İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 1,61 Mb.
səhifə16/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

Talaq haqqı (2)


Bizim əsrimizdə talaq və boşanma məsələsi, beynəlxalq bir çətinlik və problemə çevrilmişdir. Bu barədə hamı ah-nalə və şikayət edir. Qanuni şəkildə boşanmanı ümumilikdə qadağan edən ölkələrdə insanlar uğursuz və namüvəffəq evliliklərdən xilas ola bilmədikləri səbəbi ilə dad-fəryad edirlər. Əksinə, kişi və qadına talaq və boşanma məsələlərində yaşıl işıq olan

səh:229


ölkələrdə də insanlar ailə münasibət və təməllərinin möhkəm və davamlı olmaması, eyni zamanda, getdikcə talaq və boşanma sayının artmasından meydana gələn xoşagəlməz hadisələrdən gileylənərək şikayət edirlər və onların fəryadı asimana qalxır. Talaq haqqının sadəcə kişilərə verilməsindən şikayətlənənlərin etirazı iki istiqamətdədir:

1. İllərlə eyni bir qadınla birlikdə yaşayan alçaq və namərd (nanəcib) kişilərin ikinci bir qadın sevdasına düşərək ona ömrünü-gününü, sağlamlığını fəda edən və ailəsinə bağlı olan qadınlara onların heç vaxt gözləmədiyi bir şəkildə talaq vermək istəməsi və bu məsələni məhkəməyə qədər gedib çıxması.

2. Boşandıqdan sonra yenidən bir araya gəlmələrinə ümid bəsləyən qadınların ümidini boşanmış kişilərin üzməsi və buna onların etirazı.

Adətən, həyatda ər və arvad arasında elə bir münaqişə və xüsusi anlaşılmazlıq yaranır ki, islahedici işlərin heç biri bu məsələdə fayda və nəticə vermir və həmin münaqişələr onlara hakim kəsilir ki, bu zaman onlar əməldə bir-birindən ayrı şəkildə həyat sürməyə başlayırlar. Təbii olaraq, belə bir şərait və vəziyyətdə onların hər ikisi əməldə qırılan münasibətlərin qanuni şəkildə də bitməsini və sona çatdırılmasını düşünür və həm kişi, həm də qadın digər şəxslərlə evlənməyi düşünür. Amma bəzi şəxslər qadınla qəddar şəkildə rəftar edərək ondan ayrılmır və onun ömür boyu əzab-əziyyət çəkməsinə səbəb olaraq, Quranın təbiri ilə desək, asılı vəziyyətdə saxlayır.

Müsəlmanlıqdan heç bir nəsib almamış və payı olmayan, özlərini müsəlman kimi göstərən həmin kişilərin bu cür əməl və münasibətləri islami qanunlarla dərindən tanış olmayan və ruh və qəlblərinə hələ sirayət etməmiş kəslər şübhəyə düşür və elə hesab edirlər ki, İslam qadınla bu cür rəftar etməyə icazə verir və İslamın istədiyi də elə budur.

Ona görə də həmin şəxslər təccüblə belə sual verirlər: “Görəsən, İslam dini həqiqətən də, kişiyə bəzən qadına talaq vermək, bəzən də onu boşamamaqla öz şəri hüquq və ixtiyarından bu cür istifadə edərək qadına işkəncə və əzab-

səh:230

əziyyət verməsinə razı olmuş və icazə vermişdirmi? Bəyəm, bu cür işlər zülm deyilmi? Əgər zülm deyilsə, bəs onda, zülm nə olan şeydir?! Siz İslamın hər hansı bir forma və şəkildə olursa olsun, zülmlə müxalif olduğunu və onun bütün işləri haqq və ədalətə əsasən tənzimlədiyini demirsinizmi? Əgər bu zülmdürsə və İslam da zülmə qarşı şıxırsa, bir deyin görək, bunun qarşısını almaq üçün İslam dini hansı tədbirləri nəzərdə tutmuşdur?”



Bu işin zülm olmasında heç bir sözümüz yoxdur. Sonrakı bəhslərdə diqqətinizə çatdıracağıq ki, İslam bu barədə düşünmüş və həmin məsələni başlı-başına buraxmamışdır. Amma bizim ondan qafil olmamağımızı gərəkdirən bir məsələ də var və o, həmin problemlərin qarşısını alma yollarının hansı olmasıdır. Belə problemlərin meydana çıxmasına sadəcə talaq və boşanma qanunu səbəb olmuşdurmu və biz qanunda dəyişiklik etməklə onun qarşısını ala bilərikmi? Yoxsa, qanunun da onların qarşısını almaqda aciz olduğu üçün, biz bu zülm və sitəmlərin kökünü başqa yerdə axtarmalıyıqmı? İslamla cəmiyyətin digər qanunları arasında olan fərqlər cəmiyyətdəki qanunların həmin məsələlərin həll edilməsində kifayət etdiyini düşünməkdir, halbuki, İslamın nəzəri belə deyil.

İslamın nəzərində qanunlar quru və sadə münasibətlərdən söhbət gedən zaman təsirli ola bilir, amma iş hissiyyat, qəlb və atifə ilə bağlı məsələlərə gəldikdə, başqa vasitələrdən istifadə edərək faydalanmaq lazımdır.

Biz İslamın qanunların təsirli ola biləcəyi yerlərdə ondan kamil şəkildə istifadə edərək bu zəminədə səhlənkarlığa yol vermədiyini sübuta yetirəcəyik.

Namәrdcәsinә verilәn talaqlar


Əvvəlcə, bizim günümüzdə əsas problemlərdən sayılan namərdliklə verilən talaq məsələsindən bəhs etmək istəyirik. İslam dini talaq və boşanma ilə ciddi şəkildə müxalifdir və mümkün olan həddə boşanmanın baş verməməsinə çalışır. İslamın nəzərində talaq ayrılmaq üçün nəzərdə tutulan xüsusi bir çarə funksiyasını daşıyır. Allah-taala günda bir qadını alaraq

səh:231


boşayan şəxsləri özünə düşmən bilir.

“Üsuli-kafi”də belə yazılır: “Peyğəmbər (s) kişilərin birindən qadını ilə münasibətlərinin necə olduğunu soruşduqda, o, öz arvadını boşadığını söyləyir. Peyğəmbər (s) ona deyir ki, qadın sənin xoşuna gəlməyən bir iş görmüşdürmü? O, “heç bir xoşagəlməz iş görməmişdir” - deyə cavab verir. Həmin hadisədən bir müddət keçdikdən sonra peyğəmbər (s) yenə onunla rastlaşaraq yenidən evlənib-evlənmədiyini soruşur. Kişi müsbət cavab verir. Başqa bir vaxt da ondan qasınla münasibətlərinin necə olduğunu sual verdikdə, həmin şəxs o qadını da boşadığını deyir. İslam peyğımbəri (s) “o qadından da nəsə pis bir iş görmüşdünmü?” - deyə soruşduqda, həmin kişi deyir ki, xeyr, heç bir pis iş görməmişdi. Həmin hadisədən də bir müddət kecdikdən sonra o kişi üçüncü dəfə evlənir. Peyğəmbər (s) ona bu dəfə də həmin sualları verdikdə, onun cavabı mənfi olur. O həzrət “ürəyi istədiyi zaman ərini və ya arvadını dəyişən kişi və qadınları Allah özünə düşmən bilir və onlara lənət göndərir” - deyə söyləyir.”

Günlərin birində peyğəmbərə (s) Əbu Əyyub Ənsarinin öz xanımı Ümmü Əyyubu boşamaq istədiyini bildirirlər. Əbu Əyyub Ənsarin yaxşı tanıyan o həzərət onun bu hərəkətinin düzgün bir dəlilə əsaslanmadığını bildiyindən deyir: “Ümmü Əyyubu boşamaq böyük günahlardandır. “Eyni zamanda, peyğəmbərin (s) “Cəbrayıl mənə qadınlar barədə o qədər sifariş etdi ki, elə bildim, fahişəlik kimi bir günaha mürtəkib olmaqdan başqa, onlara talaq vermək cayiz deyil.” - kimi buyurduğu da bildirilmişdir. İmam Sadiq (ə) peyğəmbərdən (s) belə bir hədis nəql edir: “Allah yanında evlilik münasibətləri olan evdən daha sevimli bir şey və həmin münasibətlərli talaqla qırmaqdan da ən qəzəbləndirici bir şey yoxdur.”

Digər bir hədisdə imam Sadiq (ə) buyurur: “Quranda talaq və boşanma barədə təkrar olaraq bəhs etmək və onu diqqət mərkəzində saxlamağın özü də Allahın ayrılığı sevmədiyini və onu düşmən tutduğunu göstərir.”

Təbərsi “Məkarimul-əxlaq” əsərində peyğəmbərdən (s)

səh:232


onun belə buyurduğunu nəql edir: “Evlənin, amma talaq verməyin, çünki bu işdən ilahi ərş lərzəyə gəlir.”

İmam Sadiq (ə) buyurur: “Allah dərgahında halal olan şeylərdən talaq kimi mənfur və Allahın qəzəbinə səbəb olacaq bir şey yoxdur. Allah-taala çox talaq verib boşanan camaatı özünə düşmən bilir.”

Bu rəvayətlər təkcə şiəyə aid deyil, eyni zamanda, əhli-sünnə də buna oxşar rəvayətləri nəql etmişlər. Əhli-sünnə alimi Əbu Davudun “Sünən” əsərində İslam peyğəmbərindən (s) belə bir hədis nəql edilir:

ما احَلَّ اللاهُ شیإً ابغض الیه من الطلاق

“Allah-taala talaq kimi heç bir şeyi eyni zamanda qəzəblənəcəyi şəkildə halal etməmişdir.”

Fars şairi Mövləvi də peyğəmbərin (s) həmin hədisinə özünün məşhur dastanı olan “Musa və Şaban” əsərində işarə etmişdir. Din rəhbərlərinin əməllərində müşahidə edilən məsələlər onların imkan daxilində talaq və boşanmadan çəkindikləri və bu cür hadisələrin onların həyatında nadir hallarda baş verməsidir. Eyni zamanda, həmin məsələləri həyata keçirdikləri zaman, onların tutarlı əqli və məntiqi dəlilləri olmuşdur. Məsələn, imam Baqir (ə) bir qadınla evlənir və ondan çox xoşu gəlmiş olur. Amma günlərin birində həmin qadının Əli ibn Əbu Talibə (ə) düşmənçilik və nifrət bəsləyən nasibilərdən olduğunu və qəlbində o həzrətə qarşı kin saxladığını başa düşür və bu səbəbdən, onu boşayır. İmamdan onu çox sevdiyi halda, nə üçün talaq verdiyini sorduqları zaman, o həzrət belə buyurur: “Mən istəmədim ki, cəhənnəm atəşindən bir parça od mənim kənarımda olsun.”



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin