İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 1,61 Mb.
səhifə22/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

İranda çoxarvadlılıq


Kristin Sin “İran Sasanilər zamanında” əsərinin üç yüz qırx altıncı səhifəsində belə yazır: “İranda Sasanilər zamanında çoxarvadlılıq ailə təşkilinin əsası hesab edilirdi. Qadınların sayının az və ya çox olması kişilərin qüdrətinin (maddi və fiziki) olub-olmamasına bağlı idi. Bir qayda olaraq, cinsi baxımdan zəiflikləri olan kişilər birdən artıq qadına sahib olmurdular. Ailə başçısı hökumət tərəfindən təmin edilirdi. Qadınlardan biri kamilən hüquq sahibi olurdu və onu “seçilmiş qadın” adlandırırdılar. Səviyyə baxımından ondan aşağı olan qadın “xidmətçi qadın” adlandırırdılar. Bu iki qadının (zövcənin) qanuni hüquqları da müxtəlif və bir-birindən fərqli şəkildə idi. Adətən, qızıl alveri ilə məşğul və əsir olan qadınlar “xidmətçi qadın” təbəqəsindən sayılırdı. Seçilmiş qadınların bir kişiyə aid olub-olmadığı bizə məlum deyil. Amma hüquqi məsələlərdə bir kişinin iki seçilmiş qadına sahib olduğu barədə söhbətlər edilmişdir. Həmin qadınlardan “evinin xanımı” adı ilə danışılırdı və guya, onların ayrıca evləri vardı. Kişi öz seçilmiş qadınını təmin və onu müdafiə etməklə vəzifəli idi.

Bütün kişilər həddi-büluğ və yetkinlik çağı, qadınlar da evlilik yaşına qədər bu hüquqlara malik idilər. Amma xidmətçi

səh:284

qadınlar adlanan zövcələr oğlan uşağı dünyaya gətirdikləri zaman, fəqət həmin uşaq ata tərəfindən qəbul edilirdi.”



Mərhum Səid Nəfisinin yazmış olduğu “Sasanilərin süqutundan tutmuş Əməvilərin süqutuna qədər İran cəmiyyətinin tarixi” adlı əsərində bu cümlələri qeyd edir: “Kişinin ala (evlənə) bildiyi qadınların sayında heç bir məhdudiyyət yox idi və bəzi Yunan sənədlərində bir kişinin evində yüzlərlə qadının olduğu qələmə alınmışdır.”

Montesko “Qanunların ruhu” əsərində Roma tarixçisi Akatyasdan belə nəql edir: “Yustinyan zamanında məsihilər tərəfindən təhqirlərə məruz qalmış Roma filosoflarından bir neçə nəfər məsihi dinini qəbul etmək istəmədiklərindən Romanı tərk edərək İran padşahı Xosrov Pərvizə pənah gətirmişlər. Xosrof Pərvizin sarayında təkcə çoxarvadlılığı müşahidə etmək deyil, kişilərin digər qadınlarla da cinsi münasibətə girmələri onların təəccüb və heyrətinə səbəb olmuşdur.”

Nəzərinizə çatdırırq ki, Roma filosofları Xosrov Pərvizin sarayına deyil, Ənuşirəvanın qəsrinə pənah gətirmişlər. Montesko hökmdarların adları ilə bağlı məsələdə səhv və xətaya yol vermişdir.

Ərəblər arasında zövcələrin sayı heç bir hədd və hüdud tanımırdı. İslam dini zövcələrin sayını məhdudlaşdırmaqla onu dördə endirdi və İslamın nəzərində dörddən artıq qadına sahib olmaq düzgün hesab edilmirdi. Kişilər arasında ona yaxın qadına sahib olanları da var idi və onlar İslam dinin göstərişinə əsasən, altı qadını boşamaq məcburiyyətində qaldılar.

Beləliklə, çoxarvadlılıq məsələsini İslamın kəşf və ixtira etmədiyi, əksinə onu tamamilə aradan qaldırmayaraq məhdud çərçivəyə saldığı və müəyyən qeyd və şərtləri təyin etdiyi məlum oldu. Gələn bəhslərdə çoxarvadlılıq məsələsinin meydana çıxmasına səbəb olan amilləri araşdıracağıq.

Görəsən, kişilərin qolu zorlu olması, yoxsa, müəyyən zəruri halların yaranması həmin məsələlərin meydana çıxmasına səbəb olmuşdurmu? Həmin zəruri məsələlər nələrdən ibarətdir? Görəsən, fiziki-coğrafi və geoloji amillər, yoxsa, digər xüsusiyyətlər onun yaranmasına səbəb olmuşdur? Uzun sözün

səh:285

qısası, nə üçün İslam o adət və ənənəni ləğv etməmişdir? İslamın həmin məsələ barəsində nəzərdə tutduğu qeyd və şərtlər nələrdir? Eyni zamanda, günümüzdə istər kişi olsun, istərsə də qadın, bəşərin çoxarvadlılıqna qarşı çıxmasına səbəb nədir? Görəsən, işin içində əxlaqi və insani, yaxud digər xüsusiyyətlərmi mövcuddur? Bütün bunlar gələcək bəhslərdə bəyan edəcəyimiz mətləblərdir.


Çoxarvadlılığın tarixi sәbәblәri (1)


Çoxarvadlılıqnun tarixi və ictimai səbəbləri nələrdir? Nə üçün dünya millətlərinin əksəriyyəti, xüsusən də, Şərq xalqları bu sünnə və adət-ənənəni qəbul etmiş və Qərb xalqları kimi bəzi millətlər isə həmin ənənələri heç vaxt qəbul etməmişlər? Nəyə görə bir necə ərə sahib olmanın üçlük təşkil edən forma və şəkilləri arasından çox ərə sahib olmaq və bəzən əməli olaraq həyata keçirilməyən və ya çox nadir və tək-tük halda gerçəkləşərək istisna bir hal kimi qiymətləndirilən cinsi müştərəkliyə müxalif və zidd olan sadəcə bir neçə zövcəyə sahib olmaq məsələsi qəbul edilmişdir?

Bu səbəblər barəsində araşdırma və tədqiqat aparmasaq, nə İslamın nəzərindən çoxarvadlılıq məsələsini bəhs edə, nə də həmin məsələni bəşərin bugünkü ehtiyacının olması baxımından diqqət mərkəzində sxlaya bilmərik.

Əgər mövcud olan əksər psixoloji və ictimai amilləri nəzər və diqqətimizdən kənarlaşdırsaq və bir sıra yazıçılar kimi səthi təfəkkür edib düşünsək, bizim üçün çoxarvadlılığın tarixi və ictimai səbəblərini izah və bəyan etməyimiz üçün, bu zəminədəki məsələlərlə bağlı barəsində daimi olaraq danışılan və məşhur olan məsələləri təkrar etməyimizə və “çoxarvadlılığın səbəbləri çox aydın məsələdir, onun səbəbi kişilərin qoluzorluluğu, qadınlar üzərindəki hakimiyyəti və onların qul və kəniz, yəni - ata şahlığın (Patriarxat) - olmasıdır.” - deməyimizə kifayət edər.

Kişi qadın üzərində hakimiyyət və təsirə malik olduğu üçün, adət və qanunları öz xeyrinə dövr elətdirmiş və beləliklə, çoxlu

səh:286

sayda zövcəyə sahib olmağı qadının əleyhi və öz mənfəətinə əsasən, əsrlərlə qayda halına salmışdır. Eyni zamanda, qadın kişidən asılı və qüdrətə malik olmadığına görə, bir neçə ərə sahib olmaq kimi həmin məsələdən yaxa qurtara bilməmişdir.



Əsrimiz kişinin qoluzorlu olmasının sona yetdiyi bir əsr olduğu üçün, bir neçə zövcəyə sahiblik kimi imtiyaz və xüsusiyyətlər, digər yanlış və səhv imtiyazlar timsalındakı kimi, öz yerini kişi və qadının eyni və bərabər hüquqlarına vermişdir. Əgər biz bu şəkildə düşünsək, çox naşı və səthi olaraq təfəkkür etmişik.

Çoxlu sayda zövcəyə malik olmağın geniş şəkildə yayılması səbəbi nə kişinin qoluzorluluğu, nə qadının bir neçə ərə sahib olmasının zəifləyərək aradan qalxması və onların məhkumiyyəti, nə də günümüzdə zövcələrin sayının kişilərin qüdrətinin sona yetməsi məsələsidir. Eyni zamanda, bizim dövrümüzdəki kişilər zövcələrinin sayını azaltmaqla, həmin imtiyazlarını həqiqətdə, əllərindən vermirlər, əksinə onlar qadınların əleyhinə və öz xeyirlərinə əsaslanan bir imtiyaz əldə edirlər.

Mən güc və qüdrətin bəşər tarixinin dəyişdirilməsində təsirli olan amillərdən biri olmadığını deyərək onu inkar etmirəm. Həmçinin, kişilərin də öz qüdrətlərindən tarixlər boyu qadınların əleyhinə sui-istifadə etmədiyini demirəm. Amma mən amillərin güc və qüdrətlə (qoluzorluluqla) əlaqələndirilməsinin - xüsusən də, kişi və qadının ailə münasibətlərinin izah və bəyan edilməsi məsələsində - dar düşüncəlik olmasına etiqad bəsləyirəm.

Əgər yuxarıdakı nəzəriyyənin düzgün olduğunu desək, onda, məcburi şəkildə ərəblərin cahiliyyət dövründə və ya Monteskonun sözlərinə istinadən, Malabar sahillərində yaşayan Nair qəbiləsi arasında qadınların çoxlu sayda ərə malik olmasının adət halını aldığı zamanlardakı kimi, nadir və istisna olaraq qadınların çoxlu ərə sahib olduğu vaxtların qadının imkan və fürsət tapa və kişilərin əleyhinə qüdrət əldə edərək ərin say çoxluğunu onlara (kişilərə) qəbul etdirə bildiyini və bu dövrlərin qadınlar üçün “qızıl əsr” olduğunu qəbul etməliyik. Halbuki, biz ərəb cahiliyyət dövrünün qadın həyatı üçün tarixin ən qaranlıq və siyah dövrlərindən biri olduğunu bilirik.

səh:287

Əvvəlki məqaləmizdə Monteskoya istinad edərək Nair qəbiləsi arasında yayılmış olan çoxarvadlılıq məsələsinin qüdrət və qadına ehtiramla əlaqədar olmadığını nəql etmişdik. Bu məsələnin geniş yayılmasına səbəb döyüşçü və əsgərləri ailə münasibətlərindən kənar saxlamaq və onlardakı döyüş ruhunun qorunub mühafizə edilməsi üçün cəmiyyətin belə bir qərara gəlməsi məsələsidir.



Bundan əlavə, əgər çoxarvadlılıq məsələsinin səbəbi “Patriarxat” (ata şahlıq) və atanın aparıcı rola malik olmasından qaynaqlanırsa, onda, nə üçün Qərb millətləri arasında yayılmamışdır? Görəsən, “Patriarxat” (ata şahlıq) təkcə Şərqə məxsusdurmu? Qərblilər yəni bu qədər İsa (ə) və Məryəm (ə) tərəfdarı (məsihilikdə düz) olmuş və elə ibtidai zamanlardan qadın üçün kişiyə nisbətdə bərabər və müsavi hüquqları nəzərdə tutmuşlarmı? Yəni, təkcə şərqlilər arasında qüdrət amili kişilərin xeyrinə fəaliyyət göstərmiş və qərblilərdə bu amil ədalət məsələlərinə sərf olunmuşdurmu?

Qərbli qadınlar yarım əsr əvvələ qədər dünyanın ən bədbəxt qadını idi. Hətta, onlar öz malları ilə bağlı ərlərinin qəyyumluğuna möhtac olmuşlar. Qərblilərin öz etirafına əsasən, şərqli qadınlar orta əsrlərdə qərbli qadınlara nisbətdə daha yaxşı vəziyyət və şəraitə malik olmuşlar.

Qustav Lobon belə yazır: “İslam mədəniyyəti zamanında Əynan ərazisində qadınlar üçün nəzərdə tutulan imtiyaz, məqam və dərəcələr Avropada uzun illər sonra qadınlara verilmişdir. Yəni, Əndəlisdə ərəblərin qəhrəmancasına rəftarları Avropanı həmin məsələdə ötüb keçdi. Avropa əhalisi arasında qəhrəmanlıq əxlaqi  keyfiyyətləri - onun bir qismi qadınlarla rəftar etməklə bağlı idi - müsəlmanlara təqlid etmək yolu ilə yayılmışdı. Eyni zamanda, əhli-sünnənin düşündüyü kimi, qadınlara alçaqlıq və rəzillikdən nicat verərək onları əziz və izzətli edən bir din məsihilik dini deyil, fəqət İslam dini olmuşdur. Beləliklə, orta əsrlərdə bizim başçı və sərkərdələrimiz məsihi olmalarına baxmayaraq, qadınların ehtiram və hörmətini lazımı miqdarda gözləmirdilər.

Tarixin tədqiq və araşdırmasına əsasən də, müsəlmanların

səh:288

qadına ehtiram və hörmət qoyulmasına riayət etməyi bizim sələflərimizə öyrətdikləri zaman, onların (sələflərimizin) həmin yolu vəhşiliklə seyri-süluk edərək keçdiklərini bilirik və bu mətləb barədə heç bir şübhəyə yer qalmır...”



Başqaları da Qərbdə orta əsrlərdə mövcud olan vəziyyət və şəraiti bu şəkildə vəsf və təsfir etmişlər. Orta əsrlərdə Avropada “Patriarxat” (ata şahlıq), qüdrət və kişilərin ən yüksək həddə qadınlar üzərində hökmranlığının - bütün bu xüsusiyyət və halların mövcud olmasına baxmayaraq, nə üçün çoxarvadlılıq məsələsi orada yayılmamışdır?

Həqiqət budur ki, bir neçə ərə sahib olmaq nə qadınların qüdrət və fürsətə malik olması, nə həmin məsələnin ortadan qalxması qadınların zəifliyi və qüdrətlərinin əllərindən alınması səbəbi ilə, nə Şərqdə çoxarvadlılıq kişilərin qoluzorlu, qüdrətli və qadınlar üzərindəki hakimiyyəti, nə də Qərbdə bu məsələnin (çoxarvadlılığın) həyata keçirilməməsi qüdrət və kişi ilə qadınların bərabər hüquqlara malik olması ilə gerçəkləşməmişdir.



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin