T. eichleri növünün generativ fərdlərinin morfometrik səciyəsi
(Şamaxı rayonu, Mərzəndiyə kəndi)
Göstərici (sm)
|
1 №-li sınaq sahəsi
|
2 №-li sınaq sahəsi
|
3 №-li sınaq sahəsi
|
Bitkinin hündürlüyü
|
17.3±0.80
|
15.5±0.70
|
13.6±0.50
|
Yarpaqların sayı
|
3
|
3
|
2
|
Yarpaqların uzunluğu
|
10.5±0.42
|
8.1±0.30
|
6.8±0.14
|
Yarpaqların eni
|
3.6±0,11
|
2.7±0.20
|
2.5±0.18
|
Çiçəyin hündürlüyü
daxili ləçək
xarici ləçək
|
6.3± 0.47
5.2х4.1
5.3х4.3
|
5.1± 0.31
4.6х2.4
4.8х2.8
|
4.6±0.20
3.7х2.8
4.1х3.4
|
Cədvəldən göründüyü kimi 1 №-li sınaq sahəsində əkin sahəsindən kənarda, yamacda yerləşən bitkilər antropogen təsirə nisbətən az məruz qaldığlna görə çiçək tacının, gövdəsinin hündürlüyünün, yarpaqların uzunluğunun morfometrik göstəriciləri nisbətən yüksəkdir. 2 №-li sınaq sahəsindəki göstəricilərin azalması əkin sahəsinin kənarındakı bitkilərin əhalinin təsərrüfat fəaliyyəti zamanı ciddi təzyiqə məruz qalaraq bir qədər zəif inkişaf etdiyini göstərir. Otlaq və biçin üçün istifadə edilən 3 №-li sınaq sahəsində təsadüf olunan bitkilər isə vegetativ orqanları-nın ölçülərinin nisbətən kiçik olması ilə fərqlənir. T. eichleri növünün ayrı-ayrı fərdlərində yarpaqların uzunluğu 7,5 sm-dən 22,5 sm-ə qədər, eni 1,3-dən 4.1-ə qədər dəyişir. Bitkilərin hündürlüyü 13 sm-dən 24.5 sm-ə qədər dəyişir. Nadir hallarda 32-36 sm hündürlükdə fərdlərə təsadüf ediir.
Monitorinq zamanı antropogen amilin gücləndiyi sahələrdə populyasiya daxili növmüxtəlifliyinin azalmağa doğru meylliliyi aşkar edilmişdir. Mərzəndiyə kəndi yaxınlığındakı populya-siyada eyxler dağlaləsinin çiçəyinin rəngi qızılı zolaqlı açıq qırmızı rəngli olduğu halda, Cəyirli kəndi yaxınlığında bitkinin al qırmızı rəngli çiçəklərində qızılı zolaq müşahidə olunmur. Burada-kı bitkilərin çiçəyinin diametri nisbətən iri olub, 4,5-6,2 sm arasında dəyişir. Növün yarpaqlarının uc hissəsi bəzi fərdlərdə tükcüklü, digərlərində hamardır. Çiçəklərinin daxili ləçəklərinin kənarı əsasən ellipsvari olsa da, əkin sahəsində itikənarlı daxili ləçəkləri olan növmüxtəlifliklərinə rast gəlmək olur. Çiçək tacinda ləçəklərin qaidəsində olan sarı haşiyənin rəngi bozumtul qaraya qədər dəyişilir. Toxunulmayan yamaclarla müqayisədə antropogen təsir altında olan sahələrdə növmüxtəlifliyinin və bitkilərin sayının ildən ilə azalması populyasiyanın davamlılığına güclü təsir göstərir. Eyni zamanda ontogenezin yetkinlik həddinə çatmamış fərdlərin otarma zamanı məhv edilməsi, generativ fərdlərin isə çiçəkləmə dövründə toplanması populyasiyanın özunubərpa qabiliyyətini zəiflədir, bitkilərin habitusunda müəyyən dəyişikliklərə səbəb olur (cədvəl 2).
Cədvəl 2
T. eichleri növünün müşahidə illəri üzrə inkişaf göstəriciləri
(Şamaxı rayonu, Mərzəndiyə kəndi)
-
Müşahidə illəri
|
Gövdəsinin hündürlüyü,
Sm
|
Yarpaq,
sm
|
Çiçəkyanlığı ləçəkləri, sm
|
Erkəkciyin uzunluğu, sm
|
Qutucuğun hündürlüyüsm
|
daxili
|
xarici
|
2007
|
15.5
|
12.5х3.1
|
5х3.1
|
5.1х3. 3
|
1.3
|
3.5
|
2008
|
15.2
|
12.3х2.8
|
4.6х2.4
|
4.7х2.9
|
1.1
|
3.3
|
2009
|
14.3
|
11.6х2.6
|
4.3х2.1
|
4.6х2.6
|
0.8
|
3.0
|
2010
|
13.9
|
8.6х2.5
|
4.2х2.6
|
4.8х3.1
|
0.8
|
2.9
|
2011
|
13.6
|
6.8х2.5
|
3.7х2.8
|
4.1х3.4
|
0.7
|
2.8
|
Cədvəldə göstərildiyi kimi son beş illik müşahidələr zamanı öyrənilən ərazidə daha çox antropogen təsirə məruz qalan bitki qruplaşmasında T. eichleri növünün vegetativ orqanlarının ölçüləri ildən-ilə azalmışdır. Bitkilərin gövdəsinin hündürlüyü, yarpaqlarının uzunluğu, çiçəkyanlığı ləçəklərinin, erkəkciklərin, qutucuğun uzunluğu əvvəlki illərlə müqayisədə nisbətən aşağıdır. Eyni zamanda populyasiya daxili növmüxtəlifliyinin azalması da müşahidə olunur. İnsanın təsərrüfat fəaliyyətinin təsiri gücləndikcə populyasiyada bitkilərin normal inkişafı zəifləyir, toxum məhsuldarlığı aşağı düşür. Bəzi fərdlərdə mutasiya halları, yəni ləçəklərin sayının artması, vegetativ orqanların anormal inkişafı müşahidə olunur. Coğrafi landşaftın təsərrüfat məqsədləri üçün istifadəsi nəticəsində çox sürətlə dəyişməsi bitkilərin şəraitə adapta-siya imkanlarını xeyli zəiflədir. Müşahidələr və təcrübə göstərir ki, ontogenezin bütün mərhələlərinin təmsil olunduğu populyasiyalar daha davamlıdır [7]. Vegetativ fərdlərin antropogen təzyiq altında sıradan çıxması növün özünübərpa qabiliyyyətinin aşağı düşməsinə səbəb olur.
Nəsli kəsilməkdə olan T. eichleri Şahdağ Milli Parkının ərazisində yayılsa da tədqiqat göstərir ki, nadir növlərin qorunması barədə əhalinin kifayət qədər məlumatı olmadığından ot biçini, mal-qaranın otarılması zamanı., texnogen amillərin təsiri altında və yaxud sadəcə, çiçəklərinin nəzarətsiz toplanması nəticəsində ciddi təhlükə altındadır. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq İttifaq tərəfindən təhlükə altında olan növlərin “Qırmızı siyahısı”nın (Red List of Threatened Species) 2001-ci ildə müəyyəm edilmiş sonuncu versiyasına əsasən növün kateqoriyası müəyyənləşdirilərkən aşağıdakı məlumatlar nəzərə alınmışdır:
T. eichleri – Eyxler dağlaləsi Statusu: EN B2 ab (iii, v)
Endemliyi: Şərqi Qafqaz (Azərbaycan) endemi, lokalitet 3
Yayılması: Şamaxı rayonu Şəhriyar, Mədrəsə qəsəbələri, Mərzəndiyə, Çarhan kəndləri,
Qobustan rayonu Cəyirli, Ərəbşalbaşı, Təklə, Bəklə, Xilmili kəndləri,
Xilədağda, Gicəki dağı, Dəvəçi rayonu Taxtalar və Dağbilici kəndlərinin
ərazisində dağ yamaclarında, əkin sahələri, otlaq və biçənəklər
Populyasiyanın vəziyyəti: Məhv olma təhlükəsi qarşısındadır.
Təhlükə amili: Əkin sahələrinin şümlanması, otlağın tapdanması, çiçəklərin toplanması.
Mədəni şəraitdə təcrübə sahəsində artırılmış eyxler dağlaləsi növündən 9 bitki 2006-cı ildə Mərzəndiyə kəndinin yaxınlığında sayı tükənməkdə olan əraziyə köçürülmüşdür. Müşahidələr göstərir ki, bitkilər normal inkişaf edərək çiçəkləyir və toxum verərək özünübərpa qabiliyyətinə malikdir. İntroduksiya şəraitində artırılan növlərin sayının bərpa edilməsi üçün tükənməkdə olduqları ərazilərə köçürülməsi nadir bitkilərin qorunub saxlanmasında ən effektiv üsullardan biridir. Tədqiqat nəticəsində bitkinin qorunması məqsədilə əkin sahələrinin kənarında, otlaq və biçin sahələrində xəbərdarlıq işarələrinin qoyulması, mikroyasaqlıqların yaradılması təklif edilmişdir.
Dostları ilə paylaş: |