İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


XAQANİ ŞİRVANİ: DÖVRÜ, HƏYATI VƏ MÜHİTİ



Yüklə 0,66 Mb.
səhifə7/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   2   3   4   5   6   7   8   9   10   ...   53
XAQANİ ŞİRVANİ: DÖVRÜ, HƏYATI VƏ MÜHİTİ

XII əsrdə Azərbaycanda intibah dövrü ədəbiyyatının ilk üqdrətli nümayəndəsi Xaqani Şirvanidir. Xaqani N. Gəncəviyə qədər ədəbiyyata güclü siyasi, içtimai, humanist məzmun və yüksək sənətkarlıq gəritmişdir. Azərbaycan ədəbiyyatında ilk poema yaradan sənətkar da Xaqani olmuşdur. Qəsidə janrını isə əlcatmaz zirvəyə qaldırmışdır. Şairin əsərləri dünya ədəbiyyatının, xüsusilə intibah dövrü ədəbiyyatının ən yüksək yaradıçılıq nümunələrilə yanaşı durmaqa layiq və qadirdir. Şərqin Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş, ondan öyrənmiş, təsirlənmiş, bəzi əsərlərinə cavablar yazmışlar.

Əfzələddin Xəqani Şirvani 1126-cı ildə Şamaxı şəhərində anadan olmuşdur.

Elmi ədəbiyyatlarda son vaxtlara qədər belə verilirdi ki, Xəqani 1120-cı ildə Şamaxı yaxınlığında Məlhəm kəndində doğulmuşdur. Lakin sonralar tədqiqatlar zamanı müıyyən olunmuşdur ki8, XVI əsrə qədər Şamaxı yaxınlığında Məlhəm adlı kənd olmamışdır. Şairin öz yaradıcılığından məlum olduğu kimi, o, Şamaxı şəhərinin özündə anadan olmuşdur. Xaqaninin anadan olduğu ildə dəqiqləşdirilmişdir. O, 1126-cı ildə dünyaya gəlmişdir. Yoxsul bir ailədə doğulan şairin atası düldər, babası toxucu, əmisi və əmisi oğlu həkim və filosof olmuşdur. Şairin anası müsəlmançılığı qəbul etmiş xristian qızı idi. Anası və babası Kicik Asiyalı imiş. Əmisi Kafiəddin Ömər ibn Osman onun təlim-tərbiyəsilə ilə məşğul olmuş, Quranı, dilciliyi, ədəbiyyatı, fəlsəfə, riyaziyat və başqa elmləri öyrədir. Şeir yazmaqda isteüdadını görən əmisi ona Həssanül-əcəm təxəllüsünü verir. 18 yaşlarında Şirvanşahlar sarayına daxil olan şair əvvəlcə sevinir, şadlanır, mədhiyyələr yazır. Lakin az sonralar saray həyatına qarşı istəyi dəyişir, saraydan qurtarmaq üçün müxtəlif bəhanələr axtarır. Səyahətə getmək istəyir. İlk dəfə İraqa gedir, qayıtdıqda hər iki İraqdan keçərək Məkkəyə getmişdir, İlk dəfə həbsxanaya düşür. Həbsxanada olduğu vaxtlarda „Həbsiyyə şeirləri“ silsiləsini yaradır. Xaqaninin əmisi 1151-ci ildə vəfat edir. Onun vəfatından bir il sonra Xaqani ailə həyatı qurur. Onun iki oğlu və bir neçə qızı dünyaya gəlir. 1176-çı ildə Kəbə ziyarətindən sonra Xaqani Şamxıya qayıtmır və ömürlük Təbtiz şəhərində qalır. Həyat yoldaşını, oğlunu və bir nüçə yaxın qohumlarını itirmiş Xaqani bir daha Şamaxıya qayıtmır. Məkkə ziyarətindən qayıtmış şairi bir neçə hökmdarlar saraylara çağırsalarda o bir daha saraya qayıtmaq fikrində olmur, bunlardan boyun qaçırır. Böyük şair 1199-cu 8ldə Təbriz şəhərində vəfat edir və hazırda da qəbri ordadır.(Şairlər məqbərəsində).

Şair birinci Kəbə səfərindən sonra Dərbənd və Gəncədə bir növ sürgündə olanda qızdırma xəstəliyindən Şəmsəddin Təbib tərəfindən müalicə olunan şair çox güman ki, Nizami ilə də görüşmüşdür. O vaxt 18-19 yaşlarında olan Nizami ona mərsiyə yazır. Həmin mərsiyədən bir beyt məlumdur.
Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,

Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.


Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, „Töhfətül-İraqeyi“ poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Bu da Xaqani irsinin hamısı deyil. Onun yaradıcılığı Şərq ədəbyyatı üçün yeni hadisə idi. Şairin yaradıcılığının əsasını humanizm təşkil edirdi.

XAQANİ ŞƏRQDƏ QƏSİDƏ ŞEİRİNİN




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin