2.Xalis Azərbaycan sözlərinin xüsusiyyətləri
Xalis Azərbaycan sözlərinin xüsusiyyətləri aşağıdakılardır:
1.Əsl Azərbaycan sözləri təkhecalı olur:məs. al, əl, su, od və s .
2.Təkhecalı Azərbaycan sözləri qoşa samitlə( skaf, klub) başlamır.
3.Sonu eyni ( həzz, hiss, zənn, xətt) və müxtəlif( tərs, məşq, nəşr, zövq) qoşa samitlə bitən sözlər alınmadır.Qeyd: alt, üst, kənd, dörd, ilk və s. kimi sözlər istisnadır.
4.Sonu nc ilə bitən təkhecalı sözlər əsl Azərbaycan sözləridir.məs: tunc, dinc və s.
5.Sonu aq;-ək(daraq, yara, ələk, ipək), ar;-ər(qatar, çəpər), iq;-ik;-uq;-ük(uçuq, sökük, qatıq), ır;-ir;-ur;-ür(qatır, çadır), ma;-mə(qıyma, düymə, süzmə) şəkilçiləri ilə bitən sözlər əsl Azərbaycan sözləridir.
6.Sözün əvvəlində a saitindən sonra k və f samitləri(Afət, Akif), q samitindən sonra i və ü saitləri(qitə, qüssə), m samitindən sonra ö və ü saitləri (möhür, mümkün) gələn ikihecalı əsl Azərbaycan sözlərinə rast gəlinmir. Ə sairindən sonra b, v, q, f, h samiti gələn(Əbil, əqidə, Əflatun), İ saitindən sonra b, q, d, m, c samitləri gələn (iqlim, imkan, icazə, idman) sözlər əsl Azərbaycan sözləri deyildir.
7.V(var, ver, vur sözləri və onlardan törəyənlər istisna olmaqla ) samiti ilə başlayan sözlərimiz yoxdur.
8.j, r ilə başlayan sözlər alınmadır.
9.m(mən, marıtlamaq, mənimsə, minik, muncuq və s. sözləri istisna olmaqla) m ilə başlayan sözlər alınmadır.
10.n, f (fır, fıs, fış), x, h (hay, haray, haça, hoppan) samit hərfləri ilə başlayan Azərbaycan sözü yoxdur.
11.Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(ilan, ilxı, işıq, işartı, elat və s. sözlər istisnadır.)
11.Azərbaycan sözlərində vurğu sonuncu hecanın üzərinə düşür.
|