Hәr on ingiltәrәlidәn biri...
25/09/1338-ci il (hixri-qəməri) tarixli məlumatlarda “Hər on ingiltərəldən biri haramzadədir” başlığı altında belə yazılmışdı:
“On altı dekabr, London, Fransa “Roter” informasiya agentliyi, London şəhər tibb işçisi doktor J.A.Skatın dediklərin əsasən, İngiltərənin London şəhərində keçən il dünyaya gələn hər on uşaqdan birinin qeyri-qanuni olduğunu bildirir. Doktor Skat qeyri-qanuni və qeyri-şəri uşaqların doğum sayının getdikcə artmaqda olduğunu və 1957-ci ildə otuz üç min səkkiz yüz əlli səkkiz nəfər təşkil edirdisə, bu rəqəmin sonrakı ildə əlli üç min dörd yüz otuz üç nəfərə çatdığını qeyd etmişdir.”
İngiltərə xalqı Rasselin irəli sürdüyü təklifin qanuni formada həyata keçirilməsinin intizarında olmazdan öncə, bu məsələ və problemi yuxarıda qeyd edildiyi kimi, öz aralarında həll etdi.
Çoxarvadlılığa mane olmaq vә hәmcinsbazlığın yayılması rәvadırmı?
İngiltərə dövləti tamamilə Rassel nəzəriyyəsinin əksinə əməl etdi. Subay qadınların vəzifə və məsuliyyətini aydınlaşdırmaq və onlar üçün hansısa hüquqları kişilərin vücudunda müəyyən etmək yerinə, İngiltərə hökuməti qadınların kişilərdən tamamilə məhrum olması ilə nəticələnən bir iş gördü. Əvvəlki həftədə “həmcinsbazlıq” qanunun qəbul edilməsi ilə bağlı məsələni sona çatdırdı.
səh:319
14/04/1346-cı il (hicri-qəməri) tarixində “Məlumat” qəzeti belə bir informasiya verdi: “İngiltərənin Lordlar palatası “həmcinsbazlıq” qanununu iki cələsədə qəbul etdi. İlkin olaraq İngiltərə avamlar məclisinə göndərilən bu qanun tez bir zamanda Britaniya kraliçəsi (şahzadəsi) ikinci Yelizaveta tərəfindən dəstəkləndi.”
Hal-hazırda İngiltərədə çoxarvadlılıq qadağan olunmuş və həmcinsbazlıq isə geniş yayılmışdır. Bu camaatın nəzərində, əgər kişi qadının üstünə günü (ikinci bir arvad) gətirərsə, qəbul olunası deyil, sanki o, insanlığa sığışmayan bir iş görmüşdür, amma kişi cinsindən olan bir günü gətirsə, bu zaman, insani, şərafətli və XX əsrin tələblərinə uyğun olan bir iş görmüşdür. Başqa bir ifadə ilə desək, İngiltərənin nikah qanunları və məsələni həll edənlərinə görə, əgər gününün bığ və saqqalı olsa, çoxarvadlılığın heç bir maneəsi yoxdur.
“Qərb ailə problem və çətinlikləri, həmçinin, cinsi məsələləri həll etmişdir, biz də gərək onların “məsələnin həlli üslubu”ndan istifadə edək” - deyilən zaman, yuxarıda söylədiyimiz həll yolu nəzərdə tutulmalıdır.
Bu cür məsələlər mənim üçün o qədər də təəccüb doğurmur. Ailə və cinsi problemlərin həlli ilə bağlı tutduğu bu mövqe ilə Qərbin nəticəsi bundan başqa, bir nəticəyə çatmayacaqdı. Əgər bundan başqa bir nəticəyə çatsaydılar, onda təəccüblənməyə ehtiyac vardı.
Həqiqətdə, məni heyrətə salan məsələ budur ki, nə üçün bizim camaatımız öz məntiqlərini əldən verir?! Nə üçün bizim bugünkü ali təhsilli gənc və cavanlarımız hadisələri düzgün təhlil və dərketmə qabiliyyətinə çox az malikdirlər?! Görəsən, niyə öz şəxsiyyətlərini əldən verirlər?! Nə üçün əllərində ləl-cəvahir olduğu zaman əgər dünyanın o tayındakı camaat “sizin əlinizdəki qozdur” - deyərsə, ona inanır və əllərindəkini bir kənara tullayırlar?! Amma əcnəbilərin əlində bir qozu gördükləri və onlara “sizin əlinizdəki ləl-cəvahiratdır” - dedikləri zaman, görəsən, onlar buna inanır və söz onların ağıllarına batırmı?!
səh:320
Görәsәn, kişinin tәbiәt vә fitrәti neçә zövcәyә meyillidir?
Bəlkə də, Qərb cəmiyyətinin filosof və psixoloqlarının “kişi təbiət baxımından bir neçə zövcəyə meyilli yaradıldığını və biz zövcəyə malik olmanın onun təbiətinə zidd və müxalif olması” barəsindəki bir əqidəyə sahib olduğunu eşitdiyiniz zaman, çox təəccüb edəcəksiniz.
Vil Dorant “Fəlsəfənin ləzzətləri” adlı əsərinin doxsan birinci səhifəsində bugünkü cəmiyyətdə cinsi məsələlər baxımından əxlaqi pozğunluqların olması mövzusunu şərh etdikdən sonra belə yazır: “Şübhəsiz, bu əxlaqi pozğunluqların çoxu kişinin təbiəti ilə əlaqədar olan bir qadınla kifayətlənməmək kimi “islah olunmaz əlaqələr”in nəticəsində yaranmışdır. Kişi zatən bir neçə zövcənin olmasına meyillidir və fəqət ən güclü əxlaqi normalar, münasib mizanlı çətin iş və fəqirlik, həmçinin, zövcənin daimi nəzarəti kimi məsələlər kişini bir zövcə ilə kifayətlənməyə məcbur edə bilər.”
“Günün qadını” jurnalının yüz on ikinci sayında “Görəsən, kişi xəyanətkardırmı?” adı altında belə yazılmışdı:
“Almaniyalı professor Eşmid demişdir: “...Tarixlər boyu kişi xəyanətkar olmuş və qadın da onun xəyanətini izləmişdir. Orta əsrlərdə də dəlil və sübutlara əsaslanaraq doxsan faiz cavanların dəfələrlə öz rəfiqələrini əvəz edərək dəyişdiyini və əlli faiz evli kişilərin də öz qadınlarına xəyanət etdiyini söyləyə bilərik. “Məşhur Amerika tədqiqatçısı Robert Kenzi öz qeydlərində - həmin qeydlər “Kenzinin raportları” adı ilə tanınır - yazır: “Amerikalı kişi və qadınlar bir-birinə xəyanət etməkdə dünyanın digər xalqlarını geridə qoyaraq ötüb keçmişlər...Kenzi qeydlərinin digər qismində də qadınların kişilərdən fərqli olaraq ləzzət və eşqbazlıq ardınca olmağa nifrət etdiyini yazmışdır. Bu səbəbdən, o, bəzən kişilərin rəftarlarından baş aça bilmir. Amma kişilər ləzzət axtarışını bir macəra kimi dəyərləndirərək bu yolu aya çıxmaqdan da asan şəkildə gedir. Onun nəzərində, mühüm olan ruhi və mənəvi ləzzətlər deyil, cismi ləzzətlərdir. Kişinin özünü ruhi və atifi msələlərə meyilli kimi göstərməsi onun cismi ləzzətlərin dərki üçün fürsət əldə etmədiyi zamana
səh:321
qədərdir. Günlərin birində tanınmış həkimlərdən biri mənə dedi ki, kişinin poliqam (dəyişiklik sevmək və sayca çoxluğa meylin olması) və qadının monoqam (inhisarçı və birinə meylliliyi) olması təbii məsələlərdən hesab edilir, çünki kişilərin toxumluğunda milyonlarla sprermatozoidlər əmələ gəlir, halbuki, qadın cinsi baxımdan hazır olduğunda, ondan bir dənə də olsun hücüeyrə belə, yaranmır.”
Kenzinin nəzəriyyəsini bir kənara qoyaraq özümüzdən soruşa bilərik ki, kişinin vəfalı və sadiq ola bilməsi çətin bir məsələdirmi?
Fransalı Henri De Monterlan bu sualın cavabında yazmışdır: “Kişinin vəfalı və sadiq olması çətin bir məsələ deyil, əksinə qeyri-mümkündür. Bir qadın bir kişi üçün, amma bir kişi yaşamaq və bütün qadınlar üçün xəlq edilmişdir. Əgər kişi öz qadınına xəyanət edirsə, bu, onun öz təqsiri üzündən deyil. Təbiət və xilqətin təqsiridir, çünki bütün xəyanət amillərinin kişinin vücudunda yerləşdirmişdir.”
“Günün qadını” jurnalının yüz iyirminci sayında “Fransasayağı eşq və evlilik” adı ilə nəşr edilən məqalədə yazılır: “Fransalı ər və arvad vəfasızlıq məsələsini öz aralarında həll edərək onun üçün müəyyən hədd və hüdudlar nəzərdə tutmuşlar. Əgər kişi bu qanun və qaydalar sərhədini aşmasa, onun əməllərinin heç bir əhəmiyyəti yoxdur. Görəsən, iki illik evlilik müddətindən sonra kişi vəfadar qala bilərmi? Qəti şəkildə “xeyr” - deyə cavab verə bilərik, çünki bu, onun təbiətinə ziddir. Amma qadınlar barəsində xoşbəxtlikdən, onların bu sahədə kişilərdn fərqləndiyini və özlərinin də həmin məsələdən agah olduğunu deyə bilərik.
Fransada hansısa bir kişi qadınına xəyanət edərsə, qadın bu məsələdən əsəbləşməz və narazılığını bildirməz, çünki qadın özünə belə təsəlli verir: “O, öz cismini başqa qadının yanına aparmışdır, onun ruh və qəlbi isə mənə aiddir.”
Bir neçə il əvvəl həmin zəminədə ekologiya sahəsində professor olan Rassel Li adlı bir şəxsin “Keyhan” qəzetində nəzəriyyələri çap edilmiş və bir müddət iranlı yazıçı və ziyalıların müzakirə mərkəzində olmuşdur. Rassel Linin etiqadına görə,
səh:322
kişilərin bir qadınla kifayətlənməsi gələcək nəsillər üçün kəmiyyət cəhətdən deyil, keyfiyyət cəhətdən xəyanət hesab edilir. Çünki bir qadınla kifayətlənmək kişinin nəslini zəiflədir. Bir neçə qadına malik olduqda insanın nəsli güclü və qüdrətli olur.
Bizim etiqadımıza əsasən, məsələnin kişi təbiəti ilə əlaqələndirilməsi heç də düzgün deyil. Bu cür mütəfəkkirlərə belə bir əqidədə olmaq üçün ilham verən şey həqiqətdə, kişinin təbiəti deyil, ictimai mühitin xüsusi vəziyyəti olmuşdur.
Əlbəttə, biz kişi və qadının ekoloji və psixoloji cəhətdən eyni xüsusiyyətlərə malik olduğunu iddia etmirik. Əksinə, biz kişi və qadın arasında ekoloji və psixoloji baxımdan fərqlərin olduğunu və xilqətin bu fərqlilikdə müəyyən bir hədəfi nəzərdə tutduğu etiqadına malikik. Bu səbəbdən kişi və qadının insanlıq hüquqlarını onların hüquq bərabərliyi və bənzərliyinə bəhanə etmək olmaz. Bir zövcəyə malik olmaq məsələsində də qəti olaraq kişi və qadın fərqli ruhiyyəyə sahibdir.
Qadın təbiətən ərinin bir nəfər olmasına meyillidir. Çoxlu ərə sahib olmaq onun ruhiyyəsi ilə ziddir. Qadının ərinə olan tələbatının ödənilməsi bir neçə ərə sahib olmaq məsələsi ilə düz və uyğun gəlmir.
Amma kişi təbiətən bir zövcəyə meyilli deyil, bu mənada ki, bir neçə qadına sahib olmaq onun ruhiyyəsi ilə ziddiyyət təşkil etmir. Kişinin qadın vücudu ilə bağlı güddüyü təmməna bir neçə zövcənin olması ilə uyğun gəlir və bu məsələdə heç bir maneə yoxdur.
Biz kişi təbiətinin bir zövcə ilə uyğun gəlməməsi ilə bağlı əqidəyə müxalifik. Biz kişinin dəyişiklik və qadına meylinin islah olunmaz olması fikrini inkar edirik. Eyni zamanda, biz kişinin vəfadar və sadiq olmasının qeyri-mümkünlüyünü və bir qadının bir kişi, bir kişinin isə bütün qadınlar üçün yaradıldığını deyənlərlə razılaşmırıq.
Bizim etiqadımıza əsasən, kişilərdəki xəyanət amillərini təbiət və xilqət deyil, ictimai mühit meydana gətirir. Kişinin etdiyi xəyanətin məsuliyyətlisi xilqət yox, ictimai mühitdir. Xəyanət amillərini bir tərəfdən, qadının yad kişiləri yoldan
səh:323
çıxarmaq üçün təşviq edən və min bir hiylə ilə onu azdırmağa çalışmaqda əlindən gələni əsirgəməməsinə səbəb olan və digər tərəfdən də, evlənməyə ehtiyac duyan və hazır olan yüzlərlə, bəlkə də, minlərlə qadını “evliliyin yeganə qanuni və rəsmi formasını bir zövcənin olması təşkil edir” bəhanəsi ilə bu haqdan məhrum edən və qadınları kişilərin yoldan çıxarılması üçün cəmiyyətə təqdim edən mühit yaradır.
İslami ölkələrdə Qərb adət və ənənələri yayılmazdan öncə, kişilərin doxsan faizi həqiqətən də, bir zövcəyə malik idilər. Onlar nə birdən artıq zövcəyə malik olmuş, nə də başlarını məşuqə və digər qadınlarla qatmışlar. Bu mənada olan evlilik islami ölkələrdə ailələrə hakim olan bir məsələ olmuşdur.
Dostları ilə paylaş: |