İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə10/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   6   7   8   9   10   11   12   13   ...   102
NƏTICƏLƏR VƏ MÜZAKIRƏLƏR
T. eichleri növünün çınqıllı-daşlı, quru yamaclarda inkişafı onun ekstremal iqlim şəraitinə uyğunlaşmasını göstərir. Təbiətdə iqlim şəraitindən asılı olaraq aprel ayının ikinci ongünlüyündən başlayaraq may ayının əvvəlinə kimi 19-20 gün ərzində çiçəkləyir. Əlverişsiz yağmurlu hava şəraitində bitkinin qönçələmə fazası uzanır, çiçəkləməsi isə aprel ayının sonundan may ayının ikinci ongünlüyünə qədər davam edir. Təbiətdə vegetasiya dövrü 120 gündür. May ayının sonunda üç taylı qutucuq meyvəsində toxum əmələ gəlir. Toxumlar tam yetişdikdə qutucuq uc hissədən üç hissəyə bölünərək açılır və toxumlar külək vasitəsilə ətrafa yayılır. Təbii şəraitdə T. eichleri yalnız toxumla çoxalır.

Bitkinin 5-6 qramlıq yumurtaşəkilli soğanaqları 1,5-2 sm diametrində olub, xaricdən boz-qonur rəngli, dərişəkilli pulcuqlarla örtülüdür. Torpaqda 50-60 sm dərinlikdə bitir. Bitkinin gövdəsinin hündürlüyü 35-40 sm-dir. 3-4 ədəd açıq yaşıl rəngli, lansetvari yarpaqlarının uzunluğu 8-20 sm, eni 3 sm-dir. 1 ədəd müntəzəm kasa və ya qədəhəbənzər çiçəyi qızılı-qırmızı rəngdə olub, 6 ellipsvari çiçəkyanlığı ləçəklərindən ibarətdir. Xarici ləçəkləri (4,7х2,9 sm) uzun­sov ellipsvari formalı, uc hissəsi bölümlüdür, itikənarlı daxili ləçəkləri isə (4,2х2,6 sm) uzunsov lansetvaridir. Çiçəkyanlığının ləçəklərinin icəri tərəfində tacşəkilli və ya üç zirvəli, sarı haşiyəli 1,7х0,8 sm ölçüdə qara ləkə vardır. Xarici ləçəklərin icəri tərəfində uzununa 1mm enində qızılı-sarı rəngli ensiz zolaq ləçəyin qaidəsində yaşılımtıl sarı rəngli haşiyəyə keçir. Bozumtul-qəhvəyi rəngli 6 erkəkciyin 1,5-2 sm uzunluqda qara, bəzən sarı rəngli erkəkcik sapı boz-qəhvəyi rəngli tozluqla tamamlanır. Dişicik sütuncuğu 1,5 sm uzunluqda olub, üçtilli ağızcığı vardır. Erkəkcik-lər ləçəklərdən 2 dəfə qısadır. Sarı rəngli üçtaylı qutucuq meyvəsində 0,6-0,8 sm diametrində 90-105 dairəvi toxumlar olur. 1000 ədəd toxumun quru çəkisi 4,8 qramdır.

Qeofit bitkilər qrupuna aid olan T. eichleri növünün həyat tsikli iqlim şəraitinə uyğunlaş­mış qısa müddətli vegetasiya dövründən ibarət olub, təkamül prosesində genomda möhkəmlən­dirilmişdir. Erkən yazda sürətiə inkişaf edən bitkinin vegetasiyası yayın isti günlərinə qədər başa çatır. T. eichleri soğanağı 1 örtük və 2-3 ehtiyat pulcuğundan ibarətdir. Ana soğanaqda aprel ayının ortalarından başlayaraq may ayının əvvəlinə kimi örtük və ehtiyat pulcuqlarının arasındakı bərpaedici tumurcuqda əvəzedici soğanaqların rüşeymi əmələ gəlir. Tədqiqat göstərir ki, yalnız soğanağın mərkəzi pulcuqlarının arasındakı əvəzedici soğanaqların inkişafı sonradan davam edir. Yay dinclik dövründə bitkinin yerüstü hissəsi quruduqdan sonra soğanaqlarda monokarpik zoğun orqanlarının formalaşması prosesi gedir. Bu zaman soğanaqların inkişafında işıq və rütubətdən daha şox temperatur amili xüsusi rol oynayır. Məhz aşağı temperaturun təsiri altında qış dinclik dövründə soğanaqda gələcək orqanların differensiasiyası başa çatır.

Eyxler dağlaləsi təbiətdə taxıllı-müxtəlifotlu orta dağ bozqır formasiyasında adi qaratikan (Palliurus spina-christi Mill.), soviç soğanı (Allium szovitsi Regel), qafqaz gəvəni (Astragalus caucasicus L.), qafqaz kəklikotu (Thymus caucasicus L.), ətirli gülülcə (Lathyrus odoratus L.), adi quşəppəyi (Capsella bursa pastoris L.), qızılı qozqurab (Bongardia chrysogonum L.), yabanı sünbülçiçək (Bellevalia macrobotrys Boiss.), tükcüklü şiyav (Stipa pellita L.) və digər bitkilərlə qruplaşmada bitir. Müşahidələr göstərir ki, edifikator bitki olan yabanı sünbülçiçəyin (Bellevalia macrobotrys Boiss.) soğanaqları eyxler dağlaləsinin soğanaqları ilə eyni dərinlikdə (50 - 70 см) yerləşir.

Tədqiqat apalılan coğrafi relyefin orta mövqeli ərazisində bu nadir növə daha çox yamacların yuxarı hissəsində, nadir hallarda yol kənarında təsadüf edilir. Şamaxı rayonunda Mərzəndiyyə kəndindən 2 km aralı dağ yamacında 2004-2011-ci illər ərzində aparılan moni­toring nəticəsində T. eichleri növünün ayrı-ayrı fərdlərinin morfometrik ölçülərinin fərqləndiyi müşahidə olunmuş­dur. Ərazinin torpaq örtüyü boz-qonur tipli olub, orta rütubətliliyi 25,9±3,72 %-dir. Taxıl bitkiləri ilə rəqabət şəraitində əkin sahəsinin müxtəlif hissəsində təyin edilmiş sınaq sahələrində bitkilərin gövdəsinin hündürlüyü, yarpaqlarının eni və uzunluğu, çiçəyinin hündürlüyü, daxili və xarici ləçəklərinin uzunluğu ölçulərək müqayisəli şəkildə təhlil olunmuşdur (cədvəl 1).

Cədvəl 1



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin