İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə21/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   17   18   19   20   21   22   23   24   ...   67
Abu-baran- 1

Doqquzuncu fəsil  
Əşya və ərzaq xidməti 
Seyid İsa daim şampun, corab, meyvə və digər 
əşya  və  ərzaq  məhsulları  almaq  üçün  anbara 
müraciət  edən  uşaqlarla  məşğul  idi.  Oturub 
istirahət  etmək  istəyən  kimi  bir  nəfər  gəlib 
pəncərəni  taqqıldadır,  o  da  qalxıb  istədiyini 
verirdi. O, səhər tezdən yatağımıza girənə qədər 
daim  şəxsi  heyətlə  məşğul  olur,  ehtiyaclarını 
təmin  edirdi.  O  qədər  olurdu  ki,  öz  meyvə 
payımızı 
kənara 
qoyurdu, 
bizsə 
yeməyi 
unudurduq,  ertəsi  gün  görürdük  ki,  xarab  olub. 
Bütün  bu  qaçaqaçlara  baxmayaraq,  axırda  iş  də 


 
92 
düzgün  görülmürdü;  həm  özümüzü  əldən 
salırdıq, həm də şəxsi heyət narazı qalırdı. 
Altı  nəfərin  hamısını  toplayıb  dedim:  “Belə 
olmaz.  Gərək  bir  yolla  burda  nizam-intizam 
yaradaq”.  Ancaq  uşaqlar  etirazla  belə  cavab 
verdilər:  “Özünü  yorma.  Burda  mümkün  deyil. 
Şəxsi 
heyət 
hərəm 
müdafiəsinə 
gəlmiş 
könüllülərdir və əmr verilib ki, onları razı salaq”. 
Dedim ki, “olmur” sözü ilə razı deyiləm, istəsək, 
olar.  Əbu  Hamidin  xarakterinə  bələd  idim, 
bilirdim  ki,  bir  işi  birinə  tapşırdısa,  daha 
müdaxilə  etməyəcək,  ondan  şəxsi  heyətin 
razılığını və işin nəticəsini istəyəcək. 
Gördüyüm  birinci  iş  anbarları  ayırmaq  oldu. 
O vaxta qədər həm qida, həm geyim məhsulları, 
həm  yuyucu  maddələr,  həm  də  silah-sursat  bir 
anbarda  saxlanırdı.  Onların  hər  birinin  anbarını 
ayırdım.  Bir  nəfərə  batalyonların  şəxsi  heyətini 
saymağı tapşırdım. Elan etdim ki, bundan sonra 
hər  bir  batalyonun  ehtiyacı  olan  məhsullar 
həftəlik  veriləcək,  batalyonun  müvafiq  məsul 
şəxsi  onları  şəxsi  heyət  arasında  böləcək  və 
döyüşçülər dəqiqəbaşı anbara gəlməyəcəklər. 
Batalyonların  əşya  və  ərzaq  üzrə  məsul 
şəxsləri  ilə  həftəlik  iclaslar  keçirirdim.  Birinci 


 
93 
iclasda  dedim:  “Bundan  sonra  hər  batalyonun 
kiçik  bir  anbarı  olmalı,  həftəlik  ərzaq  və 
əşyalarını  təhvil  alıb  orada  saxlamalıdır.  Hər 
batalyonun  üç  bölüyü  və  doqquz  taqımı  var. 
Gərək döyüşçülərin sayı sizdə olsun, ona uyğun 
əşya və ərzaq alıb paylayasınız və bundan sonra 
problem yaranmasın”. 
Ərzaq  bölməsində  döyüşçülərə  saymadan  və 
qeydiyyat  aparmadan  azuqə  verilirdi,  axırda  da 
yemək çatmırdı. Seyid İsa bu baxımdan şikayətçi 
idi,  deyirdi  ki,  dəfələrlə  özümüzə  yemək 
çatmayıb və yumurta soyutması yeməyə məcbur 
olmuşuq. 
Mən hər səhər canlı qüvvə üzrə məsul şəxsdən 
statistikanı  öyrənirdim.  Siyahı  hazırlayıb  divara 
bir  lövhə  vurdum.  Verilmiş  saya  uyğun  olaraq, 
hər  batalyona  yemək  verir  və  lövhə  üzərində 
adının önündən nişan qoyurduq. 
Bəzi  problemlərə  görə  hərdən  istədiyimiz 
imkanları  bizə  vermirdilər.  Buna  görə  bir  neçə 
dəfə  Əbu  Hamidə  şikayət  etdim.  Axırda 
hirslənib 
həmin 
şəxslə 
danışdı, 

da 
istədiklərimizi  verdi.  Ancaq  sonra  bildim  ki, 
hirslənməsi  mənə  görədir.  Məni  kənara  çəkib 
dedi: 


 
94 
–  Bax,  mən  bu  işi  sənə  tapşırdım  ki,  bu 
baxımdan  arxayın  olum.  Əgər  dəqiqəbaşı  gəlib 
şikayət  edəsi  olsan,  işi  özüm  görərəm.  Mənim 
min  cür  işim  var,  əməliyyat  hazırlayıram.  Bu 
axşam  çıxışım  vardı,  bütün  əsəblərimi  korladın, 
nə deyəcəyim yadımdan çıxdı. Bundan sonra hər 
bir  işi  birinci  özün  gör,  ikinci  dəfə  də  özün  gör, 
üçüncü  dəfə  yenə  də  özün  gör,  əgər  alınmasa, 
onda gəl, mənə de. 
Bir  gün  mərkəzi  anbara  silah  almağa  getdim. 
Dedilər  ki,  siz  indiyədək  sayınızdan  artıq  silah 
almısız.  Dedim  ki,  mən  bu  xidmətə  yeni 
gəlmişəm,  indi  döyüşçülərin  bir  qisminin  silahı 
yoxdur,  nə  etməliyəm?  Dedilər  ki,  eybi  yoxdur, 
bu  iki  yüz  silahı  apar.  Silahları  təhvil  alıb 
düşərgəmizə  qayıtdım.  Heç  kim  məndən 
silahları  paylamaq  üçün  proqram  istəməmişdi, 
amma fikirləşdim ki, belə işləmək olmaz. 
Uşaqların  ikisinə  tapşırdım  ki,  bir-bir  bütün 
otaqlara  gedib  hər  bir  döyüşçünün  adını  və 
silahının  nömrəsini  qeyd  etsinlər.  Tapşırdım  ki, 
bundan  sonra  məzuniyyətə  gedəndə  təhvil 
verilən  silah  blankda  qeyd  olunmuş  nömrə  ilə 
uyğun  gəlməlidir,  əks-təqdirdə,  çıxış  icazəsi 
verilməyəcək. Qənimət götürülmüş silahlar üçün 


 
95 
də bir anbar nəzərdə tutdum. Bu silahlar barədə 
protokol  tərtib  edəndən  sonra  anbara  əlavə 
edirdim. 
Bu  tələbkarlıqlara  görə  bəzi  uşaqlar  məndən 
inciyirdilər.  Misal  üçün,  bir  nəfərin  şəhid 
olduğunu 
eşidən 
kimi 
tez 
silahı 
ilə 
maraqlanırdım.  Mənə  deyirdilər:  “Bu  nə 
hərəkətdir?!  Adam  şəhid  olub,  sənsə  silah 
dərdindəsən!”  Ancaq  geri  çəkilməyib  deyirdim: 
“Hər  şeyin  öz  yeri  var.  Şəhiddən  qalmış  bütün 
silah-sursat təhvil verilməlidir”. Bundan  ötrü də 
bir  blank  hazırladım.  Dörd  şahid  deməli  idi  ki, 
məsələn, şəhidin silahı düşmən ərazisində qalıb, 
axırda  da  batalyon  komandiri  imzalayandan 
sonra  müvafiq  nömrəli  silahın  itməsi  barədə 
rəislərimə dəqiq cavab verə bilirdim. 
Bütün  bu  işlər  təxminən  bir  ay  sürdü,  sonra 
isə  Fatimiyyunun  əşya  və  ərzaq  xidməti  nizam-
intizama düşdü. 
Ramazan  ayı  gəldi.  Dini-tərbiyəvi  işlər  üzrə 
məsul  şəxslər  elan  etdilər  ki,  şəxsi  heyətin 
vəzifəsinə  xələl  gələrsə,  oruc  tutmaya  bilərlər. 
Ancaq  uşaqların  və  komandirlərin  çoxu,  o 
cümlədən,  Seyid  İbrahim  ardıcıl  əməliyyatlarda 


 
96 
iştirak  etsə  də,  oruc  tuturdu.  O,  döyüşçülərinə 
demişdi ki, oruc tutmayın, özü isə tuturdu. 
Bu  vəziyyətdə  şəxsi  heyətə  əşya  və  ərzaq 
xidməti  vermək  çətin  idi.  İftara  bir  saat  qalmış 
Zeynəbiyyəyə gedib buz alır, böyük termoslarda 
döyüş  yerinə  aparırdım.  Nə  qədər  çalışdımsa, 
mətbəx  yemək  məsələsində  əməkdaşlıq  etmədi, 
günorta  və  şam  yeməklərinin  yerini  dəyişmədi. 
Adətən,  günorta  yeməyinə  plov  verilirdi  və 
uşaqlar  çətinliklə  olsa  da,  onu  isti  havada 
obaşdana saxlamağa məcbur olurdular. 


 
97 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin