İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences


İnteryerlərin yaşıllaşdırılmasında Səhləblərin tətbiq edilməsi



Yüklə 9,78 Mb.
səhifə47/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   43   44   45   46   47   48   49   50   ...   102
2. İnteryerlərin yaşıllaşdırılmasında Səhləblərin tətbiq edilməsi.

Müasir binaların daxili interyerlərinin yaşıllaşdırılmasında digər tropik və subtropik bitkilərlə yanaşı səhləblərdə xüsusi yer tutur. Son illər dekorativ tropik səhləblərə maraq olduqca artmışdır. Dünyada gülçülük və oranjereya təsərüffatlarında tropik səhləblər geniş surətdə becərilir. Avropa ölkələrində müxtəlif tipli interyerlərin dekorativ tərtibatında bu bitkidən geniş surətdə istifadə edilir. Ancaq Azərbaycanda bu qiymətli və həddindən artıq gözəl bitki gülçülük təsərüfatlarında becərilmir. Bununla əlaqədar olaraq AMEA-nın Mərkəzi Nəbatat Bağında tropik səhləblərin öyrənilməsinə, becərilməsinə və praktikada istifadə edilməsinə xüsusi fikir verilir.

Səhləblər qeyri-adi, orginal çiçəklərinin olmasına görə gül həvəskarları arasında çoxdan populyardır. Onun müxtəlif forma və rəngli çiçəkləri ətirli olur. Səhləblərin digər çiçəkli bitkilərdən üstünlüyü ondadır ki, o uzun müddət (bəzi növləri 3-7 ay fasiləsiz) və əsasən dekabr – fevral ayları çiçəkləyir.

Səhləblər ekoloji və bioloji xüsusiyyətlərinə görə 2 əsas qrupa bölünür – epifitlər və terrestrial (yerüstü) bitkilər. Kulturada terrestrial növlərdən, Calanthe, Cymbidium, epifitlərdən isə Coelogine, Dendrobium, Stanhopea və digərləri ən populyarlarıdır.

Mərkəzi Nəbatat Bağında öyrənilən səhləb növlərindən dekorativ keyfiyyətinə və bioloji xüsusiyyətinə görə ən perspektivliləri bunlardır: Calanthe vestita, Phalaenopsis amabilis, Dendrobium phalaenopsis, Cymbidium hybridum. Bu növləri yüksək dekorativ çiçək və çiçək qrupunun olması, çiçəkləmənin uzun müddəti və kəsilmiş şəkildə çiçəklərinin öz təravətini uzun müddət saxlaması, asan daşına bilməsi, istehsalat şəraitində asan becərilməsi səciyyələndirir.

Yay dövrü otaq şəraitində səhləblərin yerləşdirilməsi üçün ən yaxşı yer şərq tərəfdə yerləşən pəncərələrdir. Bu zaman günəş şüaları bitki üçün qorxulu deyil. Qış vaxtı isə yaxşı olardı ki, bitki cənub pəncərəsinə yerləşdirilsin. Otağın havası dəyişdirilən zaman bitkini yelçəkəndən qorumaq lazımdır.

Yay dövründə bitkini cənub pəncərəsinə yerləşdirdikdə, bu zaman bitki günəş şüalarının yandırıcı təsirinə məruz qalır. Buna görədə bitkini yüngül pərdə ilə kölgələndirmək lazımdır. Səhləbləri isti günəşli günlərdə 2-3 dəfə su ilə çiləmək lazımdır. Səhləblərin otaq şəraitində uğurlu becərilməsinin şərtlərindən biri onun təmiz olmasıdır.

Coelogyne, Cattleya,Dendrobium, Thunia-nın növləri otaq şəraitində daha asan becərilir. Ancaq otaq şəraitində digər cinslərində növlərini yetişdirmək olur, məsələn Anselia, Cymbidium, Stanhopea.

Xarici ölkələrin gülçülük təsərüfatlarında aparıcı kultura olan tropik səhləblərin Azərbaycanda becərilməsinin böyük perspektivi var. Bu kulturanın ölkəmizdə kolleksiyasının toplanması, öyrənilməsi, yerli gülçülük təsərüfatlarında yetişdirilməsi və daxili interyerlərin yaşıllaşdırılmasında istifadə edilməsi çox vacibdir.



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin