İstiqamətin şifri və adı: İİM 010000 İqtisadiyyat İxtisaslaşmanın şifri və adı: İİM 010027 İqtisadi kibernetika


FƏSİL II AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT BÜDCƏ XƏRCLƏRİNİN TƏHLİL QİYMƏTLƏNDİRİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ



Yüklə 14,39 Mb.
səhifə13/31
tarix10.01.2022
ölçüsü14,39 Mb.
#108091
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
FƏSİL II AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT BÜDCƏ XƏRCLƏRİNİN TƏHLİL QİYMƏTLƏNDİRİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ


2.1.A.R. dövlət büdcəsinin xərclərinin strukkturu,həcmi və dinamikası.
Dövlət büdcəsi xərcləri - büdcə təsnifatına əsasən müəyyən edilən xərclərdir. Büdcə təsnifatına əsasən dövlət büdcəsinin xərcləri funksional, iqtisadi və inzibati xərclər üzrə təsnifləşdirilir.“Büdcə sistemi haqqında” qanunun 10.1-ci maddəsinə əsasən dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:

1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik,

pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın

alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər,

qrantlar, subsidiyalar və cari köçürmələr;

2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital

qoyuluşları və səhmlərin alınması;

3. kreditlər üzrə borclar, faizlərə xidmət xərcləri və layihələrdə

pay iştirakı.

Həmin qanuna görə büdcə xərcləri müvafiq büdcə təsnifatına

uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari,

investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə

yönəldilir.

“Büdcə sistemi haqqında” qanunundan göründüyü kimi qeyd

olunan təsnifat iqtisadi təsnifatdır. Halbuki, hər il təsdiq və icra

edilən dövlət büdcəsi haqqında qanunlarda xərclərin funksional

təsnifatı verilir.

“Büdcə sistemi haqqında” qanununun 4-cü maddəsinə uyğun

olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti (6 oktyabr

2004-cü il tarixdə) “Vahid büdcə təsnifatı”nın təsdiq edilməsi barədə

qərar qəbul etdi.

Vahid büdcə təsnifatına uyğun olaraq büdcə xərclərinin

funksional təsnifatı büdcə sisteminə daxil olan büdcələrin

funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir.




Yüklə 14,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin