İXTİsas: İsm (İBTİDAİ SİNİf müƏLLİMLİYİ) kurs: I fəNN: Ana dili MÖvzu: Sinonim sözlər


Omonimlərlə çoxmənalı sözlərin fərqi



Yüklə 93,5 Kb.
səhifə7/13
tarix10.01.2022
ölçüsü93,5 Kb.
#106735
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Omonimlərlə çoxmənalı sözlərin fərqi. Omonimlər eyni səs quruluşuna malik olması və ifadəsi ilə çoxmənalı sözlərə oxşayır. Lakin omonimlərlə çoxmənalı sözləri aşağıdakı əlamətlərə görə bir-birindən fərqləndirmək olar:

1. Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün sözlərin məna əlaqələri nəzərə alınır. Eyni səs kompleksinə malik sözlərin ifadə etdiyi mənalar arasında müəy­yən əlaqə olduqda həmin söz çoxmənalı, məna əlaqəsi itdikdə isə omonim hesab olunur. Məsələn; baş və əsər sözlərinin mənalarına diqqət yetirək: adamın başı, kəndin başı, körpübaşı və s.

Ovçu gəlib saldı hər yana nəzər,

Gördü tor yırtılıb, yox ovdan əsər

Kasıb komacığım özümə yetər,

Burda yazılmışdır yüzlərlə əsər.

2. Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün söz yaradıcılığında iştirakına fikir vermək lazımdır. Omonim sözlər başqa sözlərin yaranmasında baza ro­lu­nu oynayır. Çoxmənalı sözlər isə başqa sözlərin yaranmasında baza rolunu oyna­mır. Məsələn; göz sözünə baxaq –adamın gözü, bulağın gözü, stolun gözü, maşının gözü və s.

Burada yeni söz ancaq göz sözünün ilk mənası əsasında yaranır. Gözlük, gözətçi.

Lakin omonimlərdə məsələ başqa şəkildədir. Burada omonimlik təşkil edən sözlərdən hər biri müxtəlıf mənalı ayrı-ayrı sözlərin yaranması üçün baza ola bilir. Bunu bağ sözündən aydın görmək olar.

Xan bibim falşı idi.

Nənəm bağ toxuyan.

Ay ana, gəl gedək, gedək tez ol bir,

İndi bağ seyrinin vaxtı deyildir.

Birinci nümunədə bağ sözü ip, kəndir mənasında işlənir və bu söz bağlama, bağlı, bağlamaq sözlərinin yaranmasında iştirak edir.

İkinci nümunədəki bağ sözü isə meyvə ağacları olan yer mənasında işlənir və bu sözdən bağban, bağça sözləri yaranır.

3.Omonim sözlərin sinonimlərini seçib qruplaşdırmaq lazımdır. Bu zaman qruplaşan sözlər başqa-başqa mənaları ifadə edirsə, omonim olur. Bi xüsusiyyət çoxmənalı sözlərdə yoxdur. Məs: yel omonim sözünün sinonimlərindən biri külək, obiri isə xəstəlikdir. Külək və xəstəlik sözləri başqa-başqa mənalar ifadə edir.

4.Omonimləri fərqləndirmək üçün onların antonimlərini də seçmək lazım gəlir. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlik təşkil edən sözlərə antonim söz seçmək olar. Məs: sağ omonim sözünün antonimlərindən biri sol, digəri isə ölüdür. Bu sözlər arasında heç bir əlaqə yoxdur.

5.Omonimlərin ifadə etdikləri məfhumlar bir-birindən çox fərqli olur. Biz omonim sözünün ifadə etdiyi şəxs anlayışı və alər adı bir-birindən fərqlidir.

6.Omonimlik müstəqil mənadır, çoxmənalılıq isə bir sözün məna variantıdır.

Onu da qeyd edək ki, forma və məzmun münasibətinə, yazılışına və tələffüzünə, nitq hissələrinə aidliyinə, əmələ gəlmə üsuluna görə omonimlərin bir sıra səciyyəvi xüsusiyyətləri var. Bu xüsusiyyətlər aşagıdakılardan ibarətdir:

1. Mənaca müxtəliflik. Omonim cərgənin üzvləri mənalarına görə bir-birindən tamamilə fərqlənir. Onların ifadə etdikləri əşya və hadisə arasında yaxınlıq olmur. Məsələn; yaz, don.


Yüklə 93,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin