Yəhudilikdə fərdin Tanrı haqqında nə düşünməsindən daha çox Tanrıya necə ibadət edilməsi mühüm sayılır.
Yəhudiliyin müqəddəs kitabında Tanrı müxtəlif adlarla ifadə olunur. Lakin 4 samitdən meydana gələn “Yhwh” (Yəhova) bunların içərisndə ən əhəmiyyətlisi və müqəddəsidir. Yəhova adı Tövrat xaricində heç bir yerdə yazılmır. Onun əvəzinə Adonay və ya Haşem işlənir.
Yəhudiliyin müqəddəs mətnlərində iman əsasları açıq şəkildə müəyyən olunmayıb. Hər yəhudi doğuşdan etibarən Tanrı ilə İsrail arasındakı əhdə daxil olduğuna görə onun bu dinə mənsubiyyətini təsdiq etməyə ehtiyacı yoxdur. Lakin Tövratdakı bəzi ifadələr və xüsusilə də On Əmr bir çoxları tərəfindən iman əsasları kimi qəbul edilmişdir. On Əmrin ilk yarısı insanın Tanrı ilə, digər yarısı isə insanların bir-birləri ilkə münasibətlərini nizamlayır.
Sonralar yunan fəlsəfəsinin təsiri, Rəbbani yəhudilərin qərailər (yəhudilikdə məzhəb) ilə mübahisələri və xüsusilə də müsəlman kəlamçılarla qarşılaşmalrı bu dinin iman əsaslarının təsbit olunmasına zəmin yaratdı. İlk təşəbbüs İskəndəriyəli filosof Filondan gəldi. Onun müəyyənləşdirdiyi iman əsasları 5 prinsipdən ibarət idi: Tanrının varlığı, birliyi, dünyanı yaratması, yaradılan bu dünyanın tək olması və Tanrının təqdirini dünyaya yönəltməsi. Müsəlmanların yəhudiliyə tənqidləri və Qərailiklə mübarizə nəticəsində sonralar iman əsaslarının yenidən ələ alınması zərurəti ortaya çıxardı. Saadiya Qaon 8 iman əsası müəyyənləşdirdi. Yəhudiliyin iman əsaslarının formalaşdırılması məsələsində qabaqçıl alimlərdən biri də İbn Meymun olmuşdur. Günümüzdə əksər yəhudilər tərəfindən mənimsənən həmin iman əsasları bunlardır: