İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə8/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   4   5   6   7   8   9   10   11   ...   53
ƏN BÖYÜK USTADLARINDAN BİRİ KİMİ
Şairin yaradıçılığında qəsidə janrı əsas yer tutur Yaxın və Orta Şərqin intibah dövrü ədəbiyyatında qəsidə yanrının ən görkəmli nümayəndəsi Xaqanidir. Firdovsi və Nizami poema janrında, Hafiz və Füzulunin qəzəldə, Ömər Xəyyamın rübaidə göstərdiyi mözüzəni Xaqani qəsidə janrında göstərmişdir. Onun qəsidələri dərin məzmun, sənətkarlıq baxımından diqqəti cəlb edir. Bunlarda mədhiyyə, mərsiyə, fəxriyyə də var, ictimai, əxlaqi, fəlsəfi məzmun da. Xaqaninin mədh yazması təbiidir. 19-20 yaşlarında saraya gəlmiş, özünü Xaqani-əzəm adalandıran Şirvanşah Mənuçöhrün fərmanı ilə Xaqani (yəni xaqana məzsus olan) təxəllüsü götürmüşdür. Şirvanşah Mənuçöhrə, onun oğlu Əxsitana, Qızıl Arslana və başqalarına cox mədhiyyə yazmışdır. Lakin sonralar görünür ki, şair mədh yazmağı co-cox azaltmışdır. O yalnız zəruri hallarda xeyirxah məqsədlərlə mədhiyyə yazmışdır. O, məddahlığını yalancılıq hesab edib ondan üz döndərmişdir.

İlhamım yalanla xarab olmuşdu,

O, civə rəngində sərab olmuşdu.

İndi hər sözümdə bir həqiqət var,

O, güzgü, məhək tək olmuşdur meyar.
Xaqaninin qəsidələri içərisində ictimai, fəlsəfi şeirlər daha çoxdur. Əsrin narahat həyat tərzini, ağrılı-acılı hadisələrini əks etdirən qəsidələr daha çox seçilir. Belə şeirlərdən biri „Mədain xərabələri“ adı ilə tanınmış qəsidədir. İran dövlətininkeçmiş paytaxtı olmuş Mədainin xərabələri şairi ibratamiz bir aləmə aparır. Şairin nəzərində Mədainin xərabəzarə çevrilməsi dünyanın ibrət aynasıdır. Bunun qarşısında sarsılmamaq mümkün deyil. Bu mənzərə təbiəti də sarsıdır. İndi xarabazara çevrilmiş bu xərabələr bir vaxt dünyaya meydan oxumuş, bir çox şahlar bu şəhərlərə baş əymişdir. Şair dağıntəlar törətmiş qəddar şahları tənqid edir.

Xaqaninin şeirləri içərisində „Qəsideyi-şiniyyə“ xüsusi yer tutur. Qafiyəli misraları „şin“ hərfi ilə qurtardığı üçün belə adlandırılan bu şeir insan və onun mənəvi aləmilə bağlı zəngin düşüncələrdən ibarətdir. Bu qəsidədə iki insan tipi qarşılaşdırılır. Bunlardan biri dünyanı dörd əlli tutanlar, nəfsə aldananlar, hamıya ağalıq etmək istəyənlər,, digəri isə nəfsini diz çökdürən, namərdə baş əyməyənlərdir. Xaqani özünü ikincilərdən sayır və bununla fəxr edir. Burada şairin sufiliklə bağlılığı özünü biruzə verir və bu yunan fəssəfəsinə qarşı qoyulur. Şairi daha çox insanla bağlı məsələlər maraqlandırır.

TÖHVƏTÜL-İRAQEYN“ POEMASININ

Xaqaninin həcmcə ən iri, məzmun və ideya baxımından ən dolğun əsəri „Töhfətül-İraqeyn“(1156) poemasıdır. Azərbaycan ədəbiyyatı tarixində ilk poema olan bu əsəri yanlış olaraq mənzum səfərnamə hasab edirlər. Əsərin iki İraqa- Əcəm və Ərəb İraqına səyahətdən alınan düşüncə əsasında yazıldığını düşünürlər. Halbuku poemaya „Töhfətül-İraqeyn“ adı sonralar verilib. Şair əsərini „Töhfətül-xəvatir və zibdətül-zəmair“ adlandırmışdır. Poema səfərnamı, yaxun səfər təəssüratları əsasında yazılmamışdır. Poemada şairin əsəri yazana qədərki təəssüratları, insanlar haqqındakı düşüncələri, müztəlif məsələlər və s. əks edilmişdir. Şirvan və onun insanları barədəki düşüncələr, poetik xatirələr əsərdə iki İraqa səfərdən az yer tutmur. Buna görə əsər orta ərslərdən „Töhfətül-İraqeyn“ adlandırılmağa başlanmışdır. Əsər xarakteri etibarilə ictimai, fəlsəfi məzmunlu lirik poemadır. Onun əsas qəhrəmanı şair özüdür.Poema Şərq poeziyasında oxşarı olmayan bir əsərdir. Şair poemada özü və özü ilə təmasda olan əsri haqqında söz açır.

Xaqaninin poeziyası bu günə qədər Şərqin, o sıradan Azərbaycanın bir çox sənətkarları üçün örnək, nümunə olmuşdur. Onun yaradıcılığına yüksək qiymət verilmişdi
6. MÖVZU

NİZAMİ GƏNCƏVİNİN




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin