Ислам Дини Терроризмин ялейщинядир


İslam mərhəmətİ, İSLAM ƏDALƏTİ



Yüklə 3,39 Mb.
səhifə57/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   53   54   55   56   57   58   59   60   ...   89
İslam mərhəmətİ, İSLAM ƏDALƏTİ
Bura qə­dər bil­dir­di­yi­miz hə­qi­qət­ləri ye­kun­­laş­dır­saq, İs­la­mın “si­ya­sət dokt­ri­­na­sı­”­nın, yəni si­yasi möv­zu­­lar­­dakı İs­lami hökm və prin­­sip­­lə­rin son də­rəcə mü­la­yim və sülh­se­vər ol­du­­ğunu söy­ləyə bi­lə­rik. Bu hə­qi­qət mü­səl­man ol­ma­yan bir çox ta­rix­çi və ya teo­loq (ila­hiy­yat­çı) tə­rə­fin­dən də qə­bul edi­lir. On­lar­­dan biri keç­miş ra­hibə və Orta Şərq ta­rixi üzrə məş­hur mü­tə­xəs­sis, in­gi­lis ta­rix­çisi Ka­ren Arm­stronq­dur. Arm­stronq üç bö­yük ilahi di­nin ta­ri­xini araş­dır­dığı “Mü­qəd­dəs mü­ha­ribə” (“Holy war”) adlı əsə­rin­də belə bir şərh edir:

«”İslam” kəl­məsi ərəb di­lin­də “sülh” kəl­məsi ilə eyni kök­dən gə­lir və Qu­ran mü­ha­ri­bəni Tan­rı ri­za­sına zidd gə­lən anor­mal bir hal kimi lə­nət­lə­yir... İs­lam rə­qibi, qar­şı­­sın­­da­kını məhv et­məyə yö­nə­lən və ya tə­ca­vüz­­kar xa­rak­ter da­şı­yan bir mü­ha­ri­bəni qə­bul etmir... İs­lam mü­ha­ri­bə­nin qa­çıl­maz ol­du­­ğunu qə­bul edir və bəzi hal­lar­da onu zül­mü və əzabı da­yan­dır­maq üçün va­cib bir və­zifə ola­raq görür. Qu­ran mü­ha­ri­bə­nin də bir həd­di­nin ol­ma­sı­nın la­zım­lı­lı­ğını və onun müm­kün qə­dər in­san­pər­vər şə­kil­də da­­vam et­di­ril­mə­sini tə­lim edir. Mə­həm­məd (s.ə.v.) sa­dəcə ola­raq mək­kə­li­­lər­lə deyil, eyni za­man­da böl­gə­dəki yə­hudi qə­bi­lə­ləri ilə və yə­hu­di­lər­lə də əmək­daş­lıq edə­rək özünə qar­şı bir hü­cum plan­laş­dı­ran Su­ri­ya­dakı xris­tian qə­bi­lə­ləri ilə mü­ba­rizə apar­maq məc­bu­riy­­yə­tin­də qal­­mış­dı. Amma bu, yenə də onun “Ki­tab əhli”ni (xris­tian və yə­hu­di­ləri) lə­nət­­lə­məsi kimi bir nə­ticə do­ğur­­ma­mış­dı. Onun əs­ha­bə­ləri öz­lə­rini mü­dafiə et­mək məc­bu­riy­­yə­tin­də qal­mış, amma düş­mən­lə­rin di­ninə qar­şı mü­qəd­dəs bir mü­ha­ri­bəyə gir­mə­­miş­­di­lər. Mə­həm­məd (s.ə.v.) azad et­diyi kö­ləsi Zey­di bir mü­səl­man or­du­su­nun ko­man­diri kimi xris­tian­lara qar­şı mü­ha­ri­bəyə gön­də­rən za­man on­lara Al­lah yo­lun­da cəsur, amma in­san­pər­vər­lik­lə sa­vaş­ma­la­rını əmr et­miş­­di. Bu əmrə görə, on­lar ra­hib­lərə, ke­şiş­lərə və ya ra­hi­bə­lərə tə­ca­vüz et­mə­məli və ya sa­vaş­ma­yan zəif in­san­ları hə­dəfə al­ma­malı idi­lər. Mül­ki şəxs­lərə qar­şı heç bir soy­qı­rımı hə­yata ke­çir­mə­məli, tək bir ağac belə kə­sil­mə­məli, heç bir şey da­ğı­dıl­ma­­ma­lı­dır...».

Pey­ğəm­bə­ri­miz­dən (s.ə.v.) son­ra gə­lən xə­li­fə­lər də fəth et­dik­ləri öl­kə­lər­də həm ora­­nın yer­li xal­qı­nın, həm də təzə gə­lən­lə­rin sülh və təh­lü­kə­siz­lik için­də ya­şa­­ma­sını tə­min et­miş­di­lər. İlk xə­lifə Hz.Əbu Bəkr Su­riya sə­fə­­rinə çıx­dığı ərə­fədə bir tə­li­mat ver­miş­di. Onun ələ ke­çi­ri­lə­cək yer­lər­də hə­yata ke­çi­ril­­mə­sini is­tə­diyi mər­hə­mət­li və meh­ri­ban dav­ra­nış Qu­ran əx­la­qı­nın gö­zəl bir nü­mu­nə­si­dir. Hz.Əbu Bək­rin tə­li­mat­ları be­lə­dir:

“Ey in­san­lar, ürək­dən tabe ola­ca­ğı­nız 10 qa­nun ve­ri­rəm: xə­ya­nət et­mə­yin və haqq yo­lun­dan ay­rıl­ma­yın. Uşağı, qa­dını və yaş­lı in­san­ları qət­lə ye­tir­mə­yin. Xur­ma ağac­la­rını yan­dı­rıb məhv et­mə­yin və hər han­sı bir mey­və ağa­cını da kəs­mə­yin. Də­və­lər­dən, sü­rü­lər­dən və ya küt­lə­lər­dən hər han­sı bi­rini qət­lə ye­tir­mə­yin... Hə­yat­la­rını axi­rət hə­ya­tına bağ­­la­­mış və dün­ya­dan üz çe­vir­miş in­san­lar­la qar­şı­la­şa­­caq­­sı­nız, on­lara to­xun­ma­yın. Cür­bə­­cür ər­zaq­lar təq­­dim edən in­san­lar­la qar­şı­la­­şa­­caq­sı­nız, yeyin, fə­qət Al­­la­hın adını an­mağı unut­ma­yın!”.

Hz.Əbu Bəkr­dən son­ra xi­la­fət mə­qa­mına sa­hib olan və meh­ri­ban­lığı, mər­hə­məti və əda­ləti ilə məş­hur olan Hz.Ömər isə ələ ke­çi­ri­lən öl­kə­lə­rin yer­li xal­qı ilə əda­lət və meh­ri­ban­çı­lıq nü­mu­nəsi olan müx­tə­lif ra­zı­laş­ma­lar əldə etdi. Mə­sə­lən, Hz.Ömər Qüds və Lüdd xris­­tian­­la­rına on­la­rın təh­lü­kə­­siz­liyi ilə bağ­lı zə­ma­nət (aman­namə), ha­belə kil­sə­lə­rin da­ğı­dıl­ma­ya­cağı və kil­sə­lər­də mü­­səl­­man­la­rın cəm hal­da iba­dət et­mə­məsi mə­sə­lə­lə­rin­də tə­mi­nat verdi. Lahm xris­tian­­la­rına təq­dim olu­nan şərt­lər də eyni idi. Mədai­nin fət­hi ilə Nas­tu­riya pat­riar­xı III İşuay­hebə (650-660) ve­ri­lən zə­ma­nət də yenə eyni şə­kil­də kil­sə­lə­rin da­ğı­­dıl­ma­ya­­ca­ğına, heç bir bi­na­nın məs­cidə və ya evə çev­ril­mə­yə­cə­yinə dair tə­mi­nat­lar­dan iba­rət idi. Hz.Ömər bu ra­zı­laş­ma­la­rın ha­mı­sına sa­diq qaldı. III Nas­tu­riya pat­riar­xı­nın bu fəth­lər­dən son­ra dos­tuna yaz­dığı bir mək­tub mü­səl­man rəh­bər­lə­rin əhli-Ki­taba qar­şı mər­­hə­mə­tini və meh­ri­ban­lı­ğını bir xris­tia­nın di­lin­­dən bil­dir­məsi ba­xı­mın­dan gö­zəl bir nü­mu­­nə­dir:

“Al­la­hın ira­dəni öz­lə­rinə ver­diyi bu ərəb­lər biz­lərə əsla zülm et­mə­di­lər. Hə­qi­qə­tən on­lar di­ni­mizə, din xa­dim­lə­ri­mizə, kil­sə və mo­nas­tır­la­rı­mıza hör­mət gös­tər­di­lər...”.

Hz.Ömə­rin ver­diyi bir hi­mayə sə­nədi bizə bir mö­mi­nin Qu­ran­da tə­rif edi­lən əx­laq nü­mu­­nəsi sər­gi­lə­diyi za­man necə bir meh­ri­ban­­çı­lığa sa­hib ola bi­lə­cə­yini gös­tə­rir:

“Bu ve­ri­lən aman şə­hər­kə­narı əha­li­nin xəstə-sağ­lam, yaxşı-pis bü­tün fərd­ləri üçün din, can, mal, kil­sə və si­na­qoq­la­rı­nın hi­ma­­yəsi üçün­dür. Kil­sə­lər da­ğı­dıl­ma­ya­cağı kimi məs­kən də edil­mə­yə­cək və on­lar­dan heç bir şey əsir­gən­mə­yə­cək­dir. Xalq­dan heç kim­sə zər­rə qə­dər də zə­rər gör­mə­yə­cək­dir. Bu ki­tab­­da ya­zı­lan mə­sə­lə­lər Al­la­hın və Rə­su­­lu­nun əhdi, xə­li­fə­lə­rin və mö­min­lə­rin zim­mə­­tin­də­dir”.

Bü­tün bu nü­mu­nə­lər Al­la­hın Qu­ran­da mö­min­lərə əmr et­diyi əda­lə­tin bir-bir hə­yata ke­çi­ril­mə­si­dir. Bir ayədə Al­lah belə bu­yu­rur:

قال الله تعالى:

أن الله يأمركم أن تؤدوا الأمانات إلى أهلها و إذا حكمتم بين الناس أن تحكموا بالعدل إن الله نعما يعظكم به إن الله كان سميعا بصيرا
Allah təala buyurmuşdur:

«Al­lah sizə əma­nət­ləri öz sa­hib­lə­rinə qay­tar­ma­­ğı­nızı və in­san­lar ara­sın­da hökm et­di­yi­niz za­man əda­lət­lə hökm et­mə­yi­nizi əmr edir. Hə­qi­qə­tən Al­la­hın bu­nun­la sizə ver­diyi öyüd necə də gö­zəl­­dir! Əl­bət­tə, Al­lah eşi­dən və gö­rən­dir!»111.
Anq­lo­sak­son kil­sə­si­nin mis­sio­ner li­der­­lə­­rin­dən olan Ke­non Tey­lor isə İs­lam əx­la­qı­nın gə­tir­diyi gö­zəl­lik­ləri bir çı­xı­şın­da bu şə­kil­də dilə gə­ti­rir:

“...İs­lam əx­laqı adil və rə­him olan Al­la­hın ira­­də­­sinə təs­lim ol­mağı, nəf­sin mə­su­liy­yə­tini, qi­ya­mət və he­sab günü ilə də­la­lət­də qal­­ma­ğın şid­­dət­lə cə­za­lan­dı­rı­la­­ca­­ğını bil­dir­di. Na­maz qıl­­maq, oruc tut­maq və xe­yir­li iş gör­mək kimi və­zi­fə­lər müəy­­yən etdi. Hə­qiqi və sə­mimi ol­ma­yan süni fə­zi­lət­­ləri, din adı al­tın­da edi­lən hiy­lə və ri­ya­kar­lıq­ları, müx­tə­lif yol­lara aid edilə bi­lən əx­laqi duy­ğu­ları və əqidə möv­zu­sun­da mü­ba­hisə edən­lə­rin bir-bi­rinə uy­ğun gəl­mə­yən söz­lə­rini bir tə­rəfə atdı. Əsir­lərə hür­riy­yət ümidi, in­san­lığa qar­daş­lıq duy­ğu­ları aşı­ladı və in­san təbiə­ti­nin əsas hə­qi­qət­lə­rini təs­diq et­miş oldu”.

Mü­səl­man­la­rın fəth et­diyi öl­kə­lər­də İs­lamı zor­la qə­bul et­dir­mə­ləri şək­lin­dəki yan­lış tə­səv­vür Qərb təd­qi­qat­çı­ları tə­rə­fin­dən də rədd edil­miş, mü­səl­man­­la­rın adil və meh­ri­ban dav­ra­nışı hər kəs tə­rə­fin­dən təs­diq olun­­muş­dur. Bir Qərb təd­qi­qat­çısı L.Braun bu və­ziy­yəti belə eti­raf edir:

“...Doğ­ru ol­ma­sına şüb­hə edil­mə­yən hə­qi­qət­lər mü­səl­man­la­rın get­dik­ləri yer­də xal­qı qı­lınc gücü ilə İs­lama gə­tir­məsi ba­rə­dəki xris­tian mən­bəli id­dia­la­rın kö­kün­dən əsas­sız ol­du­ğunu sü­but et­mək­də­dir. Fəth­lə­rin ar­xa­­sın­dakı di­na­mik amil on­la­rın xalq­ları ça­ğır­­dıq­ları İs­lam qar­daş­lığı idi... Bax, bu qar­daş­­lı­ğın öl­çüsü də İs­lamı qə­bul edən­lər­lə bir­lik­də sü­rət­lə bö­yü­yür­dü”.

Ta­rix bo­yun­ca ge­niş tor­paq­lara hökm edən bü­tün mü­səl­man rəh­bər­lər di­gər din­­lə­rin mən­sub­la­rına qar­şı son də­rəcə meh­ri­­ban və hör­mət­lə dav­ran­mağa da­vam et­miş­­di­lər. İs­lam döv­lət­lə­rin­də həm yə­hu­di­lər, həm də xris­tian­lar son də­rəcə təh­lü­kə­siz və müs­­tə­qil bir hə­yat sür­müş­dü. Səl­cu­qi­lər və Os­man­lı im­pe­ra­tor­luq­ları döv­rün­də də İs­la­­mın əda­lət və meh­ri­ban­lığı da­vam et­miş­dir. İn­gi­lis təd­qi­qat­çısı ser To­mas Ar­nold “İs­la­mın sülh­se­vər­liyi” (“The Preaching of Islam”) adlı ki­ta­bın­da xris­tian­la­rın səl­cuq­la­rın bu dav­­ra­nı­şına görə on­la­rın ida­rə­çi­liyi al­tına necə keç­mək is­tə­di­yini belə bil­di­rir:

“İs­lam ida­rə­çi­liyi al­tın­da dini hə­ya­tın təh­lü­­kə­siz ol­ması haq­qın­dakı bu hiss­lər yenə o dövr­lər­də Ki­çik Asiya (Ana­dolu) xris­tian­la­rı­nın səl­cuq türk­lə­rini bir xi­las­kar kimi qar­şı­la­­ma­sına sə­bəb ol­muş­du... Hət­ta VIII Mixail (1261-1282) döv­rün­də Ki­çik Asiya içə­ri­sin­­dəki ki­çik qə­sə­bə­lə­rin xal­qı Bi­zans im­pe­­ri­­ya­sı­nın is­tib­da­dın­dan qur­tul­maq ümidi ilə türk­­ləri qə­sə­bə­lə­ri­nin iş­ğalı üçün də­vət et­miş­­di­lər. Hət­ta bu xalq ara­sın­da bir çox var­lı və ya ka­sıb adam­lar o za­man­kı türk mil­li sər­­həd­ləri çər­çi­və­sin­də hət­ta köç et­məyi dü­şün­­müş­­dü­lər”.

Mü­səl­man səl­cu­qi­lər im­pe­ra­tor­lu­ğu­nun ən par­laq döv­rün­də rəh­bər olan Mə­lik­şah ələ ke­çir­diyi tor­paq­­lar­dakı xal­qa bö­yük bir meh­­ri­ban­lıq və mər­hə­mət­lə mü­na­si­bət bəs­lə­miş, bu­nun nə­ti­cə­sin­də də fəth et­diyi öl­kə­lə­rin xalq­ları tə­rə­fin­dən bö­yük bir sev­gi və hör­­mət­­lə yada sa­lın­mış­dır. Bü­tün bi­tə­rəf ta­rix­çi­lər Mə­lik­şa­hın əda­lə­tini və meh­ri­ban dav­ra­nı­şını sə­mi­miy­­yət­lə dilə gə­ti­rir. Onun meh­ri­ban­lığı ki­tab əh­li­nin qəl­bin­də də özünə qar­şı bir sev­gi ya­rat­mış­dı. Hət­ta bu sə­bəb­lə bir çox şə­hər ta­rix­də çox na­dir hal­lar­da olan bir şə­kil­də, yəni öz is­təyi ilə Mə­lik­şa­hın ida­rə­çi­liyi al­tına keç­məyi qə­bul et­miş­di. II sə­lib yü­rü­­şünə VII Lui­sin şəx­si ka­tibi kimi qa­tıl­mış Mü­qəd­dəs De­nis mo­nas­tı­rı­nın nü­ma­yən­­dəsi Odo de Dio­gilo adlı ra­hi­bin ser To­mas Ar­nol­dun yenə hə­min ki­ta­bın­da yer alan xa­ti­rə­lə­rin­də mü­səl­­man­­la­rın han­sı dinə mən­­sub ol­ma­sın­dan asılı ol­ma­ya­raq, hər kəsə qar­şı necə əda­lət­li dav­ran­ması bü­tün açıq­lığı ilə bil­di­ri­lir:

“Əgər mü­səl­man türk­lə­rin qəl­binə o sə­fa­lət və fə­la­kəti gö­rə­rək bir mər­hə­mət his­si gəl­­mə­səy­di, ar­xada qa­lan xaç­pə­rəst dəs­tə­­lə­ri­nin və­ziy­yəti çox ağır olar­dı. Türk­lər bu bi­ça­­rə­lə­rin ya­ra­lı­la­rına qul­luq et­di­lər, ka­sıb­­la­rını ali­cə­­nab­­lıq­la ye­diz­dir­di­lər və on­ları eh­ti­yac­­dan xi­las et­di­lər. Hət­ta bəzi mü­səl­­man­lar rum­­lu­la­rın qor­xu və hiy­lə ilə ha­cı­lar­­dan qo­par­­mış ol­duq­ları fran­sız pul­la­rını sa­tın ala­raq eh­ti­yacı olan ha­cı­lara ver­di­lər. Eyni din­dən ol­ma­yan­la­rın bu hi­ma­­yə­­dar­lığı ilə öz din­daş­ları olan və on­ları ağır iş­lər­də is­ti­fadə edən, dö­yən rum­lu­la­rın hə­rə­­kət­ləri xaç­lı ha­cı­­lar ara­sın­da elə bir mü­qa­yi­səyə sə­bəb oldu ki, bun­lar­dan bir çoxu on­ları xi­las edən mü­səl­­man­la­rın di­nini öz is­tək­ləri ilə qə­bul et­di­lər”.

Ta­rix­çi­lər tə­rə­fin­dən ya­zı­lan bu sə­tir­lər İs­lam əx­la­qına sa­hib olan mü­səl­man rəh­­bər­lə­rin hər za­man meh­ri­ban­lıq, mər­hə­mət və əda­lət­lə hökm et­di­yini təs­diq­lə­mək­də­dir. Əsr­lər boyu 3 qi­təyə hökm edən Os­man­lı im­­pe­­ri­ya­sı­nın ta­rixi də eyni şə­kil­də meh­ri­­ban­lıq və xe­yir­xah­lıq nü­mu­nə­ləri ilə do­lu­­dur…

II Sul­tan Bə­ya­zid­də gör­dü­yü­müz şəf­qət və meh­ri­ban­lıq bü­tün Os­man­lı pad­şah­la­rına xas idi. Fa­teh Sul­tan Meh­met İs­tan­bulu fəth et­diyi za­man bu şə­hər­də həm xris­tian­lara, həm də yə­hu­di­lərə müs­tə­qil ya­şa­maq hü­ququ ver­­miş­di. Mü­səl­man­la­rın meh­ri­ban və əda­lət­li dav­ra­nışı möv­zu­sun­da, İs­lam dün­yası haq­­qın­­da yaz­dığı qiy­mət­li əsər­ləri ilə ta­nı­nan And­re Miquel bir əsə­rin­də belə deyir:

“Xris­tian xalq­lar Bi­zans və La­tın döv­lət­ləri za­ma­­nın­da da tapa bil­mə­dik­ləri çox yax­şı idarə olu­nan bir qu­ru­luş­da idi­lər. Əsla sis­­tem­li bir zülm gör­mə­di­lər. Tam ək­sinə, baş­da ol­maq­la İs­tan­bul im­pe­ra­tor­luq iş­gən­­cə gö­rən İs­pa­niya yə­hu­di­lə­rinə bir sı­ğı­na­caq ol­muş­du. Heç bir yer­də zor­la is­lam­laş­dır­ma ol­ma­­mış­dır”.

Os­man­lı­dan əv­vəl olan İs­lam döv­lət­lə­rin­də də qeyri-mü­səl­man­lara da bö­yük hü­quq­lar ve­ril­miş­di. Corc­taun Uni­ver­si­te­tin­də (ABŞ) din və bey­nəl­xalq əla­qə­lər pro­fes­soru olan Con Es­po­sito ta­rix­də mü­səl­man döv­lət­lə­rin ida­rə­çi­li­yinə ke­çən yə­hu­di­lə­rin və xris­tian­la­rın bu­rada bö­yük bir şəf­qət­lə qar­şı­­laş­­dıq­la­rını belə bil­di­rir:

“Bi­zans və Fars tor­paq­la­rın­da ya­şa­yan və on­suz da xa­rici hökm­dar­lar tə­rə­fin­dən idarə olu­nan bir çox mü­səl­man ol­ma­yan cə­miy­yət üçün İs­lam ida­rə­çi­liyi bir idarəet­mə də­yi­şik­liyi mə­na­sına gə­lir­di, amma bu yeni rəh­bər­lər çox za­man daha mü­la­yim, xe­yir­xah, dö­züm­lü və to­le­rant idi. Bu ic­ma­la­rın çoxu daha çox mux­ta­riy­yətə sa­hib idi və ək­sər hal­lar­da daha az ver­gi ödə­yir­di­lər... İs­la­mın dini mü­na­­si­bət­lər ba­xı­mın­dan yə­hu­di­lə­rin və yer­li xris­­tian­la­rın dini azad­lı­ğını daha çox ta­nı­yan daha şəf­qət­li bir din ol­duğu or­taya çıxdı”.

Bu iza­hat­lar­dan da gö­rün­düyü kimi, mü­­səl­­man­lar ta­rix­də heç bir za­man fə­sad tö­rə­dən ol­ma­mış, ək­sinə, get­dik­ləri hər yerə, hər mil­lət və inanc­dan olan in­sana təh­­lü­­kə­siz­lik və ra­hat­lıq apar­mış­lar. Mü­səl­­man­lar Al­la­hın “Al­laha iba­dət edin! Və ona heç bir şeyi şə­rik qoş­ma­yın. Ata-anaya, qohum-əq­rə­baya, ye­tim­lərə, yox­sul­lara, ya­xın və uzaq qohum-qon­şuya, ya­xın yol­daş və dost­lara, mü­sa­fir­lərə, sa­hib ol­du­ğu­nuz qul və kə­niz­lərə yax­şı­lıq edin! Hə­qi­qə­tən, Al­lah özünü bə­yə­nən­ləri sev­məz!”112 ayəsi ilə bü­tün in­san­lar­la xe­yir­xah­lıq­la, ali­cə­nab­­lıq­la rəf­tar et­miş­lər, on­lara mər­hə­mət­lə ya­naş­mış­lar.


Qı­sası, Qu­ran əx­la­qı­nın əsa­sını in­san­lar ara­sın­da dost­luq, qar­daş­lıq, ra­hat­lıq və şəf­qət dolu dav­ra­nış təş­kil edir və İs­lam bu üs­tün xü­su­siy­yət­ləri ilə yer üzünü fitnə-fə­sad­dan çə­kin­dir­məyi özünə əsas hə­dəf seç­miş­dir. Qu­ra­nın hökm­ləri və bun­la­rın ta­rix­­də mü­səl­man­lar tə­rə­fin­dən tət­biq olun­­ması bu möv­zuda heç bir mü­na­qi­şəyə yer ver­mə­­yə­cək qə­dər aşkardır113.



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin