bir şey düşür, bir yol açılır. Bu, ilahi ruzidir. Sıxıntılı anda qəlbinizdə böyük bir ümid yaranır. Bu, sözügedən ilahi ruzidir.3
Özünəinam elmdə, siyasətdə və ölkəni müdafiə etməkdə əlimizi tutdu. Əgər səkkizillik müharibə dövründə özünəinam olmasaydı, bu millətin vəziyyəti çox pis olar və ölkə dağılardı. İyirmi beş yaşlı bir cavanın özünə inamı və güvəni vardı. Bir diviziyanı iyirmi beş yaşlı bir cavana tapşırırdılar, o da düzüb-qurur, hazırlaşır, hərəkət edir, işə başlayır və böyük işlər görürdü. Bu gün də bu özünəinam var. Ali təhsil ocaqlarımız elmi işlər görür, cavanlarımız elmi üstünlüklərə nail olurlar, müxtəlif sahələrdə elmi inkişaflarımız dünyanı narahat edir. Bu, inqilabın bəhrəsidir. İstəmirlər ki, İran xalqı elmi baxımdan inkişaf etsin. Bunu açıq deyirlər. Əgər bir ölkənin elmi və iqtisadi inkişafı olmasa, güclülər həmişə onu əzərlər. İşğal altında olan Yaponiya özünü ələ almağı bacardı və elmi baxımdan inkişaf etdi. Qərblilər Şərqə və avropalı irqlərdən olmayanlara əsla diqqət ayırmaq istəmirlər, lakin elmi inkişaflarına görə onu ciddi qəbul etməyə məcburdurlar. ABŞ-ın bəzi siyasi, yaxud siyasi-elmi mərkəzlərində deyirlər ki, biz bir İslam Yaponiyasının yaranmasını istəmirik. İslam Yaponiyası – yəni siz! Deyirlər ki, İran xalqının elmi inkişafına mane olmalıyıq! Bunlar İran xalqının hərəkətini, bu özünəinamı görürlər. Bu da inqilabın və İslam Respublikasının nəticəsidir.1
Bu gün dünyada nadir elmlərdən hesab olunan atom sahəsində, kök hüceyrələrdə və digər bir çox elmi sahələrdə irəliləyişlərimizi müşahidə edirsiniz, düşmənlərimiz də bunu etiraf etməyə məcbur olublar. Bu onu göstərir ki, özünəinam olan mühitdə, millət öz gücünə inananda, azad şəkildə və yad qüvvələrin diktəsi olmadan çalışanda bütün zirvələri fəth etməyə qadirdir.1
Dostları ilə paylaş: |