İsa Musayev, Mətləb Əlizadə


 Proqram layihəsinin kompüterdə icrası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə66/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   166
 
5.4.9. Proqram layihəsinin kompüterdə icrası 
İnterpretator və kompilyatorlar. 
Prosessorun proqramı icra edə bilməsi üçün proqram və verilənlər operativ yaddaşa 
yüklənməlidir. Bundan əvvəl operativ yaddaşa yüklənmiş tərcüməçi proqram (translyator
yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqram mətnini avtomatik olaraq 
maşın dilinə, prosessorun anladığı dilə tərcümə edir. Translyatorlar 2 tip olur: interpreta-
torlar və kompilyatorlar.
İnterpretator yüksək səviyyəli dildə yazılmış proqram əmrlərini ardıcıl olaraq maşın 
dilinə tərcümə edib icraya buraxan proqramdır. İnterpretatopun üstün cəhəti odur ki
proqramdakı səhvi tapmağa imkan verir. Nöqsanı isə yavaş işləməsidir. 


87 
Kompilyator bir qədər başqa cür işləyir. O, proqram mətnini bütövlükdə tərcümə edib 
exe fayla çevirir ki, bu da icraya tam hazır olur. Bundan sonra həmin proqramı istənilən 
qədər işlətmək olar. Kompilyator cəld işləsə də, proqramdakı səhvi tapmağa imkan vermir. 
Müasir proqramlaşdırma sistemləri, o cümlədən, Visual Basic həm interpretatorla
həm də kompilyatorla işləməyə imkan verir. Proqramın tərtibi mərhələsində interpretator 
rejimindən, bütün səhvlər aradan qaldırıldıqdan sonra isə kompilyator rejimindən istifadə 
edilir.
Proqramın icrası prosesi. Bu prosesi yuxarıda baxdığımız ―Dəyişənlər‖ layihəsi 
timsalında nəzərdən keçirək.
Proqram mətninin operativ yaddaşa yüklənməsi. Proqram mətni operativ yaddaşa ya 
klaviaturadan daxil edilir, ya da vinçesterdən yüklənir. Proqram mətni yaddaşda müəyyən 
miqdarda, məsələn İ-ci yuvadan İ+K-cı yuvayadək yer tutur.
Proqramın maşın dilinə tərcümə edilməsi. Proqramçının yüksək proqramlaşdırma 
dilində, məsələn, Visual Basic dilində tərtib etdiyi proqramı prosessorun anlaması üçün 
yaddaşda Visual Basic dilindən tərcüməçi-translyator olmalıdır. Proqram operativ yaddaşa 
oxunarkən bu translyator orada müəyyən yaddaş sahəsi zəbt edir, məsələn, N-ci yuvadan 
N+M-ci yuvayadək yer tutur.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin