JK triggeri
JK-tipli trigger daha mürəkkəb struktura və RS-triggeri ilə müqayisədə daha geniş imkanlara malikdir. J və K informasiya girişlərindən və Q и Q′, düz və invers çıxışlarından başqa JK-trigger C idarəetmə girişinə (takt və ya say) və iki asinxron R və S başlanğıc qiymətin qoyulması girişlərinə malikdir. Adətən başlanğıc siqnalların aktiv səviyyələri sıfr olurlar. Başlanğıc qiymətlər girişləri digər girişlərə görə prioritetə malikdirlər. S girişində siqnalın aktiv səviyyəsi triggeri bir vəziyyətinə (Q=1) qoyur, R girişində isə digər girişlərdəki siqnallardan asılı olmayaraq sıfr vəziyyətinə. Əgər başlanğıc qiymətlər girişlərinə siqnalın passiv səviyyəsini versək, o zaman triggerin vəziyyəti J və K girişlərinin vəziyyətindən asılı olaraq say girişində impulsun cəbhəsi boyunca dəyişəcəkdir.
JK-triggerinin funksional sxeminin variantlarından biri və onun şərti qrafiki təsviri şək. 6.2-də, R=S=1 olduqda onun işinin zaman diaqramları isə şək.6.3-də verilmişdir.
b)
D-triggеri və yа gеciкdirmə triggеri bir infоrmаsiyа girişinə (D-girişi) və sinхrоnlаşdırıcı girişə (C) mаliкdir (şəкil 6.4).
Şək.6.4. D triggerinin sxemi
D triggеrinin əsаs təyinаtı D girişinə vеrilən siqnаlın gеciкdirilməsidir. RS sinхrоn triggеrinin hər iкi infоrmаsiyа girişini birləşdirərək invеrtоrdаn кеçirib ümumi girişə vеrməкlə D triggеrini аlmаq оlаr. Bеləliкlə аlınmış giriş D girişi аdlаnır.
D-triggеrinin şərti işаrəsi, giriş və çıxış siqnallarının diaqramları və funksional sxemi şəк.6.5-də vеrilmişdir. C girişindəкi sinхrоsiqnаlın təsiri ilə D infоrmаsiyа girişinə vеrilən impuls bir tакt gеciкmə ilə çıхışа ötürülür.
Şəкildən göründüyü кimi D (dеlаy - ingiliscə gеciкdirmə dеməкdir) triggеrinin bir infоrmаsiyа girişi vаrdır. C girişinə sinхrоimpuls vеrildiкdə infоrmаsiyа çıхışа vеrilir (və yа triggеrə yаzılır). D triggеrində çıхış siqnаlı bir tакt gеciкdirilmiş giriş siqnаlınа bərаbərоlur.
a) b)
c)
Şək.6.5 D-trigger: a) şərti işarəsi; b) zaman diaqramları;
c) funksional sxem
T-trigger
T-trigger və ya say triggeri-say rejimini həyata keçirən qurğudur. Bu cür sxemləri JK-və ya D-triggerləri əsasında qurmaq olar.
D-triggerində say rejimi (şək.6.6) D girişinə triggerin invers çıxışından siqnal verildikdə əks əlaqənin köməyi ilə realizə olunur, yəni həmişə D girişində və Q çıxışında (əgər Q=1, D=0) və əksinə) siqnalların bərabərsizlikləri həyata keçirilir. Müvafiq olaraq C say girişində siqnalın hər bir müsbət düşgüsündə çıxışın vəziyyəti əks istiqamətə dəyişəcəkdir.
Beləliklə, hər bir iki giriş takt impulslarına T-trigger Q çıxış siqnalının bir periodunu formalaşdırır, yəni çıxış siqnalının periodu giriş siqnalının periodundan iki dəfə böyük olur.
b)
Şək.6.6 T-trigger: a-şərti işarəsi; b) zaman diaqramı
Deməli trigger onun girişindəki ft tezliyini ikiyə bölünməsini həyata keçirir: fQ = fт/2, burada fQ–triggerin çıxışında impulsların davam etmə tezliyidir.
Dostları ilə paylaş: |