1) Uğurlu iş təşkilatsız olmaz
Təşkilat - qarşısına bəlli bir məqsəd qoymuş insanlar üçün zəruri amildir. Təşkilat - nizam-intizam, işlərin bölüşdürülməsi, zəncirvari şəkildə görülməsi, əlaqələrin yaradılması deməkdir. Bu, çox yaxşı və hətta zəruri məsələdir. Dünyada heç bir uğurlu iş təşkilatsız ola bilməz. İran İslam İnqilabı da təşkilatçılıqla qələbə çaldı.1
Şübhəsiz, əsas məsələ təşkilat yaratmaqdır. Hər hansı bir təşkilat olmayınca heç nə qurmaq olmaz. Təşkilat yaratmaqda da çox gecikmək olmaz.2
Qurum və təşkilat olmadan idarəçillik mümkün deyil. Mən təşkilat nizam-intizamını çox vacib sayıram, amma bu, bizim kimliyimizi əlimizdən almamalıdır.3
Bütün işlərdə təşkilat və idarə qayda-qanunları mühüm rol oynayır. Məqsəd idarə bürokratiyasında ilişib-qalmaq deyil, bir təşkilatın, bir başçının və fikir mərkəzinin olmasıdır.4
Mən iki-üç il öncə qəlbən hörmət bəslədiyim yeni fikirli və çox dəyərli bir alimlə bu məsələ haqqında danışdım. Ona dedim ki, Qumda bir qrup tədqiqatçı alimi bir yerə toplayın, onlara elmi iş tapşırın və müəyyən büdcə ayırın. Lakin bu iş başa çatdırılmadı. Təəssüflər olsun ki, bu cür işlər həyata keçirilmir. Məlum məsələdir ki, bunlar fərdi şəkildə gerçəkləşə bilməz, təşkilatla və kollektiv şəkildə icra olunmalıdır.1
Digər bir məsələ kollektiv şəkildə, əlbirlik və əməkdaşlıq əsasında ciddi çalışmaqdır. Uşaqları, həmçinin gəncləri əvvəldən böyük üfüqlərə boylanmağa, böyük işlər görməyə alışdırmaq lazımdır. Bəzi məsələlərə region səviyyəsində deyil, qlobal baxmalıyıq. Bəzi məsələlərə yüzillik, yaxud yuzəlliillik proqram kimi baxmaq gərəkir, beşillik, onillik yox. Bunlar ciddi səy və böyük iradə tələb edir. Bu gün yetişdirdiyiniz şagird və ya tələbə bir müddətdən sonra bir müəllim, müdir, mütəxəssis və ya siyasətçi olacaq, cəmiyyətdə aparıcı qüvvəyə çevriləcək. Elə edin ki, o, belə yüksək iradə və arzularla yetişsin.2
Məncə, bu yolu açan, ilahi hidayəti və inqilabi ruhu zehinlərdə, canlarda bərkidən ən əsas iki amilin biri təşkilatlanma, digəri isə mənəvi özünüislahdır. Bizim fikrimiz budur. Ölkədən xaricdə inqilab üçün iş görmək istəyənlər mütəşəkkil olmasalar, bir yerə toplaşmasalar, keyfiyyət və kəmiyyət baxımından təşkilatlanmış bir qrup qədər xidmət edə bilməzlər.1
Dostları ilə paylaş: |