Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,49 Mb.
səhifə1/69
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#107675
  1   2   3   4   5   6   7   8   9   ...   69


Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana

İbrahim xanı taxtdan salıb, Qarabağda erməni əyaləti düzəltməli...



Y.V.Çəmənzəminlinin “İki od arasında” adlı romanı əsasında virtual icmal
Bakı-2020
ÖN SÖZ
Əziz oxucular! Sizə təqdm olunan “İbrahim xanı taxtdan salıb, Qarabağda erməni əyaləti düzəltməli...” adlı virtual icmal böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” adlı romanı əsasında hazırlanmışdır. Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı əsər ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə işıq üzü görmüşdür.

Vəsaitin hazırlanmasında məqsəd oxucuları əsərin əsas süjet xəttini təşkil edən Qarabağ xanlığının yaranması, Qarabağ xanlığının ürəyi olan Şuşa qalasının salınması, bu xanlığı yaradan uzaqgörən və qüvvətli hökmdarların yürütdükləri siyasət, Azərbaycan uğrunda Rusiya və İran arasında gedən mübarizədən, ən əsası isə bu mübarizədən istifadə edən, Azərbaycanı iki od arasında qoyan erməni məkrliyi və onun tarixi haqqında söhbət açan, bu məsələləri özündə əks etdirən ədəbiyyatı oxuculara təqdim etməkdir.

Vəsaitdə sadalanan mövzular romanda baş verən hadisələrin əsasında üzə çıxarılır və tarixi şahidlər və sənədlərin vasitəsilə təhlil və təsdiq olunur. Əsər və onun süjet xəttnə edilən əlavələr bir daha təsdiq edir ki, Azərbaycanda hər daşın altından bir ermən çıxaraq bu ölkən əsarətə və məhvə sürükləmşdirlər.

Şuşa və Qarabağın, ümumilkdə isə Azərbaycanın ermənilərə heç bir aidyyəti olmadığını, onların özgə torpaqlarında dövlət qurmaq arzuları ilə yaşadıqlarını, yersiz gəldi yerli qaç iddiasında olduqlarını həm əsərindən istifadə olunan erməni yazıçısı Raffinin özü (“Xəmsə məliklikləri”), həm də Azərbaycanın XIX əsrdə yaşamış və bu dövrdə baş vermş hadisələrin şahidi olmuş maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri, tanınmış fransız yazıçısı Aleksandr Dümanın (ata) əsəri təsdiqləyir.

Oxucular virtual icmalda həmn müəllflərin əsərlərinin pdf formalarını Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminn Mərkəzi Kitabxanasında fəaliyyət göstərən sabailabonement.az@mail.ru elektron ünvanına müraciət etməklə əldə edə bilərlər.

Tərtibçi:

CƏMİLƏ SƏMƏDOVA

(Kitabxana-biblioqrafiya proseslərinin avtomatlatlaşdırılması şöbəsinin müdiri)





BİRİNCİ HİSSƏ

1.Dan yеri sökülürdü. Bağrıqanın arxasından başlayaraq göyün üzünə tutqun şəfəq çəkilmişdi. Havada xəfif bir sazaq var idisə də yazın ağacları оyadan ilk yеli bu sazağa bir xоşluq vеrirdi. Ətrafda xоruzlar banlaşır; bazardan yuxusuz darğa şagirdlərinin kal səsləri səhərin sükutunu pоzaraq kədər saçırdı. Bir şaqqıltı еşidildi: sarayın darvazası açıldı, оrada qaraltılar səyrişdi, cəsarətsiz qırıq səslər gəldi. Çоx çəkmədi ki, bir nеçə adam içəridən dışarıya dоğru səpildi, arxadan atlılar görünməyə başladı. Cilоvdarlar atların başından yapışıb, aramla yürüyür, nökərlər, zinpuşçular, məaflar (Vеrgidən azad еdilmiş nökərlər) оnları izləyirdilər. Qafilə bir az irəliləyib sağ tərəfə, qala qapısına dоğru döndü... Qapının səkilərində bir sıra kеşikçi durub, əllərini döşlərinə qоyaraq intizarla qafiləni gözləyirdi. Bunların içərisində yapıncılı ləzgi və qumuq, Cavanşir еlinə mənsub sallaq bığlı, qоlsuz kürklü atıcılar var idi. Qılınc və xəncərlərin gümüş qəbzələri, tüfənglərin bəndləri sönük parıltı saçırdı.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin