191
Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi;
Carı yazıların emal üçün götürülməsi;
Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və s.);
Yazının VB-də yadda saxlanması;
Yazının yığıma əlavə edilməsi;
Yazının yığımdan silinməsi;
Cari yazının VB-dən silinməsi və s.
Bu əməllər iyerarxik modellərdə də icra edilir.
1970-ci illərdən geniş tətbiq edilən relyasiyalı modellər cədvəllər çoxluğu şəklində
qurulur.
Sözügedən modellərin xarakterik xüsusiyyəti verilənə sərbəst mücərrəd obyekt kimi
baxılmasıdır. Yəni, verilənin məzmunu və əlaqələri VB-dən kənarda qalır. 1970-ci
illərdən semantik modellərin yaradılmasına başlanıldı. Bu
modellər verilənin məzmunu
və əlaqələrini də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş tətbiq tapmadı.
1980-ci illərin sonunda obyekt-istinad proqramlaşdırmasının uğur qazanması ilə
verilənlərin obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt modeli
ODMG-
93
(
Objekt Data Management Group) yaradıldı və
ODMG 3.0 versiyası 2000-ci
ildə ən
yaxşı model kimi bəyənildi. Müasir kommersiya VBİS-lərinin əksəriyyətində obyekt-
relyasiya modellərindən istifadə edilir. Bu modellər 1999-cu
ildə təklif edilmiş SQL
dilinin yeni versiyası əsasında yaradılmışdır.
Obyekt modellərinin mərkəzi anlayışı obyektdir. Obyekt müəyyən vəziyyətdə
olandır. Obyektin vəziyyəti atributlar çoxluğu ilə təyin edilir.
Obyekt bir vəziyyətdən
digər vəziyyətə keçməklə müəyyən davranış nümayiş etdirəndir. Obyektin davranışı
əməllər sırası ilə təyin edilir. Obyekt fərdidir və özünəməxsus identifikatorla ifadə edilir.
Obyektin vəziyyəti dəyişsə də identifikatoru dəyişmir.
Hal-hazırda çoxölçülü modellər də geniş tətbiq edilir. Bu modellərdə verilən
çoxölçülüdür. Yəni, bir əsas rekvizitə əlamət rekvizitləri zənciri qoşulur.
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır ki, bunlar da avtomatlaşdırılmış
layihələşdirmə sistemləri mühitində geniş istifadə edilir.
Dostları ilə paylaş: