Evliliyә hazır olan qadınların sayca evliliyә hazır...
Evliliyә hazır olan qadınların sayca evliliyә hazır kişilәrdәn çox olmasının sәbәblәri
Görəsən, bu məsələyə səbəb nədir? Qız uşaqlarının dünyaya gəlməsi oğlan uşaqlarının doğulmasından az olmasına baxmayaraq, nə üçün evliliyə hazır və yetkin qadınlar sayca kişilərdən çoxdurlar?
səh:312
Bu məsələnin səbəbləri aydındır. Kişi cinsinin tələfat və aradan getməsi qadınlara nisbətdə daha artıqdır. Eyni zamanda, bu cür itkilər kişilərin ailə başçısı olmalı olduqları vaxtlarda baş vermişdir. Əgər müharibə, zəlzələ, boğulmalar, uçqunlar altında qalmalar, qəzalar və s kimi müəyyən hadisələr səbəbi ilə qarşıya çıxan ölüm hallarına azacıq da olsa diqqət etsək, həmin hadisələrdə daha çox kişi cinsinin tələf olduğunu müşahidə edərik. Onlar arasında qadın cinsinin olması daha az nəzərə çarpır. İstər insanın insanla, istərsə də insanın təbiətlə bağlı apardığı mübarizələrdə, adətən, tələfat kişi cinsinə dəymiş olur.
Bis təkcə tarixlər boyu bir gün də olsun belə, dünyanın əksər məntəqəsinin müharibələrsiz ötüşmədiyinə nəzər salsaq, bu, kişilərin nə üçün itkilərə məruz qaldığını və kişi ilə qadın arasında evlilik yaşındakı tarazlıq və mizanın pozulduğunu anlamağımıza kifayət edər. Sənaye hərəkatı əsrindəki müharibələrdə baş verən kişilərin tələfat və itkisi ovçuluq və əkinçilik zamanında baş verənlərin yüz qatı və bərabəridir. Son iki dünya müharibəsi illərində kişilərə dəyən tələfat - yetmiş milyon nəfərə yaxın kişi öldürülmüşdü - neçə-neçə əsr ərzində bəşəriyyətə üz verən tələfatlara bərabərdir. Əgər siz son bir neçə il ərzində yaxın və uzaq Şərqdə baş verən və Afrikada isə hələ də davam etməkdə olan mətnəqə müharibələrinə diqqət etsəniz, bizim iddia etdiklərimizi təsdiq edəcəksiniz.
Vil Dorant yazır: “Çoxarvadlılıq ilə bağlı adətlərin aradan qalxmasında bir neçə amil təsirli olmuş və dəxalət etmişdir. Sabit şəkildə olan əkinçilik məşğuliyyəti kişilərin həyatındakı çətinlikləri azaltmış və xətərlər nisbətən aradan qaldırılmışdı. Bu səbəbdən də, kişi və qadınların sayı, təqribən, bir-biri ilə bərabərləşmişdi.”
Vil Dorantın bu cür sözləri qeyd etməsi insanda təəccüb doğurur. Əgər kişilərin tələfat və itkisini sadəcə təbiətlə mübarizə ilə əlaqələndirsək, əlbəttə, ovçuluq zamanındakı tələfatla əkinçilik zamannındakı tələfatlar arasında müəyyən fərqlər meydana gələcək. Halbuki, kişilərin itkisinə daha çox müharibələr səbəb olmuşdur ki, bu da əkinçilik dövrlərində heç də ovçuluqdan az olmamışdır. Eyni zamanda, kişilər həmişə
səh:313
qadınları öz himayəsinə götürmüş, çətin və ölüm təhlükəsi olan işlərlə özü məşğul olmuşdur. Ovçuluq zamanında kişi və qadın arasında mövcud olmayan bu cür tarazlıq, eynilə əkinçilik zamanında da var idi. Vil Dorant kişi və qadın arasındakı say tarazlığının açıq-aşkar pozulduğu müşahidə edilən maşınlı sənaye və texniki inkişafla bağlı bir kəlmə də olsun danışmır.
Xәstәliklәr müqabilindә qadının daha çox müqavimәtli olması
Kişi cinsinin qadın cinsinə nisbətdə daha çox tələf olmasına səbəb olan digər bir amil son zamanlarda elm sayəsində kəşf edilən “qadının xəstəliklər müqabilində müqavimətinin kişidən daha çox olması” amilidir ki, bunun nəticəsində, kişilər xəstəliklər vasitəsi ilə daha çox tələf olurlar.
“Məlumat” qəzitində hicri-qəməri min üç yüz otuz beşinci ildə belə yazılmışdı: “Fransa statistik məlumatlar bürosu orada dünyaya gələn oğlan uşaqlarının qız uşaqlarının sayından çox olmasına və hər yüz qız uşağına nisbətdə yüz beş oğlan uşağının doğulmasına baxmayaraq, ölkədəki qadınların sayının kişilərdən bir milyon yeddi yüz altmış beş min nəfər çox olduğunu bildirmiş və bunun səbəbi kimi, qadın cinsinin kişilərdən fərqli olaraq xəstəliklər müqabilində daha çox müqavimət göstərə bilməsini vurğulamışlar.”
Min üç yüz otuz altıncı ildə (hicri-qəməri) nəşr eilmiş “Söz” jurnalının on birinci sayında “Siyasət və cəmiyyətdə qadın” başlığı altında Yuneskonun aylıq nəşr edilən jurnallarından doktor Zəhra Xanlerinin vasitəsi ilə bir məqalə tərcümə edilərək dərc olunmuşdu. Həmin məqalədə Eşli Montaqodan belə nəql edilmişdi: “Elmi cəhətdən kişinin təbiəti qadın təbiətindən fərqlərə malikdir. Qadına məxsus olan X xromosomları kişiyə mənsub Y xromosomlarından daha qüvvətlidir. Bu səbəbdən, qadının ömrü kişi ömründən daha uzun, qadın ömrünün orta həddi kişininkindən daha çoxdur və ümumi halda, qadın kişidən daha sağlam, əksər xəstəliklər müqabilində də kişiyə nisbətdə daha müqavimətlidir. Əksər halda qadınlar çox tez müalicə
səh:314
olunurlar. Bir alkolik qadın müqabilində beş alkolik kişi dayanır. Bir kürən qadına nisbətdə on altı kürən kişinin olduğu deyilə bilər. İstiqanlılıq (stress) kişilərə məxsusdur və qadınlar hadisələr müqabilində soyuqqanlı və müqavimətlidirlər. Son zamanlarda baş verən müharibələrdə qadınların kişilərdən daha çox mühasirə və zindan həyatına dözə və tab gətirə bildiyi müəyyən edilmişdir. Bütün ölkələrdə intiharın kişilər arasındakı sayı, təqribən, qadınlar arasındakının üç bərabəridir. ”
Eşli Montaqonun qadınların xəstəliklər müqabilində daha çox müqavimət göstərə bilməsi ilə əlaqədar nəzəriyyələri sonralar “Qadın - ən üstün cins (varlıq)” adlı kitabında toplanmış və Hisamuddin İmami tərəfindən tərcümə edilərək “Günün qadını” jurnalının yetmişinci sayında dərc edilmişdir.
Qadınların xəstəliklər müqabilindəki daha çox müqavimət göstərə bilmək qabiliyyəti (fərziyyəsini) bir gün kişilərin qüdrət toplayaraq onlardan intiqam almaq istəməsi, qadınları çətin və ölüm təhlükəsi olan işlərə, xüsusən də, onları döyüş meydanlarına apara və zərif vücudunu top-tüfəng və bomba partlayışlarının mərkəzində yerləşdirərək onları bu hissi duymağa vadar etməsinə səbəb olmasını söyləmək və bir daha qadınların xəstəlik qarşısında müqavimətini bildirməklə kişi və qadının sayı arasındakı tarazlıq qorunub saxlanıla bilməyəcək.
Bunların evliliyə hazır olan qadınların kişilər üzərindəki nisbi say çoxluğunu demək üçün ilkin müqəddimə olduğunu qeyd edirik. Deməli, belə bir həqiqətin varlığı və onun yaranma səbəbləri və həmin səbəblərin tarixlər boyu və indiyə qədər də mövcud olduğu məlum oldu.
Dostları ilə paylaş: |