İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


MÖVZU AZƏRBAYCAN İNTİBAH ƏDƏBİYYATI



Yüklə 0,66 Mb.
səhifə6/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   2   3   4   5   6   7   8   9   ...   53
5. MÖVZU

AZƏRBAYCAN İNTİBAH ƏDƏBİYYATI,

MƏHSƏTİ GƏNCƏVİ
XII əsrdə Azərabaycann şimalında Şirvanşahlar və Cənubunda Eldəgizlər dövlətinin yaranması ədəbiyyatın və incəsənətin inkişafına güclü təkan verdi. Memarlıqda Əcəmi Naxçıvani memarlıq məktəbi yarandı. Poeziyada M. Gəncəvi, X. Şirvani, N. Gəncəvi görkəmli söz sənətkarları yarandı.

Bu əsrdə M. Gəncəvi poeziyada əsasən rübailər ustası kimi özünəməxsus yer tuturdu. O, Azərabaycan intibah ədəbiyyatının nümayəndələrindən biri sayılır. Məhsəti məhəbbət və gözəllik aşiqidir. Şairənin həyatı, şəşsiyyəti haqqında elə bir əsaslı məlumat verilmir. Məhsətinin adına yazılmış kicik bir qirədən məlum olur ki, o, bir müddət Sultan Səncərin sarayında yaşamışdır. Qitədən məlum olur ki, o sarayda Sabir adlı bir ədiblə dost olmuş, onunla məktublaşmışdır.

Fəridəddin Əttar isə Özünün “İlahinamə” əsərində Məhsəti haqqında kiçik bir hekayə verib. Həmdullah Qəzvini şairənin Sultan Mahmud Qəznəvinin müsiri olduğunu yazır. Bundan sonrakı təzkirələrdə də Məhsətinin Sultan Səncər sarayı ilə yaxın olduğu qeyd edilir və rübailərindən nümunələr verilir. Belə məlum olur ki, Məhsəti XI əsrin axırlarında və XII əsrin əvvəllərində yaşayıb-yaratmışdır. Dövrünə görə mükəmməl təhsil almış, türk, fars, ərəb dillərini yaxşı bilmişdir.

“Əmir Əhməd və Məhsəti” dastanında isə deyilir ki, Xocənd şəhərində bir fəqirin qızı olur, adını Məhsəti qoyurlar. Böyüyüb elm. ədəbiyyat və musiqini öyrənir, 20 yaşında atası ölür. Məhsəti anası ilə Gəncəyə gəli və Xərabatda yaşayır. Gəncə əmirinin olu ona aşıq olur. Sonra ona münasibət dəyişir, o Orta Asiyaya sürgün edilir. Bir il orda yaşadıqdan sonra arxasınca gəlmiş Əmir Əhmədlə Gəncəyə qayıdır və ailə həyatı qurub, qocalıq dövrünədək orada yaşayırlar.

Bu dastandı. Burada uydurmalar çoxdur. Məlumatlar göstərir ki, Məhsəti gəncəlidir və orada yaşamışdır. Azərbaycan alimlərindən M. Tərbiyət, M. Rəfili, H. Araslı Ə. Ağayev, M.S. Ordubadi və b. Şairədən əsərlərində bəhs etmişlər. Mötəbər mənbələrdən onun 200-yə qədər rübaisi toplanıb aşakara çıxarılmışdır. Ümumiyyətlə, onun 257 rübai və 22 şeir parçası qeyd edilmişdir. Məhsəti sarayaŞ hökmdarlara rübailər həsr etmişdir. Bunlardan biri təzkirəçi D. Səmərqəndinin qeydə aldığı aşağıdakı rübaidir.
Ey şahım, hamıdan üstün bilərək

Bəxt atını sənə bəxş etdi fələk.

Qızıl nallı atın batmasın deyə

Yerlərə sərmişdir gümüş bir örpək.


Məhsətinin rübailərinin bir çoxu itib-batmış, bir qismi isə Ömər Xəyyamın və digər rübai şairlərinin şeirlərinə qarışmışdır. O. Azərbaycan ədəbiyyatında humanist şeirin ilk nümayəndələrindən biridir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin