DOQQUZUNCU HİSSƏ İrs mәsәlәsi
Qədim zamanlarda ya qadına, ümumiyyətlə, irs verilmirdi, ya da onunla kiçik yaşlılar kimi rəftar edirdilər. Yəni, ona hüquqi azadlıq və şəxsiyyət vermirdilər. Bəzən də onun özünə irs aparmağa icazə verdiklərində, övladlarına irs aparmağa icazə vermirdilər və oğlundan fərqli olaraq babanın irsini də qadın aparırdı. Qadına verilən irs Quranın ifadəsi ilə desək, vacib olan bir fərizə kimi deyildi, əksinə vəfat edən zamanlarda kişi əgər istəyərsə, onu varis seçə bilmək haqqına sahib idi.
Qadının varis olmaq məsələsinin tarixçəsi uzundur. Bu barədə çoxlu tədqiqat və mütaliələr edilmiş, eyni zamanda, bir sıra əsərlər insanların ixiyarında qoyulmuşdur. Biz bu barədə söhbət açmağa ehtiyac duymuruq. Demək istədiklərimizin xülasəsi belə idi.
Qadının irsdәn mәhrum olmasının sәbәblәri
Həqiqətdə, qadının irsdən məhrum olmasının əsas səbəbi sərvət və mal-dövlətin bir ailədən başqa bir ailənin əlinə keçməsini istəməmək olmuşdur.
Qədimdəki nəzəriyyələrə əsasən, qadın kişinin nütfəsinin qoyulduğu bir zərf (qab) və övladların inkişafı üçün bir yer hesab edilirdi və onun uşağın dünyaya gəlməsində elə də rolu yox idi.
səh:213
Onlar ailədə dünyaya gələn oğlan uşaqlarını öz xanədanlarından, amma qız uşaqlarını isa qadının ərinin ailəsindən hesab edirdilər və bu minvalla, sərvətin bir ailədən digərinə keçməsinə mane olurdular. Belə fərz etməklə, əgər qız irs aparmış olardısa, onun mirası sonradan övladlarına keçə və bu qayda ilə sərvətin digər ailələrə ötürülməsinə səbəb ola bilərdi.
Mərhum Musa Ümid “İran ictimai qanunlarında irs” adlı kitabının səkkizinci səhifəsində “qədimdə ailənin əsasını təbii münasibətlər deyil, din təşkil edirdi” - dedikdən sonra belə yazır: “Matriarxat (ata şahlıq) olan ailədə dini idarəçilik babanın öhdəsində olurdu və ondan sonra isə bu məsələlər həmin nəslin oğul övladlarının vasitəsi ilə davam etdirilirdi. Qədim insanlar nəslin qalıb davam edə bilməsinin kişilərlə bağlı olmasına etiqad bəsləyirdilər Oğul övladın dünyaya gəlməsinə səbəb olan ata öz dini əqidə və adətlərini, eyni zamanda, bəzi xüsusi dini duaları və odun (atəşin) qorunması məsələlərini oğluna öyrədirdi. Bu cür xüsusiyyətlət qədinm Yunan, Roma və Hind ailələrində də mövcud olmuş və onlar nəsil artırma məsələlərini kişilərə mənsub edir və qadını vasitəsiz olaraq öz ərinə və ya atasına şamil olduğunu deyirdilər.
Bu qədim adətlərin nəticəsində ailələrin kişilərə məxsus edilməsi məsələsi meydana çıxmışdır. Qadınlar dini idarəçiliyə malik olmadıqlarından, dini mərasimlərdə və ailənin digər hüquqi imtiyazlarından yararlanmaqda onların heç bir səhm və payları yox idi. Sonradan da miras və irs məsələsi meydana çıxdı və onlar bu minvalla, irsdən məhrum oldular.”
Qadının irsdən məhrum olmasında başqa səbəblər də mövcud olmuşdur, o cümlədən, qadının döyüşçülük baxımından zəifliyi məsələsi və bura şamil idi. Qədimdə sərvət məsələləri qəhrəman və cəngavərlik xüsusiyyətlərinə görə bölüşdürülürdü və belə xüsusiyyətlərə malik olan bir insan yüzlərlə zəif insandan üstün hesab edilirdi. Amma qadın özünün müdafiə və döyüşmək qabiliyyətinə malik olmadığına görə, onu irsdən məhrum etmişdilər. Cahil ərəblər də təbəqələşdirməçilik və qeyd etdiyimiz məsələlərə əsasən, qadına kişi ilə bərabər irs
səh:214
verilməsinin əleyhinə idi.
Quran ayəsi nazil olaraq qadına da irs verilməsini bildirdiyi zaman, ərəblər bu məsələyə həddən artıq təəccüb etdilər. Həmin ayə belədir:
{لِلرِّجَالِ نَصِیبٌ مِمَّا تَرَکَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِیبٌ مِمَّا تَرَکَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ کَثُرَ نَصِیبًا مَفْرُوضًا}
“Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, istərsə də çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).”(1)
Qeyd edilmişdir ki, ərəbin məşhur şairlərindən olan Həssan ibn Sabit vəfat etdiyində, onun qadını və qız övladları qalmışdı. Amma onun əmisi oğlanları şairin irsindən bəhrələndilər, lakin onun qadın və qız övladlarına həmin mirasdan heç bir şey vermədilər. Onun xanımı peyğəmbərin (s) yanına şikayətə getdi. O həzrət Həssan ibn Sabitin əmisi oğlanlarını yanına çağırtdırdı. Onlar dedilər: “Qadınlar silah götürüb döyüşdə iştirak edə bilmirlər və biz onların yerinə vuruşur və onları müdafiə edirik. Bu səbəbdən, irs onlara deyil, bizə çatmalıdır.” Peyğəmbər (s) Allahın bu barədəki hökmünü onlara başa salaraq təbliğ etdi (onları bu işdən çəkindirdi).
Ögey oğulun irsi
Cahil ərəblər bəzən bir nəfəri oğulluğa götürürdülər və həmin şəxs vəfat etdiyi zaman, ögey övlad da ailənin digər üzvləri kimi irs aparmaq hüququna malik olurdu (onlar bu cür düşünürdülər).
Ögey övlad götürmək məsələsi qədimdə İran və Romada da məşhur və mövcud olmuşdur. Bu adət və ənənəyə uyğun olaraq, ögey olan oğul övladlar ailədə elə bir imtiyaz və hüquqlara malik olurdular ki, həmin nəsilin qız övladları ona sahib deyildilər. Həmin üstünlüklərdən biri mirasın aparılmasında,
səh:215
1- [1] . “Nisa“ surəsi, ayə 7.
digəri isə hansısa bir şıxsin ögey qızla evlənə bilməməsi idi. İslam bu adət və ənənələri də ləğv edərək aradan qaldırmışdır.
Bir-biri ilә әhd-peyman bağlayanların irsi
Ərəblərin Qurani-kərimdə qadağan edilən irslə bağlı adətlərindən bir də əhd-peyman bağlayanların bir-birindın apardığı irs idi. Onların əhdi belə idi: “Sənin qanın mənim qanım, sənə edilən təcavüz də mənə edilən təcavüzdür. Mən səndən, eyni zamanda, sən də məndən irs aparırsan.” Bu sözlərlə onlar arasında peyman bağlanırdı və onlar həyatda olduqları müddətdə bir-birini müdafiə edirdilər və onlardan hansı biri tez dünyasını dəyişərdisə, digəri ondan irs aparırdı.
Qadının da aparılan irsin bir hissәsi olması
Ərəblər bəzən ölən şəxsin qadının da irsin bir qismi olduğunu düşünür və digər mallar kimi ona da sahiblənirdilər. Əgər ölən şəxsin başqa bir qadından oğlu olardısa, həmin qadının əyninə xüsusi bir paltar geyindirirdilər və həmin paltar onun (qadının) artıq sahibi olduğunu bildirməyə xidmət edirdi. Həmin qadını özünün nikahına keçirmək və ya başqa biri ilə evləndirərək onun əvəzində mehriyyə almaq isə şəxsin istəyi və meyilinə bağlı idi. Bu məsələ təkcə ərəblərə şamil deyildi və digər millətlərdə də mövcud idi. İslam bu qanunu da ləğv edərək aradan qaldırmışdır. Qədim zamanlarda İran, Hindistan, Yunan, Roma və Yaponiyada da qadına bu cür zülümlər edilmiş və kişi ilə qadın arasında ayrı-seçkilik qoyulmuşdur. Əgər biz onlarla bağlı söhbət açmaq istəsək, həddən artıq çox zaman alar və bu kitaba sığmaz. Bu cəhətdən onu barəsində ətraflı danışmırıq.
İranda Sasanilәr dövründә qadının irsi
Mərhum Səid Nəfisi “Sasanilər zamanından Əməvilərin süqutuna qədər İranını ictimai tarixi” adlı əsərinin qırx ikinci səhifəsində belə yazır: “Sasanilər dövründə ailə təşkili ilə bağlı diqqəti cəlb edən məsələlərdən biri atanın həddi-büluğ və yetkinlik yaşına çatan oğluna sayca çoxluq təşkil edən
səh:216
qadınlarından birini evlənmək üçün bağışlaması idi. Sasani mədəniyyətində geniş yayılan digər bir məsələ qadının hüquqi azadlığa malik olmaması, əksinə ər və atanın qadının malı üzərində geniş imtiyaz və hüquqlara sahib olması məsələsidir. Qız uşaqları on beş yaşına çatdığı zaman, ata və ya ailənin rəisi onu ərə vermək ixtiyarına malik idi, amma oğlanların evlilik yaşı iyirmi yaşdan hesab edilirdi.
Eyni zamanda, atanın razılıq məsələsi də burada əhəmiyətə malik idi və şərt hesab edilirdi. Ərə verilən qadın ata və ya ərindən hansısa bir irs aparmaq haqqına layiq bilinmirdi və onun ərlə bağlı seçim etmək ixtiyarı da yox idi. Qızlar yetkinlik yaşına çatdığında, əgər atası onu evləndirmklə əlaqədar səhlənkarlıq etsəydi, bu zaman onun qızı istədiyi adamla evlənə bilərdi və bu halda da o, atasından irs aparmırdı. Kişinin ala biləcəyi qadınların sayında məhdudiyyət yox idi və yunan sənədlərində onların yüzə qədər qadınları olduğu da bildirilmişdir.
Sasanilər dövründə evlilik qaydaları - onların qədim dini abidələri hesab edilən zərdüştlük əsərlərində (Avestada) bildirilib - həddən artıq qarışıq hala malik idi və orada beş növ evliliyə işarə edilmişdir.
1. Ata və anasının razılığı ilə evlənən və ondan dünyaya gələn uşaqlar həm bu, həm də o dünyada qadına mənsubdur. Bu cür qadın “şah qadın” adlandırılırdı.
2. Ata və anasının yeganə övladı olan qadını “yeganə övlad” adlandırırdılar. Həmin qadın ailə qurub övlad dünyaya gətirir və o övladı ata və anasına verirdi ki, nəsillərindən gedən qızın (özünün) yerini tutsun. Belə qadına “şah qadın ” deyirdilər.
3. Əgər hansısa bir kişi yetkinlik yaşında ölsə və qadını olmasaydı (evlənməmiş olsaydı), onun ailəsi yad bir qıza cehiz verərək onu yad bir kişinin nikahına keçirirdilər və həmin qadını “ögey qadın” adlandırırdılar. Eyni zamanda, o hər nə qədər övlad dünyaya gətirsəydi, onların yarısı həmin dünyadakı insanların təfəkkürünə əsasən, ölən kişiyə şamil edilir və qalan hissəsi isə sağ olan qadının ərinə mənsub edilirdi.
4. Dul qalan və ikinci dəfə evlənmiş olan qadını “xidmətçi
səh:217
qadın” adlandırırdılar.
5. Ata və ananın razılığı olmadan evlənmiş olan qadın qadınlar arasında ən pisi hesab edilirdi. O qadın da atasından irs aparmırdı. Amma oğlan övladı olsa və yetkinlik yaşına çatsaydı, onda irs apara bilərdi.”
İslami qanunlarda irslə bağlı keçmiş zamanda olan heç bir çatışmamazlıq mövcud deyil. Hüquq bərabərliyi iddiasında olanların etiraz etdikləri məsələ İslamda qadının irsinin kişinin irsinin yarısı qədər olmasıdır. İslamın nəzərində oğlan iki qızın mirası bərabəri, qardaş iki bacının və ər də iki qadının irsi miqdarında mirasa malikdir. Təkcə ata və ananın irsi fərqə malikdir və əgər onların oğulu vəfat etsə və ondan miras qalsa, özləri həyatda olan müddətdə hər bir valideynə onun mirasının altıdabiri çatır.
İslamda qadının irsinin kişinin irsinin yarısı qədər təyin edilməsinin bir sıra səbəbləri vardır. Həmin səbəblər, onun nəfəqəyə, mehriyyəyə və s. məsələlərə malik olmasıdır. Bu xüsusi qanunlar onun irsinin kişinin irsinin yarısı qədər olmasına səbəb olur. Əvvəlki bəhslərdə də bildirdiyimiz kimi, İslam ailə münasibətlərinin qorunması, kişi və qadın arasındakı rabitələrin möhkmlənməsi və onlar arasında vəhdətin meydana gəlməsi üçün mehriyyə və nəfəqə məsələsinin zəruri olduğunu, eyni zamanda, həmin məsələlərinin evlilik təməllərinin möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. Mehriyyə və xüsusən də, nəfəqənin ləğv edilməsi İslamın nəzərində ailə təməllərinin sarsılması və qadınların fahişəliyə sürüklənməsinə gətirib çıxaran amillərdir.
Qadına mehriyyə və nəfəqənin verilməsi zəruri olduğundan, o, ailə büdcəsinin azalmasına səbəb olmuşdur. Kişi mehriyyə və nəfəqə yükünü öz çiyinlərində daşıdığı üçün, irs məsələsində qadının mirası kişinin mirasının yarısı qədər təyin edilməklə həmin çətinliklər, bir növ, təlafi və bərpa edilmişdir. Beləliklə, qadına nəfəqə və mehriyyə verildiyi kimi, kişinin irsi iki qadının irsi qədər müəyyən edilmişdir.
səh:218
Qәrbә meyilli olanların iradı
Qərbə meyilli olan bəzi insanlar ədalətdən dəm vurub danışdıqları zaman, qadının irs məsələsindən İslamın əleyhinə bir təbliğat vasitəsi kimi istifadə etməyə çalışır və səs-küy qaldırıraraq nəfəqə və mehriyyə məsələsinə toxunurlar. Onlar deyirlər ki, qadının irsini kişinin irsinin yarısı qədər təyin edib sonra həmin azlığı mehriyyə və nəfəqə ilə təmin etməyə nə ehtiyac vardır? Nə üçün çətinliyə əl ataraq tikəni ağzımıza başımızın arxasından gətirib qoymalıyıq? Elə əvvəlcədən, qadının irsini kişinin irsi qədər müəyyən edək ki, sonradan onun təlafi və bərpası üçün mehriyyə və nəfəqəyə əl atmayaq.
Birincisi, anadan da mehriban olmağa çalışan bu dayılar səbəb yerinə nəticə, nəticə yerinə də səbəbi götürərək səhvə düçar olmuşlar. Onlar qəflətə düşərək nəfəqə və mehriyyəni irsin müəyyən edilməsinin xüsusi nəticəsi olduğunu təsəvvür etmişlər, halbuki, irsin təyin edilməsinin xüsusi nəticəsi mehriyyə və nəfəqənin təyin edilməsidir.
İkincisi, onlar bu barədə mövcud olan bütün məsələlərin maddi və iqtisadi yönünü nəzərdə tutmuş və təkcə bu cəhətin olduğunu güman etmişlər. Aydın məsələdir ki, əgər maddi və iqtisadi yönlər nəzərdə tutulmuş olsaydı, işin içində mehriyyə və nəfəqə olmaz və qadının irsi kişinin irsindən fərqləndirilməzdi. Əvvəlki bəhslərdə də nəzərinizə çatdırdığımız kimi, İslam bəziləri təbii və bəziləri də psixoloji olan bir çox məsələləri diqqətə almışdır.
Başqa sözlə desək, qadın nəsill artırılması baxımından həddən artıq əziyyət çıkdiyi halda, kişi həmin məsələlərdə azad və sərbəstdir. Qadın kişyə nisbətdə gəlir əldə etmək cəhətindən zəif, amma istehlak və pul xərcləməkdə kişilərdən daha çox bədxərcdirlər. Onlar (kişi və qadın) psixoloji və ruhi baxımdan da bir-birləri ilə fərqlərə malikdirlər. Xülasə, İslam ailə münasibət və təməllərinin möhkəmlənməsinə xidmət edən bütün məsələləri nəzərə almış və bu səbəbdən də qadın üçün mehriyyə və nəfəqə təyin etmişdir. Həmin məsələ kişinin yükünün ağırlaşmasına gətirib çıxarmış və İslam bu məsuliyyət
səh:219
və çətinliyi aradan qaldırmaqdan ötrü, kişinin irsini qadının irsinin iki bərabəri miqdarında müəyyən etmişdir.
Deməli, işin içində sadəcə iqtisadi və maddi məsələlər yoxdur və bu baxımdan, “nə üçün bir tərəfdən qadının irsi azaldılır və digər tərəfdən də onu təlafi edirlər” demək olmaz.
İslamın әvvәllәrindә irs mәsәlәsinә edilәn iradlar
İslamın nəzərində mehriyyə və nəfəqənin səbəb və irs məsələsinin isə nəticə olduğunu söyləmişdik. Bu məsələ yeni yaranan bir məsələ deyil, o, elə İslamın əvvəllərindən mövcud idi.
İbn Əbil Ovca ikinci əsrdə yaşamış və dinə etiqadı olmayan bir şəxs idi. O, özünün azadlığından istifadə edərək hər yerdə öz etiqadlarənı yaymağa çalışırdı. Hətta, bəzi vaxtlarda Məscidül-həram və ya Məscidün-nəbiyə gələrək “tövhid”, “əqaid”, “məad” və “üsul” elmləri barəsində alimlərlə elmi mübahisələr edirdi. Onun mübahisə və etiraz etdiyi məsələlərdən biri də kişidən zəif olan qadına nə üçün irsin yarısı, amma qadından qüvətli olan kişiyə isə irsin iki bərabərinin verilməsi məsələsi idi. Onun düşüncəsində bu, ədalət və insafın ziddinə idi.
İmam Sadiq (ə) həmin məsələni ona izah edərkən qadının döyüşdən azad edilməsi, kişinin mehriyyə və nəfəqə ödəməsinin zəruri olması, bəzi cinayət məsələlərində əgər diyə tələb edilərsə, qadının diyə verməkdən azad olması kimi halları qeyd edərək vurğulayır və mirasın bu cür bölgüsünü həmin səbəblərlə əlaqələndirir. İmam Sadiqin (ə) irsi mehriyyə və nəfəqənin nəticəsi olaraq göstərməsi də diqqəti cəlb edən məsələlərdəndir, həmçinin, digər imamlardan da bu barədə söhbətlər edilmiş və onların hamısı eyni cavabı vermişlər.
səh:220
Dostları ilə paylaş: |