İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə30/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   110
Pedaqoji mədəniyyətin cəmiyyətin həyatındakı xüsusi rolu da, maddi və mənəvi mədəniyyətlər arasında körpü rolunu oynaması, onların bir-birinə qarşılıqlı təsirini reallaşdırmasıdır.

Yaşlı, müəyyən təcrübəyə yiyələnmiş insanlar uşaqları artıq mövcud biliklər sistemi ilə silahlandırmağa məcburdurlar. Bu öyrətmə prosesi bilavasitə əmək fəaliyyəti prosesində baş verir və cəmiyyətin praktik tələbatından asılı olur. Öyrətmənin nəticəsi yeni tələbatlar yaratdığından maddi mədəniyyətin inkişafı təmin edilmiş olur.

Ölkədə pedaqoji fikrin nailiyyətlərini, kütlələrin pedaqoji maariflənmə səviyyəsini, böyüyən nəslin tərbiyəsi işinin vəziyyətini, həmçinin vətəndaşların fərdi pedaqoji mədəniyyətini özündə birləşdirən ümumxalq pedaqoji mədəniyyəti ictimai inkişafın konkret səviyyəsini əks etdirir. Buna görə də daha demokratik quruluşa malik olan ölkələrdə xalqın pedaqoji mədəniyyət səviyyəsi də yüksək olur. Pedaqoji mədəniyyətin çiçəklənməsinin ciddi stimullarından biri xalqın tərbiyəetmə ənənələrinə diqqətin artmasıdır. Xalq pedaqo­gikası tərbiyəetmə sənəti kimi, təcrübəsi kimi meydana çıxmışdır. O, elmi pedaqo­gika­dan qədimdir, həmişə bu pedaqogikanı zənginləşdirir və bu yolla özü də zənginləşir, inkişaf edir. Beləliklə də pedaqoji mədəniyyətin bir növ, geniş təkrar istehsalı baş verir. Bu cür qarşılıqlı təsir xalqın pedaqoji mədəniyyətini və ümumilikdə cəmiyyətin inkişafını təmin etmiş olur.

Bəşəriyyətin inkişafının ilk dövrlərində tərbiyə işi, nisbətən, sadə, pedaqoji bilik, bacarıq və vərdişlər isə məhdud olmuşdur. Belə ki, insanlar yaşamaq və cəmiyyəti inkişaf etdirməkdən ötrü müxtəlif maddi nemətlər istehsal etməyə məcburdurlar. Həmin nemətləri istehsal etmək üçün əsas fəaliyyət sahəsi əmək prosesi olduğundan, onlar istər-istəməz işləməli, zəhmət çəkməli, əmək alətlərinə və əmək proseslərinə dair zəruri bacarıq və vərdişlərə yiyələnməli idilər. Bu prosesdə insanlar müvafiq təcrübələr qazanırdılar.

Tərbiyə işinin mahiyyəti də yaşlı nəslin əmək fəaliyyəti prosesində əldə etdiyi həmin sadə təcrübə, bilik, bacarıq və vərdişləri uşaqlara aşılamaqdan ibarət olmuşdur.

Ancaq zaman keçdikcə, insanların bilik dairəsi genişlənir, həyat təcrübəsi artır, mədəni səviyyəsi yüksəlir, dünyagörüşləri genişlənir. Bütün bunlarla əlaqədar olaraq pedaqoji mədəniyyət də yüksəlir.

İctimai həyatın müxtəlif sahələri üzrə insanların əldə etdikləri maddi mədəniyyət nümunələri çoxaldıqca, onlar haqda biliklər artdıqca bu təcrübəni yeni nəslə çatdırmaq işi də mürəkkəbləşirdi. Tərbiyə vermək kütləvilikdən, sistemsizlikdən çıxıb, xüsusi ustalıq tələb edən peşəyə çevrilməyə başladı. Maddi və mənəvi mədəniyyətin elə bir inkişaf səviyyəsi meydana çıxdı ki, onların qarşılıqlı əlaqəsini və beləliklə də cəmiyyətin sürətli inkişafını təmin edə biləcək pedaqoji mədəniyyətin elmi əsaslar üzərində qurulması labüdləşdi. Beləliklə, elmi pedaqogika meydana gəldi.





Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin