Yəhudi təliminə görə, möminlərin ruhu bədəndən ayrıldıqdan sonra Allahın rizası ilə səma cənnətinə (“qan eden”), günahkarların ruhu isə əzab yerinə cəhənnəmə (“şeol”) düşür. Bədəni tərk etmiş ruh həmin an axirət dünyasına düşmür. Birinci yeddi gün ərzində o, əvvəlki yaşayış yerinin ətrafında dolanır. Yeddi günün tamamında bədəndən ayrı düşmüş ruh yeraltı səltənətin hökmdarı mələk Dumanın sərəncamına keçir. Mələk Duma möminin ruhunu İlahi səltənətə, günahkarın ruhunu isə cəhənnəmə göndərir.
Səma cənnətini təkcə yəhudiliyi qəbul etmiş şəxs deyil, başqa din və millətdən olan şəxslər də qazana bilər. Bundan ötrü onların düzgün mənəvi həyat yaşaması kifayətdir. Yəhudilərin səma cənnətinə daxil olmasından ötrü düzgün mənəvi həyat yaşaması kifayət deyildir. Bundan ötrü onlar Yəhudi dininin bütün qaydalarıına tam ciddiliyi ilə əməl etməlidirlər. Başqa din və millətdən olan şəxslərin cəhənnəm həyatı əbədi olduğu halda, yəhudilər üçün bu müvəqqəti xarakter daşıyır. Nadir hallarda bu 12 aydan çox olur. Yəhudilər əvvəl-axır yenə də cənnətə daxil olurlar. İnsanı cəhənnəm əzabından xilas etməkdən ötrü yəhudiliyi qəbul etməsi vacib deyildir. Bundan ötrü Allahın yeddi ən vacib Qanununa əməl etməsi kifayətdir. Bu qanunlar bütün bəşəriyyət üçündür:
• bütpərəstliyə yol verməmək;
• küfrə yol verməmək;
• qan axıdılmasına yol verməmək;
• oğurluq etməmək;
• əxlaqsızlığa yol verməmək;
• heyvanlara qarşı qəddar münasibətə yol verməmək;
• məhkəmədə ədaləti və insanların qanun qarşısında bərabərliyini gözləmək.
Yəhudilikdə Vəhy
Yəhudilərin müqəddəs kitabı Tanaxda Tanrının özünü izhar etməsinin müxtəlif şəkillərindən bəhs olunur. Tanrı Hz. Musa ilə Sinada üz-üzə danışmışdır ki, vəhyin bu forması sadəcə Hz. Musaya aiddir. Vəhy çox vaxt teofani (insana görünmə) şəklində baş tutub. Vəhyin digər bir növü isə müşahədədir. Müşahədə əsnasında əsasən vəhyin anlaşılmasına yardım edən müxtəlif şeylər ortaya çıxır. Yəhudi etiqadında vəhyin röya yolu ilə gəlməsi nümunələri də vardır. Yaqub, Laban, Yusif, Süleyman, Daniel və başqalarının bu yolla vəhy aldıqları bildirilir. Yəhudi inancına görə həm də vəhy bəzən Tanrının mələk, öz ruhu və əli vasitəsilə də göndərilib. Həmçinin bəzi tarixi hadislər də ilahi təzahürlər kimi qəbul edilmiş, vəhyin müdaxiləsi sayılmışdır. Bunun ilk və ən mühüm nümunəsi İsrailoğullarının Misirdən çıxmasıdır. Tanrı bu hadisə ilə İsrailoğullarına Onun hər şeyə gücü yetdiyini göstərmişdir.
Tanax və Talmudda peyğəmbərlər vəhyin v ə Tanrı kəlamının əsas müxatabları kimi qəbul olunsa da, peyğəmbərlərdən başqa İbrani atalara və İsrailoğullarının krallarına vəhy gəlməsi bu dinin inancına daxildir.
Tövratın Hz. Musaya vəhyi məsələsi yəhudilikdə xüsusi yerə sahibdir. Yəhudi olmayanlara gələn vəhylər dərəcə baxımından ən aşağı dərəcəli vəhylər sayılır. Hz. Musaya Sina dağında gələn vəhy isə, həm şəkil, həm də mahiyyəti baxımından digər bütün vəhylərdən üstündür. Belə ki, digər vəhylər hər hansı bir məkanda təcəlli şəklində, röya yolu ilə və ya mələk vasitəsilə olmuşdur. Hz. Musa isə Tanrı ilə üz-üzə danışmışdır. Rəbbani ənənəyə görə Hz. Musaya vəhy edilən Tövrat dünya yaradılmadan əvvəl mövcud olan hikmət olub və dünya Tövratla yaradılıb. Məhz bu səbəbə görə Musanın Sinada aldığı vəhy bütün peyğəmbərlərin aldığı və alacağı vəhyləri əhatə etmişdir.
Nəticə Nəticə olaraq yazımızda Yəhudiliyin din və əxlaq tərəfdən araşdıraraq yazdıq. Beləliklə inanclarının əsasını “təslis inancı” ilə bərabər Tövratdakı "On Əmr"in bir çox Yəhudi din xadimləri tərəfindən Yəhudiliyin əsasını təşkil edən prinsiplərin xülasəsi olaraq qəbul edildiyini gördük.
Ədəbiyyat siyahısı: Yahudilik, Ömer Faruk Harman, TDV İslâm Ansiklopedisi, 2013, İstanbul, Cild 43, s. 201-207
Yahudi İman Esasları, Ravza Aydın, Sakarya Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cild 14, Sayı: 25, 2012, s. 210
Yahudilik ve Hıristiyanlıkta Tanrı Kavramı, John Hick, Tər. Dr. Aydın Topaloğlu, M. Ü. İlahiyat Fakültesi Dergisi, Cild 28, 2005, s. 216
Böyük dinlərlə tanışlıq, Hüseyn Tövfiqi, Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2013, s. 290
Yaşayan Dünya Dinleri, Şinasi Gündüz, Diyanet İşleri Başkanlığı, Fevral, 2007, s. 605