İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə37/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   33   34   35   36   37   38   39   40   ...   102
MATERIAL VƏ METODIKA

Tədqiqat işinin materialını Azərbaycan florasında yayılmış 43 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri təşkil etmişdir. Tədqiqata aid təcrübələr həm ex situ, həm də in situ şəratində aparılmışdır. İşin yerinə yetirilməsində [ 7, 8, 9, 10, 11,12, 13, 15, 17] metodikalarından istifadə edilmişdir.


MÜZAKIRƏ VƏ NƏTICƏLƏR

İşıq – bitkilərin böyümə və inkişafına atmosfer, eyni zamanda buna bağlı işıq, su kimi amillər təsir edir. İşıq günəş şualarının görünən hissəsidir və onun 50%-ni təşkil edir. Gecə işığının mərkəzi ay və ulduzlardan gələn işıqdır. Ay işığının dalğa uzunluğu daha böyükdür. Ulduzlardan gələn işıq spektri, rəng istilikləri və ay işığı ilə əlaqəlidir. Bitki üçün infraqırmızı şualar kimyəvi baxımdan çoxda mühüm əhəmiyyətə malik deyildir, ekoloji olaraq istilikvermə təsirinə malikdir. Xüsusilə, bu işıq gövdə böyüməsi və toxumun cücərməsi hadisəsində mühüm rol oynayır [6]. Ümumiyyətlə, ultrabənövşəyi işıq bəzi toxumsuz bitkilərin fizioloji proseslərində önəm daşıyır. Ali bitkilərdə isə antosian piqmentinin yaradılmasında, fototropik hadisələrdə və böyümə hormonlarının təsiri ilə gövdə böyüməsinin dayandırılmasında mühüm rol oynayır.

Görünən şualar isə fotosintez prosesində mühüm əhəmiyyətə malikdir. İşığın bitki örtüyünə nə kimi təsiri vardır? Bildiyimiz kimi, yarpaqlar gələn işığın təxminən 10-%-ni qəbul edir. Bitkinin yaşıl hissələri arasından süzülən işığın böyük bir qismi istifadə olunmadan aşağıya doğru axır. Bitki örtüyünə bağlı olaraq işığın xüsusiyyəti dəyişə bilir [18]. Məsələn, həmişəyaşıl şam meşəliklərində işığın xüsusiyyətləri dəyişdiyi halda, yarpaq tökən meşələrdə isə bitkilərin vegetasiyası zamanı düşən işıqda qırmızı şuaların faizi yüksək, bənövşəyi və mavi şuaların faizi isə aşağı olur. Ancaq yuxarıda qeyd edilən bitki örtüyünün altındakı növlərdə isə elə bir böyük fərq görünmür. Qarışıq olan bitki qruplaşmalarında bitkilər arasında boy fərqləri işıq təsiri baxımından bir-birlərindən fərqlənirlər. Ən hündür ağacın təpəsi daha çox işıq alarkən, ən qısa boylu ağaclar isə daha az işıq alırlar. Sıx bir meşəlikdə düşən günəş işığının 1%-i tacdakı yarpaqlar tərəfindən udulur və nəticədə bu ağaclar altında olan avtotrof bitkilərin inkişafı isə çətinləşir [6].

Tədqiq olunan bitkilər işərisində Talış meşəliklərində birinci yarusda olan adi şabalıd, şabalıdyarpaq palıd, şərq çinarı, ürəkvariyarpaq qızılağac, azad ağacı və s. həmçinin quraq bölgələrdə bitən cuzğun növləri, qaya dovşanalması, adi nar, qırmızı ölməzkol və s. ən çox işığı qəbul edən bitkilərdəndir. Kölgəli yerlərdə bu bitkilər əkildikdə işığın çatışmaması üzündən onların çox hissəsi normal inkişaf etmir.

Bitki örtüyü tərəfindən udulan işıq əgər 20%-ə çatarsa, bunun ekoloji tərəfdən əhəmiyyəti vardır. İşığın azalması torpaq nəmliyi, istiliyi, küləyi dəyişdirə bilir. Bu səbəbdən işıq amilinin bitkilərə təsirinin bir tərəfli dəyərləndirilməsi düzgün deyildir.

Bitki örtüyü altında gördüyümüz işıq, vegetasiyanın kölgə işığı adlanır və 2 hissədən ibarət olur. Bunlardan biri bitki örtüyü arasından udulmadan keçən işıq, digəri isə udulub keçən işıqdır.

Goodfellov və Barkhom tərəfindən aparılan bir tədqiqat işində fısdıq meşəsində bitkilərin tağ hissəsi seyrəkləşdikcə və böyüdükcə meşənin içərisində işıq spektrində mavi işıq dalğaların artması, buludlu günlərdə isə azalması qeyd edilmişdir [6]. Çox sıx bitki örtüyü olan yerlərdə isə spektr dəyişmələri infraqırmızı şualar şəklində üzə çıxır. Bu proses yarpağını tökən meşələrdə, iynəyarpaqlı meşələrlə müqayisədə daha yüksək olur və vegetasiya mövsümünə görə dəyişir.

Bildiyimiz kimi işıq bitkilərin həyatına müxtəlif yollarla təsir edir və onu tarazlaşdırır. Bitkilərdə işığın ən önəmli tərəfi fotosintezdir.

Bitkilər işığa görə 2 qrupa ayrılır.

I – işıq sevən (heliofit) və II- kölgə sevən bitkilər (siyofit).

İşıq sevən bitkilər isə öz növbəsində: kölgədə çətin böyüyənlər (obliqat) və kölgədə yaxşı böyüyənlər (fakultativ) qruplarına bölünürlər.

Kölgə sevən bitkilər isə işıqda çətin böyüyənlər (obliqat) və işıqda yaxşı böyüyənlər (fakultativ) qruplarına ayrılır.

Bitkiləri fərqli işıq şəraitində limitləyən səbəblər dəyişkəndir. İşıq sevən bitkilərin kölgədə yetişməsini məcburi olaraq kölgəsevən bitki xüsusiyyətlərinin onlara uyğunlaşması kimi qəbul etmək olar. Məsələn, hirkan şümşadı istər günəşli, istərsədə kölgəli yerlərdə bitməkdədir.

Bütün işıqsevən bitkilərdə işığa qarşı az və ya çox uyğunlaşmalar əmələ gəlmişdir. Onlar yüksək işıq müddətinə davam gətirirlər. Kölgə sevən bitkilər isə zəif işıq potensialını aşağı faizdə istifadə edə bildiklərindən yüksək işıq müddətindən zərər görürlər. Çünki bunlarda yüksək işıq müddətini istifadə etmək üçün uyğunlaşmalar yoxdur. İşıq, az kölgə sevən növlərdə onların bitki qruplaşmasında yerini və yarpaq düzülüşünü nizamlayır, nəmli şəraitlərdə isə növlərin təbəqələşməsini təmin edir. Ümumiyyətlə, təbii şəraitdə işıq müddəti xüsusi ilə tropik və subtropik bölgələrdə bitkilərin optimum istəkləri içərisində ən önəmli amildir. Bu səbəbdən kölgədəki bir ağacın alt yarpaqlarının da sintez prosesində xüsusi əhəmiyyəti vardır.

Aparılan müşahidələr göstərmişdir ki, tədqiq olunan bitkilər içərisində işıq sevən növlərdə aşağıdakı morfoloji dəyişikliklər vardır. Bu bitkilərin gövdələri qalın olub hündürdür və çox budaqlanmışdır. Yarpaqları isə kiçik, sadə olub, damarları incə və tüklüdür. Bu tip bitki növlərində çiçəkləmə və meyvəvermə yüksək olub, gec açan yarpaqları vardır və tez çiçək açır. Bu bitkilər istiyə və quraqlığa davamlıdır. Tədqiq olunan bitkilər içərisində yuxarıda qeyd edilən xüsusiyyətlərə malik olanlardan Calligonum aphyllum (Pall.) Wurke, Calligonum bakuense Litv., Colutea komarovii Takth., Celtis caucasica Willd., Celtis taurnefortii Lam., Crataegus pontica C.Koch. , Juniperus foetidissima Willd., Punica granatum L., Pistacia mutica Fisch.et Mey., Pyrus salicifolia Pall., Quercus araxina (Trautv.) Grossh., Rhus coriaria L., Rosa nizami Sosn. və s. göstərmək olar.

Bildiyimiz kimi gecə və gündüzün uzunluqları arasındakı fərq bitkilərdə yarpaq tökülməsinə, çiçəkləmə, budaqlama, yarpaq parçalanması, piqment əmələ gətirmə və s. kimi hadisələrə təsir edir. İşığın düşmə vaxtı ilə əlaqədar olaraq bitkilər qısa və uzun gün bitkilərinə ayrılır [18].

Fərqli coğrafi bölgələrdə yayılmış bitkilər öz inkişafları boyunca yaşadıqları yerin işıq vaxtına ekoloji olaraq uyğunlaşmışlar.

Aparılan tədqiqatlar nəticəsində öyrənilən bitkilər içərisində işıqsevən və kölgə sevən bitki qrupları ayırd edilmişdir (cədvəl 1).

İşığa qarşı münasibətinə görə öyrənilən bitkilərdən 31 növü işıqsevən, qalan növlər isə kölgə sevəndir. Kölgəli yerdə bitən Albizia julibrissin Durazz., Diospyros lotus L., Euonymus velutina Fisch.et Mey., Crataegus pontica, Punica granatum, Pterocarya pterocarpa (Michx.)Kunth ex Ilyinsk., Rosa nizami, Stаphylea colchica Strv. kimi növlər üzərində aparılan müşahidələrin nəticəsi göstərmişdir ki, bu bitkilərin inkişafında zəifləmələr, o cümlədən çiçəkləmə faizinin aşağı düşməsi, yan budaqların sayının artması, yarpaqların nazikləşməsi baş verir.

Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, insan fəaliyyəti ilə bağlı işlərin bitkilərə təsiri həmin bitki qruplaşmalarının strukturunun pozulmasına gətirib çıxarır və bu da öz növbəsində nadir növlərin normal böyüyüb inkişaf etməsinə mənfi təsir edir və onların təbiətdə arellarının daralmasına səbəb olur [20].


Cədvəl 1
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol

bitkilərinin işığa görə münasibəti




Növ

şıqsevən


Kölgəsevən



1

2

3

4

1


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin