İnformasiya sisteminin həyat dövrünün modelləri
Həyat dövrünün modeli dedikdə sistemin tələblərinin təyin edilməsi anından, onun ləğv edilməsi anına kimi sistemin bütün həyat dövrü ərzində proqram məhsulunun işlənməsi,fəaliyyəti və müşayiəti zamanı yerinə yetirilən, tərkibində proseslər, əməliyyatlar və məsələlər daxil olan bir struktur başa düşülür.
Həyat dövrünün modeli informasiya sisteminin xüsusiyyətindən, yaradıldığı və fəaliyyət göstərdiyi şəraitdən asılıdır. Halhazırda həyat dövrünün ən geniş yayılmış modelləri aşağıdakılardır:
-Kaskad modeli, bəzən “şəlalə” (waterfall) modeli də adlanır;
-spiral modeli;
-prototip modeli.
Kaskad modeli istənilən tətbiq sahələrində müxtəlif sistemlərin işlənməsi klassik yanaşmanı nümayiş etdirir. Bu model keçən əsrin 70-ci və 80-cı illərinin birinci yarısında informasiya sistemlərinin işlənməsi üçün geniş tətbiq olunurdu.
Kaskad modeli işlərin aardıcıl təşkilini nəzərdə tutur. Bu zaman modelin əsas xüsusiyyətini qeeyd etmək lazımdır: bütün layihə mərhələlərə bölünür və bir mərhələdən digərinə keçid, əvvəlki mərhələdə işlər tamamlandıqdan sonra baş verir. Hər mərhələ tam şəkildə tərtib olunmuş sənədlər dəstinin hazırlanması ilə başa çatır.
Kaskad modelində predmet sahəsindən asılı olmayaraq aşağıdakı layihə mərhələlərini ayırmaq olar:
-sifarişçinin tələblərinin təhlili
-layihələndirmə
-hazırlama
-testləşdirmə və sınaq istismarı
-hazır məhsulun təhvil verilməsi
Birinci mərhələdə problem tədqiq olunur, sifarişçinin bütün tələbləri dəqiq formalaşdırılır.
Ikinci mərhələdə texniki tapşırıqda nəzərdə tutulmuş tələbləri ödəyən layihə qərarları işlənir. Həmin mərhələdə tərkibində layihənin realizə olunması üçün lazımi verilənlər olan layihə sənədləri dəsti hazırlanır.
Üçüncü mərhələdə layihə realizə olunur. Burada əvvəlki mərhələdə alınmış layihə qərarlarına uyğun proqram təminatı işlənir.
Dördüncü məərhələdə hazırlanmış proqram təminatının texniki tapşırıqda qeyd olunmuş tələblərə uyğunluğu yoxlanılır.
Sonuncu mərhələdə hazır layihə təhvil verilir. Bu mərhələnin əsas vəzifəsi sifarişçini onun bütün tələblərinin tam həcmdə ödəniməsinə inandırmaqdır.
Kaskad modeli bir sıra müsbət xüsusiyyətlərə malikdir:
-hər bir mərhələdə tamlıq və uyğunluq meyarlarına cavab verən tamamlanmış layihə sənədləri dəsti tərtib olunur.
-görüləcək işlərin məntiqi ardıcıllıqla yerinə yetirilməsi onların tamamlanması vaxtının və uyğun xərclərin planlaşdırılmasına imkan verir.
Üstünlüklərlə yanaşı, informasiya sistemlərinin işlənməsi zamanı kaskad modelinin tətbiqini məhdudlaşdıran müəyyən çatışmayan cəhətləri də qeyd etmək lazımdır:
-nəticələrin alınmasının xeyli ləngiməsi
-hər bir mərhələdə səhvlər və çatışmazlıqlar
-layihə üzrə işlərin parallel yerinə yetirilməsi ilə bağlı çətinliklər
-hər bir mərhələdə informasiya izafiliyinin yaranması
-layihənin idarə edilmısi çətinliyi
Spiral modeli, kaskad modelindən fərqli olaraq, informasoya sisteminin iterasiya prosesi ilə hazırlanmasını nəzərdə tutur. Bu zaman həat dövrünün ilkin mərhələlərinin əhəmiyyəti artır. Bu mərhələlərdə prototiplərin yaradılması yolu ilə texniki qərarların realizə olunma imkanı yoxlanılır və əsaslandırılır.
Hər bir iterasiya məhsulun daxili və ya xarici versiyasının hazırlanmasına gətirən tamamlanmış işlənmə dövrünü təşkil edir. Tamamlanmış sistemin alınması üçün məhsul iterasiyadan- iterasiyaya təkmilləşdirilir.
İterativ yanaşma mürəkkəb sistemlərin yatradılmasının obyektiv olaraq spiral dövrünü əks etdirir. O, cari mərhələdə işlərin tamamlanmasını gözləmədən növbəti mərhələyə keçidi və əsas məsələnin həllini, yəni sistemin istifdəçilərinə iş qabiliyyətinə malik məhsulun mümkün qədər tez təqdim edilməsini təmin edir. Bununla da layihənin dəqiqləşdirilməsi və ona əlavələrin daxil edilməsi prosesi xeyli sadələşir.
Spiral modelin aşağıdakı üstünlüklərini qeyd etmək olar:
-sifarişçinin tələbləri dəyişdikdə layihəy dəyişikliklərin daxil edilməsini asanlaşdırır
-informasiya sisteminin ayrı-ayrı elementlərinin vahid sistemdə inteqrasiyası tədricən və fasiləsiz davam edir
-risklərin səviyyəsinin azalması
-komponentlərin təkrar istifadəsini sadələşdirir
-daha etibarlı və dayanıqlı sistemin əldə edilməsinə imkan yaradır.
Spiral modelinin əsas problem növbəti mərhələyə keçid anının təyin edilməsi ilə əlaqəlidir. Hər bir iterasiyanın tamamlanması plana uyğun aparılmalıdır. İşlərin panlaşdırılması adətən əvvəlki layihələrdə alınmış statistic verilənlər və layihəçilərin fərdi təcrübəsi əsasında aparılır. Praktikada infromasiya sistemlərinin layihələndirilməsi zamanı hansı sistemin qurulması və onun hansı məsələləri həll edəcəyi barədə birmənalı, doğru və yekun qərarın qəbul edilməsi vacib rol oynayır. Əvvəlki (kaskad və spiral) modellərdə bu məsələlər analitik olaraq həll edilir.
Prototip modelin əsasında eksperimental sisteminin qurulması ideyası durur. Bu modeli adətən tez prototipləşmənin struktur təkamül modeli adlandırırlar.
Sürətləndirilmiş təkamül modeli dedikdə fərz edilən sistemin tez yaradıla, genişlənə və modefikasiya edilə bilən işçi modeli başa düşülür. Bu işçi model sistemin bilavasitə realizə edilməsindən əvvəl onun funksiyaları və açar komponentəri haqqında tam təsəvvür yaradır.
Sürətləndirilmiş prototipləşmənin struktur təkamül modelindən istifadənin üstünlükləri analoqu olmayan informasiya sistemlərinin işlənməsində daha aşkar görünür. Eləcə də aşağıdakı əlamətlər olduğu zaman bu cür modelə ehtiyac duyulur.
-təqdim edilən tələblər əvvəlcədən məlum olmadıqda, uğursuz formalaşdırıldıqda və ya tələblər ardıcıllığı qeyd edilmədikdə
-bəzi komponentləri prototipləşdirmək, bəzilərini isə ənənəvi üsullarla işləyib hazırlamaq məqsədəuyğundur.
-alqoritmlər və interfeyslər mürəkkəb olduqda.
Dostları ilə paylaş: |