İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya


Makroprudensial tənzimləmənin təşkilinin institusional modelindən asılı olmayaraq, makroprudensial siyasətin aparılması bir sıra aşağıdakı problemlərlə üzləşir



Yüklə 1,06 Mb.
səhifə49/61
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108986
1   ...   45   46   47   48   49   50   51   52   ...   61
Makroprudensial tənzimləmənin təşkilinin institusional modelindən asılı olmayaraq, makroprudensial siyasətin aparılması bir sıra aşağıdakı problemlərlə üzləşir:

  • Tənzimləyici sistemli riskə maliyyə bazarı iştirakçıları üçün bəlli olanacan reaksiya verməlidir;

  • Tənzimləyici üçün sistemli riskin ikinci nəticələrini izləyib dəqiq qiymətləndirmək çətindir, çünki onlar müəyyən zaman intervalından sonra özünü büruzə verə bilir;

  • Makroprudensial tədbirlərin tətbiqini cəmiyyətə izah etmək çətindir, çünki cəmiyyətin keçmişin böhranlı hadisələri haqqında yaddaşı tez silinir, və ya sistemli risk iqtisadi və maliyyə sistemlərinə birdən-birə bir neçə istiqamətdə təsir göstərir;

  • Maliyyə sistemi ilə iqtisadiyyatın real sektoru arasındakı qarşılıqlı əlaqələr mürəkkəb olduğundan, sistem zəifliklərini aşkar edib qiymətləndirmək çətindir;

  • Sistemli riski bir neçə amil şərtləndirir ki, onların da bir hissəsini potensial böhran haqqında erkən siqnal indikatorları heç də həmişə aşkar edə bilmir.

Bütün bunlar makroprudensial siyasətin işlənməsi və həyata keçirilməsi prosesini mürəkkəbləşdirir. Bu səbəbdən də tənzimləyici tələblərin mühafizəkar əhəmiyyətinə söykənən səmərəli prudensial nəzarətin təşkili sistemli böhranların ehtimalının azaldılmasına yönələn makroprudensial siyasətin zəruri əsası kimi çıxış edir.

Son maliyyə böhranına cavab olaraq bir çox ölkələr maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə qorunan əmanətlərin sığortalanması sistemində təkmilləşdirilməsi istiqamətdə kompleks tədbirlər həyata keçirilir.

Mövzunun əhəmiyyətini nəzərə alaraq, Dünya Bankının mütəxəssisləri 96 ölkənin timsalında əmanətlərin sığortalanmasının maliyyə sabitliyinə təsirini təhlil etmişdir. Əmanətlərin sığortalanması ilə maliyyə sabitliyi arasında əlaqəyə iki müxtəlif prizmadan baxmaq olar. “Moral hazard” (Mənəvi məsuliyyətsizlik) hipotezinə əsasən əmanətlərin sığortalanması bank menecerlərinin riskli aktivlərə investisiya etməsini stimullaşdırır. Belə ki, qorunan əmanətçilərin bankların fəaliyyətinə zəif nəzarət etməsi, eləcə də əmanətlərin sığortalanması üçün bankların risk səviyyəsindən asılı olmayaraq təqvim haqqı ödəməsi bankların daha riskli portfel seçimini şərtləndirir. Bunun əksinə, stabilləşdirici hipotezə əsasən əmanətlərin sığortalanması xüsusilə böhran dövrlərində əhalinin banklara olan inamını artıraraq sistem riskinə azaldıcı təsir göstərir.


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin