Bir neçә kişiyә sahib olmağa tutulan iradlar
Bu cür evliliyin əmələ gətirdiyi iradlar onun yayılması və əməldə müvəffəqiyyət qazanmasına mane olmuşdur. Həmin irad nəsil-nəcabətlə bağlı olan səhv və iraddır. Cinsi kommunizmdə olduğu kimi, bu şəkildə olan evliliklərdə ata və övladlar arasında mövcud münasibətlər müəyyən edilmiş deyil. Cinsi kommunizm cəmiyyətdə özünə yer tutuduğu kimi, bir neçə ərə sahib olmaq da cəmiyyətdə gerçəkləşə bilmiş və müəyyən bir insanlar tərəfindən qəbul edilmişdir.
Əvvəlki məqalələrdə gələcək nəslin ailə həyatının qurulması və keşmiş və gələcək nəsil arasında qırılmaz münasibət və irtibatların yaradılması ilə əlaqədar səy və təlaş etməyin insan təbiətinin instinktiv istəyinə əsaslandığını nəzərinizə çatdırmışdıq. Bəzən və istisna hallarda insan qəbilələri və bəzi tayfalar arasında bir neçə ərə sahib olmaq məsələsinin meydana çıxması kişilərin bir qadınla yaşamaq və ailə qurmağa təbii baxımdan razı olmamasına dəlil ola bilməz. Bir dəstə kişi və ya qadınlar tərəfindən ailə qurulmasına meyil və istəyin olmaması inhiraf və azğınlığa səbəb olduğu üçün biz onu insanların təbii baxımdan evliliyi istəməməsinə dəlil gətirə bilmərik.
Bir neçə ərə sahib olmaq kişilərin inhisarçılıq tələbi və övlad sevgisi ilə müxalif olması ilə yanaşı, qadınların da təbiət və fitrəti ilə ziddiyyət təşkil edir.
Psixoloji tədqiqat və araşdırmaların nəticəsində qadınların kişilərdən daha çox bir ərə sahib olmaq istəmələri müəyyən edilmişdir.
Qadınların (zövcәlәrin) sayı
Bir neçə ərə sahib olmağın digər növ və şəkili bir neçə qadın olması və ya qadınların sayca çoxluq təşkil etməsidir. Bir neçə qadına sahib olmaq və çoxarvadlılıq bir neçə ərə (kişiyə) sahib olmaqdan daha artıq yayılmış və müvəffəqiyyət əldə etmişdir. Həmin məsələ təkcə vəhşi qəbilələr arasında deyil, bəzi mədəni millətlər arasında da müşahidə edilmişdir. Cahiliyyət ərəblərindən başqa, yəhudi qövmü və Sasanilər
səh:280
zamanı İran xalqı, həmçinin, bəzi digər millətlər arasında da bu qanun və adətlər mövcud olmuşdur.
Montesko yazır ki, Malaziya qanunlarında üç qadınla evlənməyə icazə verilirdi. Eyni zamanda, o, sözlərinə belə davam edir: “Roma imperatoru Valentin xüsusi səbəb və dəlillərə əsasən, kişilərə bir neçə qadınla evlənməyə icazə vermişdi. Amma bu qanun Avropanın şərait və ab-havası ilə uyğun və münasib gəlmədiyindən, Teodor, Akardiyus və Monoriyus kimi digər Roma imperatorları tərəfindən ləğv edilmişdir.”
İslam vә qadınların (zövcәlәrin) sayı
İslam bir neçə ərə sahib olmanın ziddinə olaraq bir neçə qadına sahib olmağı tamamilə ləğv və onu qadağan etməmiş, əksinə onu qeydli və şərtli, həmçinin, məhdud etmişdir. Yəni, bir tərəfdən məhdudiyyəti aradan qaldıraraq onun üçün ən çoxu (maksimum) dörd qadını nəzərdə tutdu və bir tərəfdən də onu şərt və qeydli edərək hər bir kəsə bu sayda qadınla evlənməsinə icazə vermədi.
Gələcək bəhslərimizdə həmin şərt və qeydlər, eyni zamanda, İslamın bir neçə qadınla evlənməyi nə üçün tamaimilə ləğv etmədiyi barədə söhbət edəcəyik.
İnsanda təəccüb doğuracaq məsələ orta əsrlərdə İslamın əleyhinə təbliğat aparılaraq ilk dəfə İslam peyğəmbərinin (s) dünyada qadınların say çoxluğu ilə bağlı ixtira etdiyini söyləmələri olmuşdur. Bundan əlavə, onlar İslamın belə sürətlə yayılmasına səbəb kimi müsəlmanların müxtəlif millətlər və çoxlu sayda qadınlarla evlənməsi məsələsini iddia etmişlər. Həmçinin, Şərqdə dəyişikliklərin baş verməsini qadınların say çoxluğu ilə əlaqələndirmişlər.
Vil Dorant “Sivilizasiya tarixi” əsərinin altmış birinci səhifəsində yazır: “Orta əsrlərdə din alimləri qadınların (zövcələrin) say çoxluğunun İslam peyğəmbərinin (s) gətirdiyi bir yenilik olduğunu təsəvvür edirdilər. Həqiqətdə isə belə deyil və ibtidai icma quruluşu zamanında daha çox qadınların bir neçə ərə sahib olması bizə məlum oldu. İbtidai icma quruluşunda (ibtidai cəmiyyətdə) zövcələrin sayının çoxluğuna səbəb olan amillər həddən artıqdır.
səh:281
Kişilərin döyüş, müharibə və ovçuluqla məşğul olmaları onların həyatının daha çox təhlükədə olmasına gətirib çıxarırdı və qadınlara nisbətdə daha tez tələf olurdular. Bu cür amillər qadınların sayca çoxluğuna səbəb olurdu və kişilər ya daha çox qadınla evlənməli idilər, ya da qadınların əksəriyyəti ərsiz həyat sürmək məcburiyyətində qalmalı idi. Ölüm hadisələrinin çox baş verdiyi millətlərdə bir dəstə qadının ərsiz qalaraq nəsil artırılması məsələlərindən uzaq düşməsi bəyənilmirdi. Şübhəsiz ki, ibtidai icma quruluşunda kişilərin çoxlu sayda qadına sahib olması həmin zamanla uyğun və münasib idi, çünki qadınlar kişilərdən sayca üstünlük təşkil edirdilər.
Nəsilin sağlamlaşdırılması baxımından da, çoxlu ərə sahib olmaq bir ərə sahib olmaqdan üstün tutulurdu. Aydın məsələdir ki, yeni eradakı bəzi qüdrətli kişilər gec evlənir və qadını ilə uşağa sahib olmaq məsələsi baxımından gec razılığa gəlirdilər. Amma keçmiş zamanda belə kişilər ən yaxşı qadınlara malik olur və onlardan çoxlu övladlar dünyaya gəlirdi. Həmin səbəbə əsaslanaraq bir sıra millətlər arasında çoxarvadlılığın son zamanlara qədər davam edərək gəlib çıxmasını deyə bilərik. Sadəcə bizim əsrimizdə bu məsələlər get-gedə azalmağa və haradasa, ortadan qalxmağa başlamışdır. Bu adət və ənənənin aradan qalxmasına bir neçə amil səbəb olmuşdur. Həmin amillər bunlardır:
Əkinçiliyin inkişaf etməsi ilə insanların, xüsusən də, kişilərin itki və tələfatların az baş verməsi və onların qadınlarla sayca bərabər səviyyəyə gəlməsi, eyni zamanda, bir neçə zövcəyə sahib olmaq, hətta, ibtidai icma quruluşunda olsa belə, imkanlılara məxsus bir imtiyaz hesab olunmağa başlaması və həmin cəhətdən kişilərin əksəriyyətinin bir qadınla kifayətlənməsi və onun əvəzinə zinaya əl atmaları.”
Qustav Levbon “Sivilizasiya (mədəniyyət) tarixi” əsərinin beş yüz yeddinci səhifəsində yazır:
“Avropada Şərqdəki adətlərdən heç biri çoxarvadlılıq qədər pis tanıtdırılmamış və bu adətlə bağlı olduğu kimi, Avropa bu qədər xətaya yol verməmişdir. Avropa yazıçıları çoxarvadlılığın İslam dininin təməllərindən birini təşkil etdiyini hesab etmiş və
səh:282
İslam dininin yayılması, şərqlilərin tənəzzül və dəyişikliyə uğraması baxımından onu “səbəblərin səbəbi” adlandırmışlar. Bundan əlavə, onlar etiraz etməklə yanaşı, şərqli qadınların halına acıyaraq onların vəziyyətinə üzülür və sarayların dörd divarı arasında xacələrin nəzarəti altında qaldıqlarını deyirdilər. Həmçinin, əgər onların razılıqlarının əleyhinə hansısa bir addım atılardısa, onlara əziyyət verərək qəddarcasına edam da edə bilərdilər. Şərq qadınları barəsindəki bu cür təsəvvürə malik olmağın heç bir sənədli və dəlilə istinad edən əsası mövcud deyil.
Əgər avropalılar yersiz olan təəssübkeşliklərini özlərindən kənarlaşdıraraq məsələyə bir qədər diqqətli yanaşsalar, onda, çoxlu sayda zövcəyə sahib olmanın Şərqdə ümdə və başlıca bir adət-ənənə olduğunu, Şərqdə qadına daha çox ehtiram və hörmət edilməsi, eyni zamanda, əxlaqi baxımdan da şərqlilərin tərəqqi etməsini, ailə daxilindəki münasibətlərin möhkəmlənməsinə səbəb olmasını, bir sözlə, Avropaya nisbətdə Şərqdəki qadınlara daha artıq hörmətlə yanaşılmasını təsdiq edəcəklər.
Biz bəhsimizə başlamazdan öncə, çoxarvadlılıq məsələsinin İslamla heç bir bağlılığının olmadığını möhtərəm oxucuların diqqətinə çatdırmağı zəruri hesab edirik. Çünki bu adət və ənənələr İslamdan qabaq da ərəb, Şərqdə yaşayan yəhudi qövmləri, iranlı və s. xalqlar arasında geniş yayılmış idi.
Şərqdə yaşayan qövm və tayfalar İslamı qəbul etdiyi zaman, bu adətlərdən onlar üçün hansısa bir fayda və mənfəət hasil olmadı, həmçinin, indiyə qədər dünyada hansısa qüdrətli bir din belə adətləri, yəni çoxarvadlılığı nə irəli sürməyə, nə də onun aradan qalxmasına göstəriş verə bilmişdir. Barəsində söhbət etdiyimiz adətlər din tərəfindən deyil, Şərq mühit və irqi xüsusiyyətləri, digər səbəb və məsələlər nəticəsində və Şərq həyat tərzi ilə əlaqədar yaranaraq meydana gəlmişdir. Deyilən xüsusiyyətlərin Qərb mühit və təbiəti ilə uyğun gəlməməsinə baxmayaraq, bir zövcəyə sahib olmaq orada adət formasını almışdır. Halbuki, biz həmin məsələlərin sadəcə qanun kitablarında dərc olunduğunun şahidi oluruq və onların rəftar və həyat tərzi deyilənlərin əksini göstərir. Mən həqiqətdə, Şərqdə
səh:283
şəri şəkildə mövcud olan çoxarvadlılığın Qərbdəki bir zövcəyə sahib olmaqdan hansı əskikliyi və naqisliyinin olması barədə təəccüb edirəm. Əksinə, mən bütün cəhətdən çoxarvadlılığı dəstəkləyirəm. Şərqlilər bizim böyük şəhərlərimizə səyahət etdikləri zaman, bizim həyat tərzimizi gördükləri üçün, etirazlarımıza çox təəccüblənirlər... “
Bəli, çoxarvadlılıq məsələsini İslam ixtira etməmişdir, əksinə onu bir tərəfdən məhdudlaşdırmış, digər tərəfdən də onu ən son həddə (dörd ədədə) çatdırmışdır. Eyni zamanda, həmin məsələ ilə əlaqədar ağır şərt və qeydləri nəzərədə tutmuşdur. Adətən, İslamı qəbul edən millət və qövmlər öncədən həmin ənənələrə sahib idilər və İslamı qəbul etməklə də onun irəli sürdüyü şərt və qeydləri qəbul etmək məcburiyyətində qaldılar.
Dostları ilə paylaş: |