İŞİD-lə üz-üzə


İyirmi doqquzuncu fəsil Yaraqlıların Həmaya hücumu



Yüklə 346,24 Kb.
səhifə38/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

İyirmi doqquzuncu fəsil

Yaraqlıların Həmaya hücumu


Bir müddətdən sonra silahlılar Həma şəhərinə geniş hücuma keçdilər. Rauf şəxsi heyəti ilə birgə Həmaya göndərildi, bir neçə uğurlu əməliyyatla şəhərin işğalının qarşısını ala bildilər. Həmanın yaxınlığında Qumhanə adlı bir yaşayış məntəqəsi var, əhalisi sünnilərdən ibarətdir. Silahlılar Murikdən sonra bu şəhərə yola düşəndə əhali sünni olduğuna görə onu döyüşsüz ələ keçirəcəyini düşünürmüşlər. Ancaq şəhərin kişili-qadınlı, uşaqlı-böyüklü bütün əhalisi silahlanıb onları şəhərlərinə buraxmadılar. Qumhanənin müqaviməti mənə fələstinlilərin yaşadığı Müxəyyəm məhəlləsini xatırlatdı. Əhli-sünnə olduqlarına görə silahlılar elan etmişdilər ki, sizinlə işimiz yoxdur, amma icazə verin məhəllənizə girək. Məhəllə sakinləri isə razılaşmayıb onları buraxmamışdılar.

Raufun gözlərində həmişə xüsusi sakinlik, soyuqqanlılıq vardı. O, heç bir həyəcansız minlərlə insan qarşısında çıxış edə bilirdi. Çox aktiv idi. Həmişə israr edirdi ki, Dəməşq qərargahındakı mühüm iclaslardan sonra Fatimiyyun öz arasında da bir iclas keçirsin, komandirlər bir-birinin planlarından xəbərdar olsunlar. Şəhadətindən bir müddət qabaq Fatimiyyuna nizamnamə hazırlayırdı. O deyirdi: “Düzdür ki, Fatimiyyun müxtəlif briqadalara bölünüb, hər biri bir qərargahın əmrində vuruşur, amma öz aramızda qanunlarımız olmalı, Fatimiyyun təşkilatını daha da nizam-intizamlı etməliyik”.

Şəhid olduğuna görə hamımız çox heyfsiləndik. Suriyanın şərq səhralarında avtomobil qəzası keçirmişdilər. O, şəhid olmuş, digər sərnişinlər ağır yaralanmışdı. Belə dəyərli bir şəxsi bəlkə də döyüşdə itirsəydik, bu qədər təəssüflənməzdik. Qərargahın qərarına görə, sürücülük vəsiqəsi olmayan sükan arxasında oturmamalıydı. Ancaq həqiqət bu idi ki, əfqanıstanlılar İranda sürücülük vəsiqəsi ala bilmirdilər. Bizim də sürücülərimizi bu uşaqların arasından seçməkdən başqa yolumuz yox idi. Raufun şəhadətindən sonra Fatimiyyunda qərara alındı ki, sürücülük etmək istəyən döyüşçünün yaşı 23-dən az olmamalı və müvafiq imtahanı verməlidir.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin