On birinci fəsil
Fatimiyyun briqadasının yaradılması
Əbu Hamid məzuniyyətdə olanda xəbər gəldi
ki, Həzrət Zeynəb qərargahının komandiri
dəyişib. Uşaqlarla birlikdə dua məclisində
oturmuşduq. Yeni komandir ətrafındakılarla
birgə hüseyniyyəyə girdi. Məclisdən sonra yeni
qərargah
komandiri
yanındakıların
birini
Fatimiyyun komandiri kimi təqdim etdi. Biz
təəccüblə bir-birimizə baxdıq. Elan etdilər ki,
Əbu Hamid Fatimiyyun komandirliyindən
kənarlaşdırılıb.
101
Uşaqlar arasında pıçapıç başlandı, hamımız
etiraz etdik. Məleyhə əməliyyatında yenicə
yaralanmış Fateh sarılmış qolu boynundan asılı
vəziyyətdə yerindən qalxıb dedi: “Məgər belə
şey olar?! Siz nə haqla bunu etmisiz?!”
Komandir Fatehi sakitləşdirməyə çalışdı,
soyuqqanlılıqla və mülayim şəkildə dedi: “Yaxşı
olar ki, gedək bayıra, təklikdə danışaq”.
Fateh dərhal, “Sizinlə təklikdə heç bir
söhbətim yoxdur” – deyib hüseyniyyədən çıxdı.
Hər şey təbii görünürdü; Zeynəbiyyun,
Heydəriyyun, hətta Vətən müdafiəçiləri hərbi
birləşməsinin komandiri də iranlı, İran-İraq
müharibəsinin veteranlarından biri idi. Yeni
qərargah rəisi fikirləşmişdi ki, razılaşdırmalarda
problem yaranmasın deyə yaxşı olar ki,
Fatimiyyun komandiri də iranlı veteranlardan
olsun. Buna görə Əbu Hamidi kənarlaşdırmaq
qərarına gəlmişdi.
Fateh nadir hallarda hirslənərdi. Bəzən
hirslənəndə də məşhur təbəssümü üzündən
getmirdi. Şəxsi heyətindən bir nəfər tabesizlik
göstərdiyinə görə bölgədən uzaqlaşdırılanda,
hətta əmrə tabe olmayıb əməliyyat komandiri
Fatehə silah tuşlayanda da gülümsəmişdi. Onda
102
Fatehin rəftarı çox qəribə idi. Məlum idi ki,
hirslidir. Çünki həmin döyüşçünün qayda
pozuntularını dəfələrlə ona izah edirdi, onunsa
vecinə deyildi. Buna baxmayaraq, üzündən
təbəssüm
əskilmirdi,
yaxınlaşıb
həmin
döyüşçünü
sakitləşdirməyə
və
xoşluqla
bölgədən çıxarmağa çalışırdı.
Bu dəfə isə nə gülür, nə də təbəssüm edirdi.
Həmin axşam Əbu Hamidlə əlaqə saxlayıb
məsələni söylədi. Əbu Hamid dedi: “Siz
müdaxilə etməyin, həmişəki kimi, vəzifələrinizi
yerinə yetirin. Mən özüm qayıdıb məşğul
olacam”.
Əbu Hamid barədə hər gün bir şayiə yayılırdı.
Deyilirdi ki, guya onun Dəməşqə gəlməsinə
icazə verilmir, yaxud həbs olunub və s. Yavaş-
yavaş onun Fatimiyyun barədə planlarından da
məyus olmağa başlayırdıq. Fateh daha bu
vəziyyətə dözə bilmirdi, uşaqlara deyirdi ki, bir
neçə gün heç bir iş görməyin, tətil edin. Nəhayət,
xəbər gəldi ki, qərargahın xüsusi idarə rəisi
Fatehi axtarır, onu yaralanma bəhanəsi ilə İrana
qaytarmaq istəyir. Mən onu Müəllim adlı
dostlarımızdan
birinə
tapşırdım.
Əşya
xidmətinin maşınlarından birini Müəllimə verib
103
dedim ki, Fatehi bir müddət nə mənim, nə də
başqa birinin bildiyi bir yerə aparsın. Müəllim də
onu Zeynəbiyyəyə bir dostumuzun evinə
aparmışdı.
Fatimiyyunun yeni komandirinin birinci
müavini müxtəlif bölmə və xidmətlərə baş
çəkməyə başlamışdı. Mən onun əşya və ərzaq
xidmətinə müdaxilələrindən bezmişdim. Hətta
anbarda əşyaların düzülüşünə də irad bildirirdi.
Halbuki Əbu Hamid belə deyildi. O, işləri məsul
şəxsinə tapşırır, ondan ancaq məruzə və şəxsi
heyətin razılığını istəyirdi. Axırda səbrim
tükəndi, uşaqların ikisinə dedim ki, komandir
müavininin söylədiklərini etsinlər, özüm isə
səhərdən axşama qədər düşərgədən bayırdakı
işlərlə məşğul oldum.
Nəhayət, Əbu Hamid qayıtdı. Hamımız onu
dövrəyə alıb dedik: “Nə əmr etsən, hazırıq.
İstəyirsənsə, hamımız tətil edək”. Gülüb dedi:
“Bu işlərə ehtiyac yoxdur”. Bizimlə bir qədər
danışdı və həmişəki kimi bir neçə beyt şeir
oxudu:
|