Ислам маарифи илә ХҮласә танышлыг


DÜNYAYA ALDANIŞ MƏ`NƏVİ HƏYATA NAİL OLMAQ ÜÇÜN MANEƏDİR



Yüklə 3,89 Mb.
səhifə79/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   75   76   77   78   79   80   81   82   ...   108

DÜNYAYA ALDANIŞ MƏ`NƏVİ HƏYATA NAİL OLMAQ ÜÇÜN MANEƏDİR


Biz öz əlimizlə kamillik dərəcəsindən tənəzzül üçün vasitələr yaratmışıq. Ağırlığı belimizi əyən yükləri çiynimizə almışıq. Əl-ayağımıza bizi hərəkət etməyə qoymayan zəncirlər bağlamışıq. Əmirəl-mö`minin (ə) bəlkə də bizim dilimizdən “Kumeyl” duasında Allaha ərz edir:

Pərvərdigara, çətinliklərim firavandır, halımın pisliyi həddi aşıb, əməllərimsə çox az. Buxov və zəncirlər məni yerə oturtmuş, uzun-uzadı arzular məni faydalardan uzaq salmışdır. Bir tərəfdən dünyanın hiyləsi, digər tərəfdən məğrurluq. Nəfsim öz cinayətləri ilə, bu gün-sabaha salmaqla məni aldatmışdır”.

Görən bu cümlələri səmimi deyirikmi? Anlayırıqmı ki, günah yükü belimizi əymişdir? Bilirikmi ki, öz pis əməllərimizlə əl-ayağımızı zəncirləmişik, dünya və onun zinəti bizi aldadıb?

Qur`an buyurur: Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.”1 Başqa bir yerdə isə belə buyurur:

Dünya həyatı sizi aldadıb, Allah qarşısında məğrur etməsin.”2

Dünya həyatına aldanmaq nədir? Dünya həyatı insanı necə aldadır? Böyüklər uşağı aldatmaq istəyəndə onun istədiyi qiymətli şey əvəzinə ucuz bir konfet verərək başını qatırlar. Bizim əldə etməli olduğumuz mənfəətlər var. Lakin dünya və onun ləzzətləri qarşımızda gözəl və qiymətli cilvələnib bizi aldadır və əsas mənfəət və həqiqi ləzzətə çatmağımıza mane olur. Təəssüf ki, bizi təkcə dünya aldatmır. Bə`zən özümüz də özümüzü aldadırıq. Peyğəmbərlərlə eyni istəkdə olduğumuzu deyirik. Bə`zən isə şeytanın qəlbimizə saldığı şeyləri Allahın buyuruğu kimi qəbul edirik. Əgər peyğəmbərlər və imamların dediyi düzgün olarsa (əlbəttə ki, düzdür), biz həqiqətdən uzaq düşmüş, səhvə düçar olmuş və ünvansız gedirik. “Kumeyl” duası həzrət Əlidən (ə), “Əbu-Həmzə” və “Səhifeyi-Səccadiyyə” duaları isə imam Səccaddandır (ə).

Biz necə ardıcıllarıq ki, onlara heç bir oxşarlığımız yoxdur? Bu duaların məzmununa inanırıqmı? Görəsən bu məsələlər həqiqətdir, yoxsa yox? Bizi aldadan dünya, həqiqi xeyirə çatmağımızın qarşısını alan zahiri gözəlliklər ötəri ləzzətdən savay bir şeydirmi? Hər gün əvvəlki gündən daha dadlı yemək istəmirikmi? Hər gün həyat tərzimizi, evimizin görkəmini, maşınımızın modelini və başqa yaşayış vasitələrini dəyişmək istəmirikmi? Yoxsa dünyaya aldanmaq bundan başqa bir şeydir? Fikirləşməliyik ki, bizdən nəyi alıb əvəzində bunları veriblər? Dəyərli şeyləri əldə etmək üçün iste`dadımız var. Lakin ötəri işlərə meyl göstəririk? Bəli, həqiqətdə biz insani həyat və imanlı yaşayışdan məhrum olub, bünövrəsi Allah zikri olan üstün həyatdan uzaq düşmüşük!
(8)

Pərvərdigara, ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et. Qüsl üçün uzadıldığım və saleh qonşularımın məni sola-sağa çevirdiyi vaxt mənə fəzlindən mərhəmət qıl. Qəbrə doğru aparıldığım və qonşularımın cənazəmi əhatə etdiyi vaxt mənə mehribanlıq göstər. Qəbrə qoyulduğum və hüzuruna tək-tənha gəldiyim vaxt mənə kərəm göstər. Bu təzə evdə qəribliyimə rəhm et ki, Səndən qeyrisi ilə üzləşməyim”.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin