İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə8/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   4   5   6   7   8   9   10   11   ...   102
Açar sözlər: antropogen təsir, Tulipa eichleri Regel, monitorinq, morfometrik göstəricilər.
GIRIŞ
Tulipa eichleri Regel – eyxler dağlaləsi çoxillik soğanaqlı ot bitkisi olub, Zanbaqçiçəklilər (Liliaceae Juss.) fəsiləsinin Dağlaləsi (Tulipa L.) cinsinə aiddir. Bu növə əsasən Qafqazda, Krımda, İranda, Orta Asiyada təsadüf olunur [3]. Şərqi Qafqaz (Azərbaycan) endemi kimi Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmişdir [1]. Azərbaycanda Samur-Dəvəçi ovalı­ğında, Şamaxı, Qobustan, Qazax, Ağstafa, Ağdaş, Göyçay rayonlarında az saylı populyasiyaları vardır. Təbiətdə əsasən aşağı və orta dağ qurşağının quru-otlu yamaclarında, ayrı-ayrı lokalitetlərdə məhdud areallı “adacıqlar” şəklində rast gəlinir.

AMEA Botanika Institutunun herbari fondunda müxtəlif illərdə Dəvəçi rayonunda (Quşçu kəndi, Karyagin, 1940), Ağdaş rayonunda (A.A.Grossheym, 1940), Abşeronda (A.A.Grossheym, 1929), Şamaxı rayonunda (U.K. Abdullayeva, 1966) toplanmış herbari kolleksiyaları saxlanılır.

Müalicəvi xüsusiyyətlərinə görə aparılan tədqiqatlar nəticəsində T.eichleri növündə delfinidi, sianidin və pelarqonidin alkoloidləri aşkar edilmişdir [6]. Bu antosianlar yoluxucu in­fek­sion xəstəliklərə, xərcəng xəstəliyinə qarşı güclü müalicəvi təsirə malikdir. Bəzi digər dağlaləsi növlərində olduğu kimi soğanağında tulipin alkoloidi vardır. Soğanağından hazırlanmış dəmləmələr və cövhər ürək-damar xəstəliklərində ürəyə qüvvətləndirici təsir göstərərək, qədim­dən bəri xalq təbabətində istifadə edilir.

Tədqiqatlar zamanı T.eichleri ölkənin şimal-şərq hissəsində, Şamaxı rayonunun Şəhriyar, Mədrəsə qəsəbələri, Mərzəndiyə, Çarhan kəndləri, Qobustan rayonu Cəyirli, Ərəbşalbaşı, Təklə, Bəklə, Xilmili kəndləri, Xilədağda, Gicəki dağında, Dəvəçi rayonu Taxtalar və Dağbilici kəndlərinin ərazisində dağ yamaclarında, əkin sahələrində, yol kənarında öyrənilmlşdir.



Tədqiqatın aparıldığı ərazidə bitkinin məhdud areallı və az saylı lokalitetləri daim antropo­gen təsirə məruz qaldığına görə təhlükə altındadır. Əsas təhlükə amili bitkilərin yayıldığı ərazilərin təsərrüfat məqsədləri üçün istifadə edilməsidir. Əsasən taxıl zəmiləri, otlaq və bicin yerləri kimi istifadə olunan bu ərazilərdə bitkilər tarixən məskunlaşdığına görə ciddi təsirə məruz qalır [2]. Əkin zəmilərinin kənarında və taxılın arasında bitməkdə davam edən dağlaləsinin soğanaqları 50-60 sm, bəzən 70 sm-ə qədər dərinlikdə yerləşir. Hər il ana soğanağın əvəzedici soğanaqla yeniləşməsi nəticəsində bitkinin eyni yerdə uzun illər ərzində yaşaması davam edir. Lakin ardıcıl aparılan aqrotexniki tədbirlər nəticəsində populyasiyada ontogenezin yuvenilimmerativ yaş mərhələsində olan fərdləri sıxışdırılıb sıradan çıxarılır. Əkin sahələinin şumlan-ması və mal-qaranın otarılması zamanı yetkinlik həddinə çatmamış bitkilərin soğanaqları məhv olur. Əkin sahəsinin kənarında bitən bitkilər isə qızılı-qırmızı rəngli çiçəklərinin dekorativliyinə görə uzaqdan diqqəti cəlb edərək, əhali tərəfindən kütləvi surətdə toplanır. Bu səbəbdən toxumla çoxalan növün ozünübərpa qabiliyyəti zəifləyir. Aparılan çoxillik monitorinqin nəticələri göstərir ki, yalnız yetkin fərdlərin olduğu kiçik lokalitetlər davamsız olub, ildən-ilə bitkilərin sayının və arealının azalması ilə səciyyələnir. Digər tərəfdən mal-qaranın otarılması və biçin prosesində antropogen amilin dolayı təsiri nəticəsində T.eichleri növünün təsadüf edildiyi bitki qruplaşma­sının ikinci tip bitkiliklə, yəni zəhərli alaqlarla əvəz olunması uygunlaşdığı bitki növlərinin itirilməsi ilə müşayət olunur [4].

Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin