İŞİD-lə üz-üzə


On yeddinci fəsil Dəra vilayəti



Yüklə 346,24 Kb.
səhifə25/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

On yeddinci fəsil

Dəra vilayəti


Bir duada belə deyilir: “İlahi! Zalımları zalımlarla məşğul elə!” İŞİD yaranandan sonra belə bir hadisə baş verdi. Əvvəldə əl-Nüsrə cəbhəsi, Əhrar əl-Şam və digər sələfi və ixvançı qruplaşmalar onunla birləşdilər. Ancaq Əbu Bəkr əl-Bağdadi özünü xəlifə elan edəndə aralarında ixtilaf yarandı, əl-Nüsrə cəbhəsi, Əhrar əl-Şam və ixvançı qruplaşmalar İŞİD-dən ayrıldılar. İŞİD-in nəzarəti altındakı bölgələrin çoxu əl-Nüsrə cəbhəsi ilə vuruşurdu və bu bizim xeyrimizə idi.

İŞİD Dəməşqin Şərqi Qutə bölgəsinə və Dəra vilayətinə yerləşmişdi, ancaq güclü deyildi. Səudiyyə Ərəbistanının maddi və silah yardımları ilə bu bölgədə Ceyş əl-İslam qüvvələri çox qüdrətli və imkanlı idilər, kiçik ixvançı qruplaşmaları da özlərinə cəlb etmişdilər. Suriya ordusu Dəra vilayətində bir bölgəni ələ keçirməyə dəfələrlə cəhd etmiş, amma hər dəfə məğlubiyyətlə üzləşmişdi. O vaxta qədər Ceyş əl-İslam qruplaşması ilə döyüşlərdə 20 tankını əldən verdiyinə görə yalnız Şərqi Qutəni mühasirəyə almaqla kifayətlənmişdi. Əlbəttə, Ceyş əl-İslamın bu mühasirədən çıxmaq üçün yol və kanalları vardı. Belə avtomobil tunellərindən biri 20 km uzunluğunda idi, həmin yolla gedib-gəlir, lazım olanları gətirirdilər. Şərqi Qutədə iş düyünə düşəndə iki tərəf arasında yazılmamış bir atəşkəs əmələ gəldi. Düşmən bilirdi ki, Dəməşq şəhərinin ortasına qədər çatan mərmilərini atsa, Suriya ordusu artilleriya və hava hücumlarına başlayacaq və bu onunçün heç də yaxşı olmayacaq.

Döyüşlərin çoxu İsrail və İordaniya ilə sərhəddə yerləşən Dəra vilayətinə çatmışdı. Silahlılar silah-sursat, hətta yaralıların müalicəsi baxımından da bu iki dövlət tərəfindən dəstəklənirdi. Mən Əbu Hamidin köməkçisi olanda biz Dəra vilayətinin Şeyx Miskin şəhərini ələ keçirə bilmişdik, amma düşmən iki intihar əməliyyatı ilə hücum edib şəhəri yenidən zəbt etmişdi. Bu zaman Seyid Həkim Fatimiyyundan 300 döyüşçü ilə birlikdə qarşıdakı əməliyyatdan ötrü Şeyx Miskin şəhərinin yaxınlığında yerləşən İzrə düşərgəsinə köçdü.

Həmin günlərdə Seyid İbrahim ayağının gipsdən çıxmasını gözləyə bilməyib o halda Dəməşqə gəldi. İranlı olduğuna görə hava limanında qarşısını kəsmiş, Əbu Hamidin zəngindən və razılaşdırmasından sonra şəhərə buraxmışdılar. Əbu Hamid Seyid İbrahimə Dəra əməliyyatı üçün xüsusi təyinatlı hərbi birləşmə yaratmasını tapşırdı. Seyid İbrahim bu birləşməyə könüllü döyüşçü qəbulu elan etdi. Onun birləşməsinə yazılan hər kəs ən ağır döyüşlərə qatılacağını bilirdi. Onlar Dəməşqdə Sirac məktəbinin arxasındakı böyük bir binaya yerləşdilər və çox tezliklə xüsusi təlimləri başlandı.

Qarşıda soyuq qış vardı. Dəməşqdəki qərargahımızdan Dəraya qədər iki saatlıq yolu Əbu Hamidlə birlikdə tez-tez gedib-gəlirdim. Əbu Hamid Seyid Həkimin döyüşçülərini və onlara keçirilən təlimləri araşdırır, lazımi tapşırıqlarını verirdi.

Onda Şəhid Tamamzadə Suriyaya yeni gəlmişdi, Fatimiyyunun dini-tərbiyəvi işlər bölməsində ruhani idi. O, çox çalışırdı ki, İranda Fatimiyyun üçün həftəlik və ya aylıq bir bülleten buraxsın. Axırda buna nail oldu. O, çox vaxt Dəməşq-Dəra yolunda bizimlə birlikdə olurdu. Sonralar Seyid İbrahim də bizə qoşuldu. O düşünürdü ki, əməliyyat bölgəsinə müştəri gözü ilə baxmaq lazımdır.

İzrə düşərgəsində istilik avadanlıqları əlverişli deyildi. Dizel həmişə tapılmır, soyuq iliyimizə qədər işləyirdi. Hətta sobaya yaxınlaşanda da daxildən soyuğu hiss edirdik. Uşaqlar mənə deyirdilər: “Xoş halına! Komandirin yanında rahat yerdəsən!” Əslində isə nə gecəm vardı, nə də gündüzüm. Gecələr Dərada olanda Əbu Hamid yatmırdı. Orada qurulmuş bir neçə müşahidə qülləsinə və kiçik postlara baş çəkir, düşmən mövqelərinə baxırdı. Özünə mühafizəçi götürmədiyinə görə hara gedirdisə, mən də yanında olmağa çalışırdım. Dəfələrlə demişdi ki, qərargahda qalıb istirahət edim, ancaq Fatimiyyun komandirinin təkbaşına sükan arxasında oturub bir yerə getməsinə ürəyim dözməmişdi. O, şəxsi heyətlə çox vaxt keçirirdi, onlarla Əfqanıstan kəndlərinin sadə ləhcəsi ilə danışır, onları ruhlandırırdı. Bəzən günorta və ya şam yeməyini unudurdu. Yemək verilən vaxt bir yerə çatanda zarafat və gülüşlə uşaqların arasında oturub Qorxu xuruşu kimi məşhurlaşmış xörəkdən yeyirdi. İçində hər bir şey olduğuna görə onu belə adlandırırdılar. O, həzrət Zeynəb qərargahının komandiri və birinci müavini ilə tez-tez iclas keçirir, birlikdə vəziyyəti dəyərləndirirdilər.

Qərargah komandirinin də yeməyi və yuxusu yox idi, öz qərargahını Dəraya köçürmüşdü. Onu hər dəfə görəndə üst-başı tozlu olurdu, çünki daim döyüş yerinə baş çəkirdi. Boğazına qəlpə dəydiyinə görə səsi çox zəif çıxırdı, pıçıltı ilə danışırdı, ancaq işlərin irəliləməsindən ötrü ürəkdən çalışırdı. Əbu Hamid də çox əziyyət çəkirdi, bəzən başgicəllənməsindən bilirdik ki, haçandır bir şey yeməyib. Dəfələrlə olub ki, gecə saat 1-də şam yeməyinə bir şey axtarmışıq.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin