İstiqamətin şifri və adı: İİM 010000 İqtisadiyyat İxtisaslaşmanın şifri və adı: İİM 010027 İqtisadi kibernetika



Yüklə 14,39 Mb.
səhifə11/31
tarix10.01.2022
ölçüsü14,39 Mb.
#108091
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Yeni Zelladiyada dövlət idarəetməsi sistemində islahatlara 1980-ci illərin ortalarında başlanılıb.1989-cu ildə qəbul olunmuş ictimai maliyyə haqqında qanunla (The Public Finance Act) dövlət maliyyəsinin islahatı strategiyasına start verildi.Qanun büdcənin (dövlət maliyyəsinin) idarə edilməsində o vaxtadək mövcud ənənəvi sistemin yenisi ilə əvəz olunmasını nəzərdə tuturdu:

əgər o vaxtadək büdcə qərarlarının qəbulu üçün istifadə olunan resurslar (işçilərin əmək haqqı fondu,mal və xidmətlərin alınması üçün məsrəflər,investisiya xərcləri,kommunal ödənişlər,yanacaq,nəqliyyat xərcləri və s.) haqqında məlumatlar əsas kimi çıxış edirdisə,yeni tələblərə əsasən dövlət maliyyəsinin idarə olunması sistemi məhsuldarlıq əsasında qurulmalı idi.Bunun üçün qanunda məhsuldarlığı səciyyələndirən “məhsul” və “fəaliyyətin nəticələri” anlayışları tətbiq olunurdu.Dövlət orqanları sistemi üçün əsas fəaliyyət sənədi məhsuldarlığın əldə edilməsi barədə saziş (performance agreement) hesab olunurdu.Bu saziş 3 hissədən ibarət olur:

Birinci hissədə ümumən hökumətin və onun ayrı-ayrı nazirliklərinin fəaliyyətinin strateji məqsədləri müəyyən edilir;

Satınalmalar haqqında saziş (purchase agreement) adlanan ikinci hissədə nazirliklərin fəaliyyətlərinin nəticələri,habelə təqdim edilən ictimai xidmətlərin ödənilməsi qaydaları və şərtləri detallaşdırılır;

Üçüncü hissədə isə dövlət siyasətinin yerinə yetirilməsi üzrə nazirliklərin öhdəlikləri əks olunur.Bir sözlə,ictimai maliyyə haqqında qanunun müəyyən etdiyi yeni qaydaya əsasən parlament hökumətə hər bir konkret dövr üçün üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi üçün vəsait ayırır.

İctimai maliyyə haqqında qanunun nazirliklərin hesabatlılığına qarşı qoyduğu tələblər də xüsusi maraq doğurur.Nazirliklərin hesabatında aşağıdakıların olaması tələb olunur:



  • Maliyyə vəziyyəti barədə hesabat;

  • Cari əməliyyatlar barədə hesabat;(operating statement)

  • Maliyyə axınları barədəhesabat;(Cash flow)

  • Qarşıya qoyulmuş məqsədlərə nail olunması barədə hesabat;

  • Dövlət xidmətlərin göstərilməsində məhsuladarlıq barəsində hesabat;

  • Öhdəliklər barəsində hesabat;

  • Əvvəlcədən nəzərdə tutulmayan (şərti) öhdəliklər barəsində hesabat;

  • Maliyyələşdirilməsi əvvəlcədən nəzərdə tutulmayan istiqamətlərdə vəsaitlərin xərclənməsi barədə hesabat;

  • Uçot siyasəti barədə hesabat;

  • Sair hesabatlılıq;

  • Nazirliyin fəaliyyətinin əvvəlki dövrlərlə müqayisəli təhlli;

  • İzahat qeydləri.

İctimai maliyyə haqqında qanun büdcə planlaşdırılması və büdcə nəzarəti sahəsində parlamentin rolunu gücləndirdi.

ABŞ-da büdcə prosesinin effektivlik və səmərəlilik göstəricilərinə keçid bir neçə mərhələdən ibarət uzun bir dövrü əhatə edir.Bu prosesə 1949-cu ildə Quver Komissiysının proqram-məqsədli büdcə (Performance budget) təşəbbüsü ilə start verildi.Prezident Conson dövründə (1965-ci il) planlaşdırma-proqramlaşdırma metodu ilə büdcənin işlənilməsi (Planning-Programming Budget System),prezident Nikson dövründə məqsədlər üzrə idarəetmə (Managment by Objectives-MBO),prezident Karter dövründə büdcənin “0-dan” işlənilməsi (Zero Based Budgetind-ZBB) üsulları tətbiq edilib.Nəhayət prezident Klinton dövründə 1993-cü ildə “Dövlət orqanlarının fəaliyyətinin nəticələrini qiymətləndirmək haqqında”federal qanun (Government Performance and Results ACT-GPRA) qəbul olunub.Hazırda ABŞ-da mövcud olan proqram-məqsədli büdcələşdirmə sistemi məhz həminq anuna əsaslanır.həmin qanun dövlət xərclərinin idarə edilməsi sahəsində effektivlik və nəticəlilik göstəricilərinə nail olmaq məqsəs və üsullarını müəyyən edir.Qanunda göstərilən məqsəd və üsullar aşağıdakılardı:
1.Amerika xalqının federal hökumətə inamının möhkəmləndirilməsi.Buna federal agentliklərin həyata keçirdikləri proqramların reallaşdırılmasından əldəe tdikləri nəticələr haqqında sistematik hesabatlar hesabına nail olunur;
2.Proqram məqsədlərin müəyyən edilməsinə və proqramların effektivliyinin və nəticəliliyinin ölçülməsinə xidmət edən prosedurların,habelə proqramların icrası gedişi barəsində hesabatlılıq prosedurlarının təkmilləşdirilməsi.Buna proqram-məqsədli islahatlar üzrə pilot layihələr seriyası ilə nail olunur;
3. Proqramların effektivliyinin və nəticəliliyinin yüksəldilməsi və onlar üzrə ictimai məsuliyyətliliyin təkmilləşdirilməsi.Buna dövlət agentliklərinin fəaliyyətlərinin həcm göstəricilərinin,təqdim edilən dövləti xidmətlərin keyfiyyətinin və istehlakçıların məmnunluğunun qiymətləndirilməsi hesabına nail olunur;
4.Təqdim edilən dövləti xidmətlərin təkmilləşdirilməsində federal agentliklərin rəhbərlərinə yardım göstərilməsi.Buna federal agentlikləri onların bəyan etdikləri məqsədlərinə nail olmaq üzrə planların işlənilməsinə məcbur edən normaların (qaydaların) tətbiq edilməsi,habelə büdcə proqramlarının nəticəliliyi və təqdim edilən dövləti xidmətlərin keyfiyyəti barəsində informasiyaların monitorinqi hesabına nail olunur;
5.Qanunvericilik qərarlarının keyfiyyətinin yüksəldilməsi.Buna bəyan edilmiş məqsədlərə nail olunma səviyyəsi və federal proqramların və xərcləmələrin nisbi effektivliyi və nəticəliliyi barəsində Konqresə obyektiv informasiyanın təqdim edilməsi yolu ilə nail olunur;
6.Federal hökumətdə daxili menecmentin təkmilləşdirilməsi.

Bəyan edilmiş məqsədlərin reallaşdırılması üçün xüsusi plan və hesabatlar sistemi nəzərdə tutulur.Bunlar büdcə planlaşdırılması mexanizmlərini sahə nazirliklərinin (federal agentliklərin) məqsədləri və onların fəaliyyətinin sosial-iqtisadi effektivliyi ilə uyğunlaşdırılmasını təmin etməlidir.

Agentliklər 3 sənəd təqdim etməlidirlər:

1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin