İŞİD-lə üz-üzə


Otuz ikinci fəsil Qərasi kəndi



Yüklə 346,24 Kb.
səhifə41/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

Otuz ikinci fəsil

Qərasi kəndi


Dəməşq-Hələb magistralına baxan əl-İmarə təpəsi düşmənin işğalında olan Qərasi kəndinin şimalında yerləşirdi. Qərasi kəndi bizim çoxumuza acı xatirəni yada salırdı: Seyid İbrahim həmin kənddə kəşfiyyat zamanı şəhadətə qovuşmuşdu. Onun dəfələrlə təpənin hündür yerində dayanıb fikrə getdiyini görmüşdüm. Üzünə külək əsir, saçını qarışdırırdı. Belə olanda uşaqlar onu fikrə dalmağa qoymur, dövrəyə alıb zarafata başlayırdılar.

– Bu şəhadət jestləri ilə bizi ələ salmısan?! Əşi, birdəfəlik şəhid ol, canımız qurtarsın!

Seyid İbrahim də gülüb deyirdi:

– Mən şəhid olan deyiləm. Gedin işinizin dalınca.

Çoxsaylı hücumlarla da əl-İmarə təpəsini ala bilmədik. Qərara gəldik ki, torpaq istehkam əməliyyatı ilə irəliləyək. Zirehli buldozerlər istehkamı hər gecə 100 metr irəli aparırdı, canlı qüvvə də dərhal arxasına doluşurdu. Qərargah komandirləri hər gecə həmin təhlükəli yerlərdə olur, işin irəliləyişini yaxından izləyirdilər.

İmam Hüseyn (ə) briqadasının bir batalyonu da o istehkamın arxasına göndərilmişdi. Bölgədə peşəkar ordu birləşmələri və digər batalyonlar da vardı. Adətən batalyon bir yerə göndəriləndə öz texnikasını, snayper, minaatan və digər birləşmələrini də aparırdı. Daha yaxşı əməkdaşlıqdan ötrü biz də belə etmişdik.

Briqadamızın ilk şəhidlərini orada verdik. Topdaşıyan pikapların biri üç sərnişinlə birgə elə ilk günlərdə Qərasi kəndindən atılan raket atəşinə məruz qaldı, iki nəfər şəhid oldu, maşın sıradan çıxdı.

Qərasi kəndini azad etməkdən ötrü İmam Həsən (ə) briqadasının, Fatimeyi-Zəhra (ə) briqadasının və Vətən müdafiəçilərinin iştirakı ilə bir əməliyyat planlaşdırılmışdı. Əməliyyat səhərin ala-toranlığında başlandı. Biz İmam Həsən (ə) briqadasının ratsiya şəbəkəsini dinləyirdik. Canlı qüvvə uğurla Qərasi kəndinə girib qələbəsini elan etdi. Üç saatdan sonra isə ratsiyadan narahatedici səs-küy qopdu. Fatimeyi-Zəhra (ə) briqadasının komandir maşını bir təpənin başına çıxmış və raketlə vurulmuşdu. Əməliyyat komandiri dayanmadan deyirdi: “Bizi qayçılayırlar”. Dərhal İmam Hüseyn (ə) briqadasına həyəcan siqnalı verildi. Yarım batalyon döyüşçü maşınlara minib əməliyyat yerinə yola düşdü.

Vəziyyət sakitləşəndən sonra İmam Hüseyn (ə) briqadasına qayıtmaq əmri verildi. Bu zaman evlərin birinə raket düşdü və uşaqlarımızdan ondan çoxu şəhadətə qovuşdu. Süleyman çox narahat oldu və hirsləndi. Uşaqlara dəfələrlə demişdi ki, belə şəraitlərdə bir yerə toplaşmayın, bir-birinizdən aralı şəkildə geri qayıdın. Çünki düşmən bir nəfərdən ötrü raket atmır, uzaqdan bir toplantı gördükdə isə raketlərindən istifadə edirdi.

İstehkam əməliyyatı ilə gecə ikən əl-İmarə təpəsinin 500 metrliyinə çatdıq. Qərara alındı ki, qalan ərazini piyada qüvvələr alsınlar. Bu əməliyyat İmam Hüseyn (ə) briqadasına tapşırıldı. Bölgənin coğrafi mövqeyinə görə tank və BMP aparmaq mümkün deyildi. Buna görə də, hücumçu bölüyümüzdən istifadə etdik. Uşaqlar irəliləyəndən sonra ratsiyadan eşitdik ki, düşmən onları gözləyirmiş. Onlar düşmənin atəşi altında çox tezliklə ağır zərbələrə məruz qaldılar, gecənin sonlarına qədər müqavimət göstərdilər, təpəni almağa ümidləri vardı, geri çəkilmə əmri verilməyincə qayıtmadılar.

Bu zaman biz hücum nöqtəsinə yerləşmişdik. Bizim arxamızdan oraya yeddi mərmi atıldı, uşaqlarımızın ikisi şəhid oldu. Mərmilər özümüzünkülər tərəfindən yanlışlıqla atılmışdı. Cəld kəndin içinə minaatanlarımızın yanına getdik. Dedilər ki, biz atmamışıq. Süleyman bir-bir lülələrə əlini vurdu; soyuq idi. Araşdıranda öyrəndik ki, ordu, Hizbullah, Vətən müdafiəçiləri və hər bir briqada öz minaatan bölüklərini kəndə yerləşdiriblər. Biz də bir-bir hamısına baş çəkib mərmiləri kimin atdığını öyrənə bilmədik.

Bu, əl-İmarə təpəsində son əməliyyat oldu. Gecə istehkamı əməliyyatı ilə, həmçinin artilleriya və minaatan bölüklərinin köməyi ilə düşməni tədricən təpədən çıxara bildik.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin