İşin təsviri (ToR) Proqram



Yüklə 57,27 Kb.
səhifə1/7
tarix04.01.2022
ölçüsü57,27 Kb.
#54677
  1   2   3   4   5   6   7
    Bu səhifədəki naviqasiya:
  • AV/DV

06.02.18 tarixinə
Əlavə 1

Müqavilə №



İşin təsviri (ToR)




Proqram: Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək

PN: 16.2174.7-006.00

AV/DV: Karsten Posse/ Gerald Duda

Təyinat: Gəncə - Qazax İqtisadi Rayonunda ərazinin şərab və yeməklərini birləşdirən şərab / kulinariya turunun hazırlanması və təşkili

Müddət: 25 Fevral 2018-ci il – 30 Aprel 2018-ci il


  1. Layihə haqqında qısa məlumat

"Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək" (SLRD) layihəsi Aİ - nın 2013-cü il üçün İllik Fəaliyyət Proqramı (AAP) çərçivəsində Aİ Azərbaycan Nümayəndəliyi və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Layihə İqtisadiyyat Nazirliyinin əsas tərəfdaşlığı ilə GİZ - in Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı tərəfindən icra edilir.

SLRD layihəsinin ümumi məqsədi Gəncə-Qazax İqtisadi Rayonunun sosial-iqtisadi inkişafının gücləndirilməsi istiqamətində yerli hakimiyyət orqanlarına daha yaxşı planlaşdırma, icra və rəhbərlik üzrə dəstək vasitəsilə Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına və davamlı regional inkişafa töhfə verməkdən ibarətdir.

İcra olunarkən layihə aşağıdakı 6 nəticəyə nail olmağa çalışacaq.


  1. Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı və turizmin qarşılıqlı əlaqələrinin mövcud vəziyyətinin, ehtiyacların və inkişaf üçün potensialın müəyyənləşdirilməsi;

  2. Gəncə-Qazax iqtisadi rayonunda regional və yerli səviyyələrdə dövlət-özəl tərəfdaşlığının təşviqi;

  3. Gəncə-Qazax iqtisadi rayonunda yerli hakimiyyət orqanları və bələdiyyələrin institusional potensialının gücləndirilməsi;

  4. Yerli inkişaf planları əsasında kənd təsərrüfatı - turizm qarşılıqlı əlaqəsində İH - lərinin fəaliyyət planlarına və regionların inkişaf planına (əgər müvafiqdirsə) töhfələrin hazırlanması;

  5. Müvafiq maraqlı tərəflərin cəlb edilməsiylə kənd təsərrüfatı - turizm qarşılıqlı əlaqəsinin inkişafı üçün pilot tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;

  6. Müxtəlif səviyyəli planlaşdırma proseslərində dövlət qurumları və digər maraqlı tərəflərin əməkdaşlıq bacarıqlarının möhkəmləndirilməsi və genişləndirilməsi və maraqlı tərəflərin regional planlaşdırmada iştirakının artırılması.

SLRD layihəsi öz məqsədlərinə milli - regional (nazirliklərin, hakimiyyət orqanlarının bölmələri) və yerli hakimiyyət orqanlarının Gəncə - Qazax İqtisadi Rayonunda regional inkişaf proqramlarının planlaşdırılması və həyata keçirilməsi potensialının qurulması və gücləndirilməsi vasitəsilə nail olacaq. Sektoral fokus kənd təsərrüfatı və turizm arasında qarşılıqlı əlaqədən irəli gələn iqtisadi potensiala yönləndiriləcək.




Yüklə 57,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin