10. Tələsməmək və yanlışdan dönmək şücaəti
"و ایاك و العجلة بالأمور قبل اوانها " “Vaxtı çatmamış işlərdə tələsməkdən çəkin.”3 Əmirəlmöminin (ə) başqa bir xütbədə tələskənliyi və işi vaxtı çatmazdan öncə yerinə yetirməyi meyvəni yetişməzdən qabaq dərməyə bənzədir. Buyurur ki, meyvəni vaxtından öncə dərən kəs başqaları üçün əkib-biçən adam kimidir. Yəni özü heç bir gəlir götürmür. Əgər siz başqasının torpağına toxum səpsəniz, gəliri də o şəxs götürəcək. Sizin heç bir xeyriniz olmayacaq. Əgər öz mülkünüzdə bir toxum əksəniz, orda zəhmət çəksəniz, əgər bar versə, lakin meyvəsini istifadəyə yararlı olmazdan öncə dərsəniz, əslində bütün zəhmətinizi hədərə vermisiniz. Tələskənliyi və bir işi vaxtından əvvəl görməyi həzrət o kəlamında açıqlayır. Burada da buyurur ki, tələsmə. " أو التّسقّط فيها عند إمكانها " “İşin vaxtı çatanda səhlənkarlıq etməkdən çəkin.”1 “Təsəqqut”, səhlənkarlıq etmək, işi sonraya saxlamaq deməkdir. Deməli, tələskənlik və səhlənkarlıq qadağandır. " أو اللّجاجة فيها إذا تنكّرت" “Kələfin ucu məlum olmayan zaman inadkarlıq göstərməkdən çəkin.”2 İşin yanlış olduğu üzə çıxanda onda israr etməyin, mübahisə etməyin. Tutaq ki, bir məsələ haqqında fikir bildirdik, onunla bağlı sübut göstərdik, ardınca getdik, zəhmət də çəkdik, amma bəzi insanlar bununla razılaşmadı. Biz də sözümüzün üstündə durub, irəli getdik. Bir müddətdən sonra məlum oldu ki, o iş səhv imiş. Belə olduqda sözünüzü geri götürün və bunun heç bir eybi yoxdur. İnadkarlıq etməyin." إذا تنكّرت" Onun düz olmadığı aydın oldu. " أو الوهن عنها إذا استوضحت " “İşin vaxtı çatanda səhlənkarlıq etməkdən çəkin.” Bir işin yerinə yetirilməsinin zəruri olduğu məlum olanda gərək yerinə yetirilsin, insan gərək süstlük göstərməsin.1
Dostları ilə paylaş: |